Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Behaviour Interactive
Behaviour Interactive (fr. Behaviour Intéractif Inc.) — videooyunlarının inkişafında ixtisaslaşan müstəqil Kanada şirkəti. 1992-ci ildə təsis edilən şirkətin baş qərargah Kanadanın Monreal şəhərində yerləşir. Şirkətin Çilinin Santyaqo şəhərində bir filialı var. == Tarix == Şirkət "Megatoon Entertainment Group" adıyla Remi Rasin tərəfindən 1992-ci ildə Kvebek şəhərində təsis edilmişdir. 1994-cü ildə Rasin, CD-ROM üçün interaktiv əyləncə proqram təminatları üzrə ixtisaslaşan Monreal-əsaslı "Multimedia Interactive" (MMI) şirkətinin təsisçilərindən biri olmuşdur. 1996-cı ildə şirkətlərin ikisi də, "Malofilm Communications" şirkətinə satılmış, 1997-ci ildə isə "Behaviour Interactive" adı altında birləşmişdilər. 1999-cu ildə Rasin və bir neçə səhmdar studiyanı geri almış, 2000-ci ildə isə adını "Artificial Mind & Movement Inc." (A2M) qoymuşdular. 2008-ci ilin noyabr ayında şirkət Santyaqo-əsaslı "Wanako Games" studiyasını "Activision Blizzard"dan almışdır. 2010-cu ildə şirkət adını yenidən "Behaviour Interactive" olaraq dəyişmişdir.