ÜRYANLIQ
ÜST
OBASTAN VİKİ
Üskük
Üskük — qalın parçanın yaxud dərinin tikilməsi vaxtı iynənin barmağa batmaması üçün istifadə olunan alət.
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Kirpikcikli üskükotu
Kirpikcikli üskükotu (lat. Digitalis ciliata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Tükcüklü üskükotu
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
Üskükotu
Üskükotu (lat. Digitalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Kirpikcikli üskükotu (Digitalis ciliata Trautv.) Paslı üskükotu (Digitalis ferruginea L.) İriçiçək üskükotu (Digitalis grandiflora Mill.) Tükcüklü üskükotu (Digitalis lanata Ehrh.) Damarlı üskükotu (Digitalis nervosa Steud. et Hochst.
İriçiçək üskükotu
İriçiçək üskükotu (lat. Digitalis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Yabani çoxillik ot bitkisi olub, inkişafının birinci ilində çətir və kökətrafı yarpaqlar, ikinci ildə isə hündürlüyü 1 m-ə qədər düz, budaqlanmayan gövdə və çiçək fırçaları əmələ gətirir. Yarpaqları itiuclu zirvəsi ilə neştərşəkilli və ya uzunsov-neştərşəkilli, kənarları bərabər olmayan dayaz dişcikli, uzunluğu 7-25 sm, eni isə 2-6,5 sm-ə bərabərdir. Aşağı yarpaqları daralan iri qanadlı saplaqdan, yuxarı hissəsi isə oturaq, kənarları uzunu iri damarlardan ibarətdir. Çiçəkləri iri, sarı, başı aşağı əyilmiş olub, uzunluğu 3-3,5 sm-ə bərabərdir. Yarpaqları neştərşəkilli və ya uzunsov-neştərşəkilli zirvəsi itiuclu və seyrək kiçik dişli kənarlara malik, kökətrafı və gövdənin aşağı yarpaqları daralmış, qısa qanadabənzər saplaqlı, yuxarı yarpaqları isə oturaqdır. Ancaq mərkəzi və yan damarları aşağı səthdə daha yaxşı görünürlər. Zəif iylidir. Çoxillik ot bitkisi olub, yabanı halda Qafqaz, Ural və Karpat meşələrində yaşayır.

Digər lüğətlərdə