Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Becaya
Becaya (ərəb. بجاية‎; bər. ⴱⴳⴰⵢⴻⵜ) — Əlcəzairin şimalında yerləşən liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə əhalinin sayı 177,988 nəfərdir. Əlcəzairin ən böyük bərbərdilli şəhərlərindən biridir. == Tarixi == Müasir şəhərin yerində ilk məskunlaşma imperator Vespasian tərəfindən təqaüdçü əsgərləri yerləşdirmək üçün qurulan Roma koloniyası Salda idi. Bu şəhər Vandal dövlətində böyük əhəmiyyətə malik idi və bir müddət onun paytaxtı kimi fəaliyyət göstərmişdir. Orta əsrlərdə becaya qəbiləsindən olan bərbərlər hələ də adını daşıyan şəhəri ələ keçirdilər. XII əsrdə Həmmadilər dövlətinin paytaxtı olmuşdur. Becaya 1510-cu ilə qədər ispanlar onu ələ keçirənə qədər bərbər quldurlarının əsas limanlarından biri olmuşdur.
Becaya vilayəti
Becaya vilayəti — == Ərazisi == Becaya vilayətinin ərazisi 3 268 Km2-dır. Becaya vilayətinə 19 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Becaya vilayətinin əhalisi 912 577 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Becarə
Becarə — Azərbaycan Respublikasının İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibindəki Becarə qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Boom Beach
Boom Beach — "Supercell" şirkəti tərəfindən iOS və Android platformaları üçün yaradılmış real zamanlı strategiya oyunu. İlk olaraq 11 noyabr 2013-cü ildə Kanadada, ardınca 26 mart 2014-cü ildə dünya miqyasında buraxılmışdır. == Qərargah == Qərargah oyunun ən vacib binasıdır. Bir ada bazasının qərargahı dağıdıldığı anda o baza məhv edilir. Qərargah yüksəldikcə; O, yeni bölmələr, yeni qayıq xüsusiyyətləri və yeni binalar tikmək imkanı kimi bir çox xüsusiyyətləri təmin edir. 18 avqust 2020-ci ildə gələn yeniləmə ilə artırıla bilən maksimum səviyyə 23-dən 24-ə yüksəldi. == Haqqında == Boom Beach, digər düşmən adalarına hücum etmək üçün qoşun toplamaq və gücləndirmək, digər oyunçuların hücumlarına müqavimət göstərmək üçün müdafiə binalarını tikmək və təkmilləşdirməyə əsaslanan bir oyundur. Bu cəhətlərinə görə oyun digər Supercell oyunu olan Clash of Clans-a bənzəyir. Bununla belə, Boom Beach hekayəsi nəhəng bir arxipelaqda baş verir. == Müdafiə binaları == Snayper Qülləsi: Oyunda inşa edilən ilk müdafiə binasıdır.
Beata Klarsfeld
Beata Klarsfeld (alm. Beate Klarsfeld‎; doğum adı Beata Avqusta Küntzel (alm. Beate Auguste Künzeate‎); 13 fevral 1939[…], Berlin) — Almaniyalı jurnalist, yazıçı və ictimai xadim, İkinci Dünya müharibəsindən sonra "Nasist ovçusu". Beata Klarsfeld fransalı həyat yoldaşı Serj Klarsfeld ilə birlikdə Kurt Lisçka, Alois Brunner, Klaus Barbe, Ernst Ehlers və Kurt Asçe də daxil olmaqla qaçıb gizlənən çoxsaylı nasist müharibə cinayətkarlarının tapılıb üzə çıxarılması və onlar haqda sənədlərin aşkar edilməsi ilə məşhurlaşıb. 2012-ci ilin martında o, Almaniyada keçirilən prezident seçkilərində Yoahim Qauka qarşı Sol Partiyasının namizədi kimi mübarizə aparıb. Lakin 991-ə qarşı 126 səslə məğlub olub. == Həyatı == Beata Avqust Küntzel Berlində sığorta işçisi Kurt Künzel və həyat yoldaşı Helenin yeganə övladı olaraq anadan olub. Klarsfeldin sözlərinə görə, onun valideynləri nasist deyildilər. Lakin onlar nasist lideri Adolf Hitlerə səs veriblər. Atası 1939-cu ilin yayında ordu sıralarına çağırılıb.
Plastic Beach
Plastic Beach — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın üçüncü studiya albomu. 3 mart 2010-cu ildə Parlophone və Virgin Records tərəfindən buraxılıb.
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Məhəmməd Sofian Bucaca
Məhəmməd Sofian Bucaca (8 noyabr 1983) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. Məhəmməd Sofian Bucaca Əlcəzairi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Satellite Beach, Florida
Satellit Biç, ABŞ-nin Florida ştatındakı Brevard dairəsində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 10.109 nəfər olmuşdur. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhalinin 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3 Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğu müəyyən edilmişdir.
The Beach Boys
The Beach Boys (az: Çimərlik oğlanları) — 1961-ci ildə yaradılan ABŞ mənşəli rok qrupu. Dünyanın ən yaxşı vokal qruplarından biridir. Bu qrup üç qardaş və məktəb dostlarının yaratdığı Pendletones adı ilə musiqiyə başlamışdır. 1961-ci ildə oxuduqları Surfin adlı mahnı 1959-cu ildə bir təyyarə qəzasında dünyasını dəyişən Badı Holinin xatirəsinə ilk dəfə səhnəyə çıxmışdır. 1966-cı ilə qədər 11 albom çıxardan qrup, 1966-cı ildə bütün dünyada gəlib-keçmiş ən yaxşı albom olaraq qəbuk olunan Pet Sounds albomunu çıxardaraq The Beatlesın hegemonluğuna son qoymuşlar.
Bilgah Beach Hotel
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir. Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir. B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Eçara
Eçara (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Eçara (Yardımlı) — Yardımlı rayonunda kənd.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Cocoa Beach, Florida
Kokoa Biç ABŞ-nin Florida ştatında yerləşən Brevard dairəsində yerləşən şəhərdir. Əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 11.231 nəfər təşkil edir.
Virginia Beach, Virciniya
Virciniya Biç, Verciniya-Biç, Virqiniya-Biç (ing. Virginia Beach [və(r)ˈdʒɪniə ˈbiːtʃ]) — ABŞ-nin Virciniya ştatında yerləşən bir şəhərdir. Virginia Beach City heç bir dairədən asılı olmayan müstəqil bir şəhərdir. South Hampton Roads (Cənubi Hampton Yolları) bölgəsində, Chesapeake körfəzinin Atlantik Okeanı ilə qovuşduğu yerdə yerləşir. Onun şəhər daxilində əhalisi (2010-cu il Əhali siyahıyaalmasına görə) 437994 nəfərdir. Əhalisi ilə ABŞ-nin 39-cu ən böyük şəhəridir. 1.288.1 km² ərazidə inşa edilmişdir. Lakin bu şəhərlə əlaqəli şəhərləşmiş şəhərətrafı zonaları ilə metropoliya Virciniya Siti əhalisi (2010 siyahıyaalma məlumatlarına görə) 1,672.319 nəfərdir. Əksəriyyəti şəhərətrafı olsa da, Virjiniyada ən sıx şəhərdir və millətin ən sıx yaşadığı 44-cü şəhəridir. Hampton Roads metropol ərazisinə daxildir.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Beca (vilayət)
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Beca vilayəti
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir. Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Belaya Reçka (Kabarda-Balkariya)
Belaya Reçka (qaraç.-balk. Акъ суу) — Kabardiya-Balkar Respublikasında kənd. "Nalçik şəhər dairəsi" bələdiyyə quruluşunun bir hissəsidir. == Coğrafiyası == Kənd Nalçik şəhər dairəsinin cənub-qərb hissəsində, Nalçik və Belaya çaylarının vadilərində yerləşir. Nalçik şəhərindən 1,5 km cənubda yerləşir. Şimalda Nalçik və şərqdə Xasanya yaşayış yerləri ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında, Meşə silsiləsinin şimal ətəklərinin ətəyində yerləşir. Əhalinin böyük hissəsi Belaya və Nalçik çaylarının vadiləri boyunca düzənliklərdə məskunlaşmışdır. Ətrafdakı yamaclar çox meyllidir. Bəzi yerlərdə yamaclar yüksək qayalarla açılır.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.
Bərava (Soyuqbulaq)
Bərava (fars. باراوا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (27 ailə).
Eçara (Cəlilabad)
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Abdullah ibn Rəvaha
Abdullah ibn Rəvaha (bilinmir, Mədinə – 629, Muta[d], ərəb. عبدالله ابن رواحة‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. O, Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur. Müsəlman olduqdan sonra Əqəbə beyətində (sadiqlik andı) mədinəlilərin sıralarında yer almışdır. Məhəmməd peyğəmbərin yaxın səhabəsi, eləcə də katibi olmuşdur. Bədr döyüşü, Uhud, Xəndək, Xeybər döyüşlərində müsəlmanların sıralarında vuruşmuşdur. Muta döyüşündə qəhrəmancasına vuruşaraq şəhid olan Abdullah ibn Rəvahanın gözəl şeir yazmaq bacarığının olduğu da qeyd edilir. O, bəzi bütpərəst şairlərin Məhəmməd peyğəmbərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı cavablar yazdığı bilinir. Bu isə Quranda (26: 224-227) qeyd edilmişdir.