SARIŞMAQ bax sarmaşmaq 2-ci mənada. Görüşübən eyləmədik xoş səfa; Qucaqlaşıb sarışmadıq, ayrıldıq. M.P.Vaqif. Gəlin, salamlayaq doğma baharı; Ana yurdumuzun ana qolları; Baharın boynuna sarışan gündür. N.Xəzri.