BƏLKƏ

bağl.
1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. – [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım.
Başqasını götürməyin. M.S.Ordubadi.
Cuma düşündü ki, bəlkə … Marala onun haqqında bəzi şübhəli şeylər demişlər. Ə.Əbülhəsən.

2. İrəlidə söylənmiş fikrin əksini ifadə edir. Məsələ sən deyən kimi deyil, bəlkə mən deyən kimidir.
3. Hətta, heç. Bu işi bir günə deyil, bəlkə iki günə görüb qurtarmaq olmaz.
4. “Də” ədatı ilə: bəlkə də – tərəddüd, şübhə, qeyri-müəyyənlik ifadə edir. Bəlkə də, sən deyəndir.
[Atabəy:] Mələkə, səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq, yavaşcadan dedi: – Bəlkə də. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏLKƏ BƏLKƏ [Qiyas:] Bəlkə hər halda mənə bir stəkan çay verəsən (Anar); OLMAYA Olmaya, sən məni biiqrar sandım
  • BƏLKƏ sərmayə — maya
  • BƏLKƏ ehtimal — şayəd
  • BƏLKƏ bəhanə — səbəb — tutarğa

Etimologiya

  • BƏLKƏ Bilmək, bəlli kəlmələri ilə kökdaşdır, bilmək feili zəminində əmələ gəlib, lakin qətiyyət yox, şübhə bildirir, bilmək sözünün həm forma, həm də mənaca
BƏLİRTMƏK
BƏLLƏMƏ
OBASTAN VİKİ
Bəlkə də bu, həqiqətdir… (roman)
Bəlkə də bu, həqiqətdir… (fr. Et si c'etait vrai...) fransız yazıçısı Mark Levinin ilk romanı == Məzmun == Bir axşam yalnız yaşayan memarın evində gənc, gö­zəl bir qız peyda olur.O qız Loren Klayn adlı bir həkimdir. Və o… ruhdur. Xəstəxanadan qayıdarkən avtomobil qəzası keçirib və komaya düşüb. Yalnız Artur adlı gənc me­mar ona yardım edə bilər. Çünki Loren ruh olsa da Artur onu görə, eşidə və toxuna bilər. Ancaq onları bir-biri­nə bağlayan sevgi hissləri olmasaydı, o da ölüm qarşısında aciz qalacaqdı. Lakin sonda Lorenin ruhu getdikcə silinir və o koma vəziyyətindən çıxır, yenidən həyata qayıdır, amma Arturu xatırlamır. == İstinadlar == https://az.bookmate.com/books/CLVDoscj. https://az.bookmate.com/books/CLVDoscj.

Digər lüğətlərdə