ÜÇRƏNGLİ

sif. Boya tərkibi üç rəngdən ibarət olan, yaxud üç müxtəlif rəngli hissədən ibarət olan. Üçrəngli bayraqcıq. Üçrəngli çiçək.
– Azərbaycanın üçrəngli, aylıulduzlu dövlət bayrağı ilə yanaşı, xalq mənəviyyatının parlaq rəmzi kimi qüdrətli şairimiz Şəhriyarın sənət və gözəllik bayrağı da qədim Azərbaycan torpağı üzərində əbədi dalğalanacaqdır. B.Nəbiyev.

ÜÇRƏQƏMLİ
ÜÇSAATLIQ
OBASTAN VİKİ
Üçrəngli
Üçrəngli və ya trikolor, bayraqşünaslıqda üç üfüqi və ya şaquli zolaqları olan bayraqlara aiddir. Hər bir zolaq eyni və ya fərqli rənglərdə ola bilər. Bəzi üçrəngli bayraqların mərkəzi hissələrində isə müxtəlif emblemlər və ya simvollar ola bilər. XVI əsrdə respublikaçılıq, azadlıq və inqilabın simvolu kimi meydana çıxmışdır. Ən qədim üçrəngli bayraq, daha sonralar Fransa və Rusiya bayraqlarına ilham vermiş olan Hollandiya bayrağından gəlir.
Üçrəngli Oxlar
Üçrəngli Oxlar (it. Frecce Tricolori) İtaliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Aermacchi MB-339 təyyarlərinin xüsusi modernizasiya olunmuş versiyası istifadə olunur. Qrup 10 təyyarədən ibarətdir. 9-u qrup şəklində uçuş və 1 solo. Eskadron İtaliyanın Milli Simvollarında biridir.

Digər lüğətlərdə