Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayraqlı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Baracıq (Urmiya)
Baracıq (fars. باراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (68 ailə).
Sərçəveh (Bayracı)
Sərçəveh (fars. سرچاوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər. yaşayır (19 ailə).
Qırmızı Bayraqlı Qafqaz ordusu
Qırmızı Bayraqlı Qafqaz ordusu (rus. Краснознамённая Кавказская армия) — 1921-ci ildən 1935-ci ilə qədər mövcud olmuş sovet ordusu. Ordu yarandığı zaman Müstəqil Qafqaz Ordusu adlandırılmış və 1923-cü ilin avqust ayına qədər "Qırmızı Bayraqlı Qafqaz ordusu" adlandırılana qədər bu adı daşımışdır. 1935-ci il mayın 17-də Qırmızı Ordunun bütövlükdə yenidən təşkili ilə əlaqədar Zaqafqaziya hərbi dairəsi kimi yenidən təşkil edildikdən sonra fəaliyyətini dayandırdı. Ordu 6 ərazi diviziyasından, bir hərbi hava qüvvəsindən və bəzi ehtiyat qoşunlardan ibarət idi. Ordu 1921-ci il mayın 29-da ləğv edilmiş Qafqaz cəbhəsinin bir hissəsi olan 11-ci Ordunun tərkibindən 1921-ci il mayın sonunda yaradılmışdır. Ordu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının ərazi qüvvələrini birləşdirmişdir. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 17 avqust 1923-cü il tarixli iclasında Müstəqil Qafqaz Ordusunun Qırmızı Bayraq ordeni ilə təltif edilməsi və onun Qırmızı Bayraqlı Qafqaz Ordusu adlandırılması qəbul edilib. 1921-1933-cü illərdə Qırmızı Bayraqlı Qafqaz Ordusunun hissələri BDSİ bölmələri ilə birlikdə əsasən Çeçenistan və Dağıstanda partizanlara qarşı döyüşlərdə iştirak edirdi.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. == Azərbaycan döyüş bayrağı == Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib.
Efiopiya bayrağı
Efiopiya bayrağı — Efiopiyanın Dövlət bayrağı
Ekvador bayrağı
Ekvador bayrağı — Ekvadorun Dövlət bayrağı.Ekvadorun dövlət bayrağı 26 sentyabr 1860-cı ildə qəbul edilib. Sarı, göy və qırmızı rəngdə üç zolağı olan Böyük Kolumbiya "Kolumbiya üçrəngli" bayrağı bazasında yaradılıb.Kolumbiya bayrağından nisbətlərlə fərqlənir.(2:3-ün yerinə 1:2).1900-cu ildən rəsmi bayrağa Ekvadorun gerbini yerləşdirirlər.Veksilloloq traktına əsasən , sarı zolaq qızılı və başqa təbii resursları , göy — dəniz və səma, qırmızı — qanı simvollaşdırır.Bayrağın hazırkı versiyası sayca səkkizinci sayılır.
Eritreya bayrağı
Eritreya bayrağı — Eritreyanın Dövlət bayrağı Eritreyanın dövlət bayrağı haqqında qanun 1995-ci ilin dekabr ayının 5-də qəbul edilib. Bayrağın yaşıl rəngi bərəkətli torpağı, kənd təsərrüfatı və maldarlığı, qırmızı rəng Eritreyanın müstəqilliyi uğrunda tökülən qanı, mavi rəng ölkənin dəniz sərvətlərini və Qırmızı dənizi simgələyir. Bayrağın qırmızı rəngli hissəsində dövlətin gerbi göstərilmişdir. Gerbin sarı rəng isə ölkənin mineral ehtiyatlarının zənginliyini və dövlətçiliyin dirçəlməsini tərənnüm edir. Sarı rəngli kiçik zeytun şaxələrindən ibarət çələng (28 yarpaq) Eritreyanın müstəqilliyi ilə nəticələnən vətəndaş müharibəsi illərinin simvoludur. Ölçüsü 1:2 nisbətindədir.
Ermənistan bayrağı
Ermənistan bayrağı (erm. Եռագույն; yeraguyn, yəni "üç rəngli") — Ermənistanın rəsmi dövlət bayrağı Qırmızı, mavi və narıncı rəngli üç bərabər üfüqi zolaqdan ibarət olan bayraq 24 avqust 1990-cı ildə (yəni Azərbaycana qarşı soyqırımı etdikdən sonra) Ermənistan SSR prezidenti tərəfindən qəbul olunmuş və 15 iyun 2006-cı ildə Ermənistan milli bayraq qanunu ilə Ermənistan parlamenti tərəfindən təsdiq edilmişdi. Tarix boyunca Ermənistan millətini təmsil edən bayraqlar tez-tez dəyişmişdir. Keçmişdə Ermənistanda hakimiyyətdə olan sülalələrin hər birinin öz bayrağı olduğu üçün əksəriyyətinin üzərində fərqli heyvan işarələri olan bu bayraqlar Ermənistan millətini təmsil etmişdir. Həmçinin XX əsrdə SSRİ hakimiyyəti dövründə də tez-tez bayraq dəyişdirilmişdir. == Rəmzi mənası == Ermənistan bayrağında olan rənglərin mənası haqqında Ermənistan konstitusiyasında bu cür qeyd olunmuşdur: == Dizaynı == Ermənistan bayrağı qırmızı, mavi və narıncı rəngli üç eyniölçülü, üfüqi zolaqdan ibarətdir. Düzbucaqlı şəklində olan bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Erzyan bayrağı
Erzyanların milli bayrağı (erz. Эрзянь раськень коцт, sözbəsöz olaraq: Erzyan xalqının bayrağı) — Rusiyada yaşayan xalq olan erzyanların milli bayrağı. == Bayrağın təsviri == Bayrağın ölçüsü 1:2-yə nisbətindədir. Eyni eni olan üç üfüqi zolaqdan ibarətdir, üstü ağ, ortası qırmızı, alt hissəsi qara. O, Valentin Devyatkin tərəfindən hazırlanmış və 1990-cı ildə "Mastorava" cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bayrağın əsas rəngləri "erzya milli kişi və qadın geyimlərinin rənglərini təkrarlayır". İllər sonra erzya bayrağı erzya xalqının konqresi tərəfindən təsdiq edildi: "Erzyan Konqresi ağ-qırmızı-qara (yuxarıdan aşağıya) qumaş parçasını erzya xalqının bayrağı olaraq təsdiqləyir, rənglər erzya xalqının Azadlığını, Həyatını və Torpağını simvolizə edir.. == Bayrağın istifadəsi == "Qara-qırmızı-ağ" üçrəngi həm rəsmi erzya bayramlarında, həm də millətin gündəlik mədəni həyatında istifadə olunur. Erzyan bayrağı rəsmi qurumlar tərəfindən tanınmasa belə, xalqı üçün qanunidir. Bayrağın istifadə olunduğu bayramların əksəriyyəti erzya xalqının konqresi tərəfindən qəbul edilmişdir: 16 aprel — Erzyan dili günü (erz.
Estoniya bayrağı
Estoniya bayrağı — Estoniyanın Dövlət bayrağı Hazırkı Estoniya bayrağı 1881-ci ildə Tartu Universitetinin tələbələri tərəfindən hazırlanmışdır. Estoniya bayrağı üfüqi bərabər üç hissədən meydana gəlib, hissələr yuxarıdan aşağıya doğru mavi, qara və ağdan meydana gəlməkdədir.
Esvatini bayrağı
Esvatini bayrağı — Esvatininin dövlət bayrağı.
Filippin bayrağı
Filippin bayrağı — Filippinin dövlət bayrağı. Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaqdan və göy ilə qırmızı rəngli iki zolaqdan ibarətdir. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər. Bayraqdakı simvolların mənaları bunlardır : Qırmızı rəng - qan, müharibənin rəngi; Göy rəng sülhün; 3 kiçik ulduz - Filippindəki 3 böyük adanın rəmzidir (Luzon, Visayas, Mindanao) Böyük olan isə günəşin rəmzidir.
Finlandiya bayrağı
Finlandiya bayrağı — Finlandiyanın Dövlət bayrağı. Bayraqda ağ rəng demokratiyanı, göy xaç isə xristianlığın rəmzidir.
Fransa bayrağı
Fransa bayrağı — Fransanın dövlət bayrağı. Qəbul olunması: 1976-cı il İyun. Dizaynı: Jak Lui David. Fransa bayrağının rəngləri: Mavi,Ağ və Qırmızı. Fransa bayrağındakı rənglərin əsas sloqanı Qardaşlıq, Bərabərlik və Azadlıqdır. Mavi rəng: Azadlıq. Ağ rəng: Bərabərlik. Qırmızı rəng: Qardaşlıq.
Fələstin bayrağı
Fələstin bayrağı — Fələstinin bayrağı
Gürcüstan bayrağı
Gürcüstanın bayrağı (ხუთჯვრიანი დროშა) — Gürcüstanın dövlət simvollarından biri. Hal-hazırkı beş qırmızı xaçlı bayraq, orta əsrlərdə mövcud olmuş Gürcü krallığının bayrağı olub və 14 yanvar 2004-cü ildə Gürcüstanın bayrağı kimi təsdiq olunub. Bundan əvvəl 1990 - 2004-cü illərdə istifadə olunan bayraq, 1918 - 1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının bayrağı olub.
Gürcüstanın bayrağı
Gürcüstanın bayrağı (ხუთჯვრიანი დროშა) — Gürcüstanın dövlət simvollarından biri. Hal-hazırkı beş qırmızı xaçlı bayraq, orta əsrlərdə mövcud olmuş Gürcü krallığının bayrağı olub və 14 yanvar 2004-cü ildə Gürcüstanın bayrağı kimi təsdiq olunub. Bundan əvvəl 1990 - 2004-cü illərdə istifadə olunan bayraq, 1918 - 1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının bayrağı olub.
Haiti bayrağı
Haiti bayrağı — Haitinin Dövlət bayrağı.
Hindistan bayrağı
Hindistan bayrağı — Hindistanın Dövlət bayrağı. 22 iyul 1947-ci ildə qəbul olunmuşdur. Narıncı rəng cəsarəti və fədakarlığı, ağ rəng sülh və dürüstlüyü, yaşıl rəng qəhrəmanlıq və sədaqəti təmsil edir. Bayrağın ortasındakı dairəvi simvol isə Buddizm inancındakı Çakra'dır.
Honduras bayrağı
Honduras bayrağı — Hondurasın Dövlət bayrağı == Mənası == Mavi zolaqlardan biri Atlantik okeanı, digəri isə Sakit okean ilə əlaqəlidir.
Kamboca bayrağı
Kamboca bayrağı — Kambocanın dövlət bayrağı. Kamboca krallığının rəsmi bayrağı ilk dəfə 1948-ci ildə qəbul edilmişdir. 1970-ci ildə imtina edilən bayraq 1993-cü ildə yenidən bərpa edilmişdir. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Mavi rəng monarxiya hakimiyyətini, qırmızı xalqı, ağ rəng isə dini bildirir. Bayrağın tən ortasında isə Anqkor Vat buddist məbədi təsvir edilmişdir. Ümumilikdə isə bayraq özündə Xalq-Din-Monarx triadasını əks etdirir.
Kamerun bayrağı
Kamerun bayrağı — Kamerunun Dövlət bayrağı
Kolumbiya bayrağı
Kolumbiya bayrağı — Kolumbiyanın Dövlət bayrağı
Komor bayrağı
Komor adalarının bayrağı-Komor adalarının Dövlət bayrağı
Kürdüstan bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Laos bayrağı
Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur. == Simvolizm == Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır. Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi".
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.