BƏYCAN

bəy kimi olan, bəyə bənzəyən, bəy ürəkli.
BƏYAZİD
BƏYDADAŞ
OBASTAN VİKİ
Bəycan (Puldəşt)
Bəycan (fars. بيك جان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 526 nəfər yaşayır (123 ailə).
Bəycan (Yuxarı Qarabağ)
Bəycan - Yuxarı Qarabagın Vərəndə nahiyəsində kənd adı. Bəcan adından təhrifdir. VII əsrə aid mənbədə ermənicə yazılışda Bcans kimidir . Ermənistanda Beçini . XIX əsrdə Gürcüstanda Siqnax qəzasında Becaniani kənd və Albaniyada Bcans (Həkəri çayının qolu) çay və orada kənd indiki Laçın r-nu ərazisində kənd adları ilə eynidir. Qədim türkmənşəli Peçeneq (Beçene) tayfasının adını əks etdirir.