Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baadur Çuladze
Baadur Sokratoviç Çuladze (gürc. ბაადურ სოკრატეს ძე წულაძე;; 5 mart 1935, Batum, Gürcüstan SSR, SSRİ – 13 may 2018, Tbilisi) — Sovet və gürcü kino aktyoru, kinorejissor, müəllim, ssenarist və teleaparıcı. Gürcüstan SSR əməkdar artisti (1979). == Həyatı == Baadur Çuladze 1935-ci il martın 5-də Batumidə anadan olub. Uşaqlığını və gəncliyini bu şəhərdə keçirmişdir. Çuladze müsahibələrinin birində "onun həmin illərdəki təəssüratları Federiko Fellininin “Amarkord” filminin üslubuna bənzəyir". Baadurun atası oğlu dünyaya gələndən az sonra həbs olundu və on il yarımdan çox sürgündə keçirdi. Atasının həbsi ilə əlaqədar ailə son dərəcə yoxsulluq içində yaşayırdı. Baadurun anası səhərdən axşama kimi işləyir, o özü isə bacısının himayəsində böyüyürdü. Artıq yeniyetməlik illərində Çuladzenin özü Batumi kinoteatrında kinomexanik köməkçisi kimi işləməyə başladı.
Turgay Baydur
Turgay Baydur (d. 26 yanvar 1984, İstanbul) —Türkiyə kino, teatr və serial aktyoru.
Memet Baydur
Memet Baydur — (9 avqust 1951, Ankara - 24 noyabr 2001, İstanbul) türk dramaturqu. 1974-cü ildə İngiltərəyə gedən və London Universitetində sosiologiya təhsili alan Baydur təhsilini yarımçıq qoyaraq Türkiyəyə qayıdır. İlk məqaləsi 1979-cu ildə “Yeni İnsan” jurnalında dərc olunub. Milliyet Sanat, Hürriyet Gösteri, Yapı Kredi Yayınlarının Kitap-lık və Sanat Dünyamız jurnallarında məqalə və hekayələri çıxmağa başlayandan sonra diplomat olan həyat yoldaşı Sina Baydur vəzifəsi ilə əlaqədar müxtəlif ölkələrə səyahət edib. 1 1982-ci ildə Keniyaya gedib. Keniyanın paytaxtı Nayrobidəki (Kenya Institute of Mass Communication) Keniya Kütləvi Kommunikasiya İnstitutunda kino tarixi, kinematoqrafiya və teatr haqqında mühazirələr oxuyub. O, Uğur Mumcu Jurnalistika Araşdırmaları Vəqfində kinodan dərs deyib, “Cümhuriyyət” qəzetində yazılar yazıb. O, İspaniyaya gedərək və Madriddəki Beynəlxalq Aralıq dənizi Teatr İnstitutunun qurucu üzvləri arasında yer aldı. 1992-ci ildən Bonn Teatr Biennalesinin Türkiyə məsləhətçisi vəzifəsində olan Memet Baydur dramaturgiyasına Afrikada olarkən başlayıb. O, pyeslərində türk dilindən çox uğurla istifadə edirdi.
Badxurə
Badxurə (fars. بادخوره‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,788 nəfər yaşayır (483 ailə).
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Bandura
Nepentes (lat. Nepenthes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinə aid bitki cinsi. İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər (New Phytologist (156, 479–489; 2002).Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqaları istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida oldular. Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi.
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Avdur
Avdur — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır. Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər. Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Baidu
Baidu — Veb xidmətlər göstərən Çin şirkəti. Şirkətin əsas xidməti, öz axtarış motoru olan "Baidu Search" adlı internet axtarış sistemidir. Çin axtarış motorları arasında liderdir. Qlobal axtarış motorları bazarında 1.06 faiz bazat payı ilə dördüncü yeri tutur. Şirkət Kayman Adalarında qeydiyyatdan keçsədə mərkəzi Çinin Pekin şəhərində yerləşir. Çin bazarı şirkətin gəlirlərinin 98 faizini təşkil edir. Şirkət bir neçə dəfə digər ölkələrin bazarlarına girməyə cəhd göstərsədə bu uğursuz olub. "Forbes Global 2000"in 2019-cu il üçün dünyanın ən böyük şirkətləri siyahısında 297-ci, bazar kapitallaşmasına görə 186-cı, xalis mənfəətə görə 181-ci, dövriyyəyə görə 675-ci və aktivlərə görə 693-cü yeri tutub. Bu siyahıda Çin şirkətləri arasında 45-ci yeri tutub. Baidu, məqalə sayında Çin Vikipediyasını geridə qoymuş onlayn ensiklopediyaya, Baidu Ensiklopediyasına da sahibdir.
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Baxus
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Saxur
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. == Haqqında == Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur Həziyev Bahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971) Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Bahadur Baxşıyev — rentgenoloq-radioloq.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
== Siyahı ==
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.