Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Beca (vilayət)
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Beca vilayəti
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Bərcan
Bərcan — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bərcan Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahilindən 7 km. aralı, Burovar silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, əsl adı Bəycandır. Guya kollektivləşmə illərində bəylərə münasibətin dəyişməsi ilə əlaqədar "y" səsi "r" səsi ilə əvəz olunmuşdur. Tədqiqatçılar isə oykonimi bərc (fars. "Hündürlüyüdur tikili") və -an (məkan bildirən Şək.) komponentlərindən ibarət "Hündürlüyüdur tikili olan yer" mənalı soz kimi izah edirlər. Əslində, Bərcan Azərbaycanda, Muğan vilayətində mövcud olmuş qədim Bərzənd (z - c) Şəhərinin adındandır və "torpaq sahəsi" mənasındadır.
Bəycan (Puldəşt)
Bəycan (fars. بيك جان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 526 nəfər yaşayır (123 ailə).
Bəycan (Yuxarı Qarabağ)
Bəycan — Yuxarı Qarabağın Vərəndə nahiyəsində kənd adı. Bəcan adından təhrifdir. VII əsrə aid mənbədə ermənicə yazılışda Bcans kimidir. Ermənistanda Beçini. XIX əsrdə Gürcüstanda Siqnax qəzasında Becaniani kənd və Albaniyada Bcans (Həkəri çayının qolu) çay və orada kənd indiki Laçın r-nu ərazisində kənd adları ilə eynidir. Qədim türkmənşəli Peçeneq (Beçene) tayfasının adını əks etdirir.