Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peaky Blinders
Peaky Blinders (teleserial, 2014)
Peaky Blinders — Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən "Peaky Blinders" adlı dəstə haqqında cinayət-dram televiziya serialıdır. Ssenari rejissoru Stiven Nayt, prodüseri Kerin Mandabah və Tiger Aspect Prodakşındır. Serial əsasən dəstə lideri Tommi Şelbi ilə Killian Mörfinin canlandırdığı yeni təyin olunmuş detektiv arasındakı hadisələrə diqqət çəkir.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Buake
Buake Bvake (Bouaké, Bwake) — Kot-d’İvuar Respublikasının mərkəzi hissəsində şəhər, Valedü Bandama vilayətinin inzibati mərkəzi. == Əhalisi == Əh. 659,2 min (2010); əhalisinin sayına görə ölkənin ikinci şəhəri. Avtomobil yolları qovşağı. Dəmiryol stansiyası. Beynəlxalq aeroport. == Tarixi == 1899-cu ildə fransız fortu kimi salınmışdır. == Memarlığı == Pambıqçılıq ETİ Universiteti, Pyer Rişe institutu (1973; tropik təbabət sahəsində tədqiqatlar), Meşəçilik məktəbi var. == Sənayesi == Buake kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (qəhvə, kakao, pambıq, çəltik, yams, sizal, tütün və s.). Yeyinti, toxuculuq, dəri-ayaqqabı, tütün sənayesi; pambıqtəmizləmə və çəltiktəmizləmə müəssisələri; İES var.
Bearn
Béarn (Qaskon dilində: Bearn və ya Biarn) - Fransanın cənubunda yerləşən qədim bir regiondur. Region müasir dövrdə 387 kommunadan ibarətdir.Qaskon dili regionda geniş bir formada istifadə olunur. Regionun əhalisi isə təxminən 350.000 nəfərdən ibarətdir.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
Green Baku (Yaşıl Bakı)
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Falcon Heavy
Falcon Heavy — SpaceX şirkəti tərəfindən istehsal edilmiş təkrar istifadə edilən uçuş raketi. Falcon Heavy Falcon 9 raketinə əsaslanır.
Freaky Styley
Freaky Styley — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 16 avqust 1985 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Fridrix Bekke
Bekke (Becke) Fridrix İohann Karl (31 dekabr 1855[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 18 iyun 1931[…], Vyana) — Avstriya mineroloqu və petroqrafı, Vyana Elmlər Akademiyasının üzvü, (1982, 1911-ci ildən baş katibi), Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1912). == Həyatı == Bekke Fridrix İohann Karl 1878-ci ildə Vyana Universitetini bitirmişdir. O, 1890-1898-ci illərdə Praqa və 1998-1927-ci illərdə Vyana universitetlərinin professoru, 1906-1927-ci illərdə Vyana Universitetinin Minerologiya muzeyinin direktoru işləmişdir. Əsas tədqiqatları suxurların mikroskop altında öyrənilməsi ilə əlaqədardır. Bekke üslubunu təklif etmişdir.
Get Heavy
Get Heavy — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == Scarctic Circle Gathering (intro) 01:02 Get Heavy 03:00 Devil Is a Loser 03:29 Rock the Hell Outta You 03:07 Would You Love a Monsterman?
Heavy Metal
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. == "Heavy metal" ifadəsinin mənşəyi == Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Love Berry
Love Berry (ラブベリー, Rabu Berii) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı. Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır. == Tarixi == "Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır. Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.
Mark Baeke
Mark Baeke (d. 24 iyul 1956, Sint-Niklaasda – ö. 21 yanvar 2017) — Müdafiənin sol cinahında çıxış etmiş peşəkar Belçikalı futbolçu. Baeke bütün karyerası boyunca Belçikanın Beveren klubunda çıxış etmişdir. O, Belçika milli futbol komandası ilə 15 oyunda iştirak etmişdir. Baeke həmçinin 1982 FİFA Dünya Kuboku və UEFA Avropa Kuboku 1984 turnirlərində iştirakçı olmuşdur.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Oğulcan Bekar
Oğulcan Bekar (1 sentyabr 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda hücumçu kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. Bekar Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Bekar öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Filipp Sturmu əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. Bekar Avstriyada anadan olmuşdur. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. 2017-ci ilin sentyabr ayında Bekar Avstriya U-18 millisinə dəvət almışdır. 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Phytoseius leaki
Phytoseius leaki (lat. Phytoseius leaki) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius leaki Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qordon Benks
Qordon Benks (ing. Gordon Banks; 30 dekabr 1937, Şeffild, Yorkşir[d] – 12 fevral 2019, Stok-on-Trent, Qərbi Mildlend[d]) — keçmiş ingilis futbolçu, qapıçı, 1966-cı il dünya çempionu. Eləcə də 1962 və 1970-ci illərdəki dünya çempionatında iştirak etmişdir. Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyasının dünyadakı futbol mütəxəssisləri arasında keçirdiyi referendumun nəticələrinə əsasən o xx əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutmuşdur. Onun "Stouk" komandasına keçməsindən ötrü 25 min funt verilmişdi. Bu komandanın kapitanı olmuşdu. İngiltərə yığma komandasının heyətində 62 oyun keçirib. FİFA Dünya Kuboku 1966 və FİFA Dünya Kuboku 1970-in iştirakçısı olmuşdur.
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Saray Berke
Saray Bərkə — bu orta əsr şəhəri mənbə və məxəzlərdə həm də Saray əl-Cədid, Şəhr əl-Cədid əl Məhrusə, Orda əl-Cədid kimi də çəkilir. Qızıl Orda imperiyasının paytaxtı olmuşdur. Saray Bərkənin xarabalıqları Volqoqrad vilayətinin Lenin rayonuna daxil olan Tsarev kəndi (Aktoba çayı üzərində) ərazisindədir. Şəhəri 1260-cı ildə Qızıl Orda xanı Bərkə xan (1256–1266)saldırmışdı. Batı xan öldüyü il, hakimiyyətə Batı xanın qardaşı Bərkə (və ya Bərkay, Bərkə Oğul) keçir. Bərkə müsəlman idi; tarixdə ilk müsəlman Qızıl Orda hökmdarı olaraq düşən Bərkə xan islamiyyəti hələ qardaşı oğulları zamanında qəbul etmişdi. Bərkə xanın İdil kənarında geniş düzənlikdə saldırdığı Saray Bərkə şəhəri geniş küçələri, böyük və dolu bazarları olan möhtəşəm bir şəhər idi. Həqiqətən vaxtilə Sarayda olan səyyahların göstərdiyi kimi XIV əsrin I yarısında şəhər özünün tərəqqi dövrünü yaşamaqda idi. Belə ki, 1333-cü ildə Saray Bərkədə olmuş İbn Bəttutə Saraydan böyük (səyyahın qeydinə görə onun ətrafını atla bir günə dolanmaq olarmış) abad şəhər kimi bəhs edərək burada bir çox xalqların — monqollar, aslar, qıpçaqlar, çərkəzlər, ruslar və başqalarının yaşadıqlarını göstərir. Saray Bərkədə Cuci ulusu xanlarının sikkələri (bunlar elm aləmində Cuci sikkələri adı ilə məşhurdur) kəsilirdi.
Prison Break
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Saray Bərkə
Saray Bərkə — bu orta əsr şəhəri mənbə və məxəzlərdə həm də Saray əl-Cədid, Şəhr əl-Cədid əl Məhrusə, Orda əl-Cədid kimi də çəkilir. Qızıl Orda imperiyasının paytaxtı olmuşdur. Saray Bərkənin xarabalıqları Volqoqrad vilayətinin Lenin rayonuna daxil olan Tsarev kəndi (Aktoba çayı üzərində) ərazisindədir. Şəhəri 1260-cı ildə Qızıl Orda xanı Bərkə xan (1256–1266)saldırmışdı. Batı xan öldüyü il, hakimiyyətə Batı xanın qardaşı Bərkə (və ya Bərkay, Bərkə Oğul) keçir. Bərkə müsəlman idi; tarixdə ilk müsəlman Qızıl Orda hökmdarı olaraq düşən Bərkə xan islamiyyəti hələ qardaşı oğulları zamanında qəbul etmişdi. Bərkə xanın İdil kənarında geniş düzənlikdə saldırdığı Saray Bərkə şəhəri geniş küçələri, böyük və dolu bazarları olan möhtəşəm bir şəhər idi. Həqiqətən vaxtilə Sarayda olan səyyahların göstərdiyi kimi XIV əsrin I yarısında şəhər özünün tərəqqi dövrünü yaşamaqda idi. Belə ki, 1333-cü ildə Saray Bərkədə olmuş İbn Bəttutə Saraydan böyük (səyyahın qeydinə görə onun ətrafını atla bir günə dolanmaq olarmış) abad şəhər kimi bəhs edərək burada bir çox xalqların — monqollar, aslar, qıpçaqlar, çərkəzlər, ruslar və başqalarının yaşadıqlarını göstərir. Saray Bərkədə Cuci ulusu xanlarının sikkələri (bunlar elm aləmində Cuci sikkələri adı ilə məşhurdur) kəsilirdi.