Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baraxum
Baraxum — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Kiçik Baraxum
Kiçik Baraxum — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babaqum
Babaqum — Şamaxı rayonunda dağ; Babaqum — Əli Bayramlı rayonunda Ləngəbiz silsiləsinin cənub-şərq hissəsində ucqar zirvə.
Balaşum
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Qaraqum
Qaraqum səhrası — Qaraqum səhrası. Cənub-şərqi Qaraqum — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra) — Alma-ata dairəsinin cənubunda səhra. Qaraqum (Alma-ata dairəsinin şimalında səhra) — Alma-ata dairəsinin şimalında səhra.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baraquş (Sərab)
Baraquş (fars. براغوش‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (242 ailə).
Bulbophyllum barbatum
Bulbophyllum barbatum (lat. Bulbophyllum barbatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Braziliya üçün endemik növdür.
Heracleum barbatum
Saqqalcıqlı baldırğan (lat. Heracleum barbatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Mərkəzi Qaraqum
Mərkəzi Qaraqum (türkm. Merkezi Garagum) — Türkmənistan ərazisində, Qaraqum səhrasının mərkəzində səhra. Alcaq düzənliyi əhatə edir. Zaunquz Qaraqumu ilə arasında plato yerləşir. 1972-ci ildə Mərkəzi Qaraqum rus arxeoloqu Viktor İvanoviçin rəhbərlik etdiyi ekspedisiya hesabına məhşurlaşmışdır. Belə ki, ekspedisiya nəticəsində qumların altında nəhəng və qədim şəhərin qalıqları aşkarlanmışdır . Daimi əhaliyə sahib deyildir. Səbəb qrunt sularının olduqca minerallaşmasıdır. Mərkəzi Qaraqum ərazisindən eyni adlı qaz kəmərinin tikintisi planlaşdırılır.
Qaraqum kanalı
Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır. Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır.
Qaraqum səhrası
Qaraqum səhrası (Türkmən dilində mənası - "Kara-Kum" və ya "Qara Kum", Rus dilində isə, "Karakumy" ) — Mərkəzi Asiyanın cənubunda yerləşən, dünyanın sahəsinə görə ən böyük 12-ci səhrası. Türkmənistan ərazisinin təqribən, 70%-ni əhatə edir. Səhranın Qazaxıstan ərazisində yerləşən və Aral gölününün sahillərini təşkil edən hissəsi "Aral Qaraqumu" adlanır. Sahəsi təqribən 350 000 km² (135.000 mil²) -a yaxın olan Qaraqum səhrası şərqdən qərbə 800 km, şimaldan cənuba 500 km məsafədə uzanır. Şimaldan Sarıqamış gölünün hövzəsi ilə, şimal-şərq və şərqdən Amudərya çayı ilə, cənub-şərqdən Qarabil təpəlikləri və Badxız çöllü-təpəli (steplər) regionu ilə, cənub və cənub-qərbdən Kopetdağ silsilələri ilə, qərb və şimal-qərbdən isə qədim Uzboy çayının vadisi ilə sərhədlənir. Səhra üç hissədən ibarətdir : səhranın şimal, şimal-qərb hissələri Zaunquz Qaraqumu, mərkəzi hissəsi Mərkəzi Qaraqum, cənub, cənub-şərq və şərq hissələri isə duz bataqlıqları ilə zəngin olan Cənub-Şərq Qaraqumu adlandırılır. Səhranın şimal-qərb hissəsində eol mənşəli (küləyin yaradıcı fəaliyyəti nəticəsində yaranan təbii landşaft) təpəciklər və tirələr vardır. . Zaunquz Qaraqumu güclü küləklərin denudasiya proseslərinə məruz qalaraq, səth hissəsi kəskin aşınmaya və eroziyaya uğramışdır. Mərkəzi Qaraqum Xəzər dənizi sahillərindən, Amudərya çayının vadisinə qədər olan hamar səthi əhatə edir. Burada, küləyin landşafta təsiri daha böyük olub, səthdə 75-90 metr hündürlükdə dyunlar əmələ gətirmişdir.
Senecio barorum
Senecio barorum (lat. Senecio barorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Solanum paralum
Solanum paralum (lat. Solanum paralum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Geranium barbatum
Daur ətirşahı (lat. Geranium dahuricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Polygonum barbatum
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Arctium batavum
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Aramus guarauna
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Barium sulfat
Barium sulfat (BaSO4) - sulfat turşusunun barium duzu. == Təbiətdə tapılması == Təbiətdə - barıt mineralı şəklində tapılır. Rəngsiz kristal maddədir. Suda, demək olar ki, həll olunmur (180C-də 1 l suda 2 mq). == Alınması == Qatı və duru sulfat turşusu bariumun suda həll olan duzları ilə reaksiyaya girərək barium sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir: Bu reaksiya analitik kimyada Ba2+ və SO4 2- ionlarını təyin etmək üçün istifadə edilir. == Kimyəvi xassələri == Barium sulfat qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq turş duz – barium –hidrosulfat əmələ gətirir: Yüksək temperaturda (1600 °C)barium sulfat parçalanır == Tətbiqi == Litoponun alınmasında, dərin neft quyularının qazılmasında (ağırlaşdırıcı maddə kimi), müşəmbə, linolium, kağız və rezin istehsalında, rentgen şualarını yaxşı udduğu üçün tibbdə rentgenoloji müayinələrdə, o cümlədən mədə- bağırsaq sistemin müayinəsində işlənilir.
Barium xlorid
Barium xlorid (BaCl2) ― duzlar sinfinə aid qeyri-üzvi birləşmə. Barium xlorid rəngsiz, romb şəklində olan kristaldır. == Alınması == Bariumun xlor ilə reaksiyası zamanı: B a + C l 2 ⟶ B a C l 2 {\displaystyle {\mathsf {Ba+\ Cl_{2}\longrightarrow \ BaCl_{2}}}} Barium oksidin xlorid turşusu ilə reaksiyası zamanı: B a O + 2 H C l ⟶ B a C l 2 + H 2 O {\displaystyle {\mathsf {BaO+2HCl\longrightarrow \ BaCl_{2}+\ H_{2}O}}} Barium hidroksidin xlorid turşusu ilə reaksiya zamanı: B a ( O H ) 2 + 2 H C l ⟶ B a C l 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ba(OH)_{2}+2HCl\longrightarrow \ BaCl_{2}+2H_{2}O}}} Barium sulfidin kalsium xlorid ilə reaksiya zamanı: B a S + C a C l 2 ⟶ B a C l 2 + C a S {\displaystyle {\mathsf {BaS+\ CaCl_{2}\longrightarrow \ BaCl_{2}+\ CaS}}} Barium karbonatin xlorid turşusu ilə reaksiya zamanı: B a C O 3 + 2 H C l ⟶ B a C l 2 + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {BaCO_{3}+2HCl\longrightarrow \ BaCl_{2}+\ H_{2}O+\ CO_{2}\uparrow }}} == Kimyəvi xassələri == Barium xlorid suda yaxşı, spirtdə az miqdarda, dietil efirində tamami ilə həll olunmur. Barium xlorid duzlarla dəyişmə reaksiyalarına yalnız həll olunmayan bir maddə, qaz halında və ya bir qədər az dissosiasiya olun birləşmə alınanda daxil olur: B a C l 2 + M g S O 4 ⟶ B a S O 4 ↓ + M g C l 2 {\displaystyle {\mathsf {BaCl_{2}+\ MgSO_{4}\longrightarrow \ BaSO_{4}\downarrow +\ MgCl_{2}}}} B a C l 2 + K 2 C r O 4 ⟶ B a C r O 4 ↓ + 2 K C l {\displaystyle {\mathsf {BaCl_{2}+\ K_{2}CrO_{4}\longrightarrow \ BaCrO_{4}\downarrow +2\ KCl}}} Müəyyən turşular ilə reaksiyaya daxil olur: B a C l 2 + H 2 S O 4 ⟶ B a S O 4 ↓ + 2 H C l {\displaystyle {\mathsf {BaCl_{2}+\ H_{2}SO_{4}\longrightarrow \ BaSO_{4}\downarrow +2\ HCl}}} == Tətbiqi == Barium xlorid kənd təsərrüfatında bitki zərərvericilərinin məhv edilməsi üçün istifadə olunur. Analitik kimyada məhlullarda sulfat turşusu və ya sulfatları aşkar etmək üçün (ağ çöküntü əmələ gəlir) tətbiq olunur. Keramik məhsuları hazırlamaq üçün istifadə olunan kütlənin tərkibinə daxil olur. Kimya sənayesində bariy duzları və bariy əsaslı reaktivlərin istehsalı üçün istifadə olunur. == Toksikliyi == Barium xlorid – toksik maddədir. Dəri və gözlərə düşdükdə, kimyəvi yanığlara səbəb ola bilər, yanğın və partlayışa davamlıdır. Buxarıyla nəfəs aldıqda öskürək, boğazda ağrı baş verir.
Barnum effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”. Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi.
Balaşum (yaşayış yeri)
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.