Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berqamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Berqamot ağacı
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Bergamot

Berqamo
Berqamo (it. Bergamo) — İtaliyanın Lombardiya regionunda şəhər.
Berqamo əyaləti
Berqamo əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət. Əhalisi 1 098 740 nəfər, (2010), sahəsi — 2723 km². Paytaxtı Berqamo şəhəridir. Əyalətdə 244 kommuna var. == Toponimi == Berqamo əyalətinin adı, əyalətin baş paytaxtı olan Berqamo şəhərinin adı ilə bağlıdır. Berqamo şəhərri isə adını Kelt mifologiyasında tanrı olan "Bergimus"-dan alıb.
Volley Berqamo
Volley Berqamo — İtaliyanın Berqamo şəhərini təmsil edən qadın voleybol komandasıdır. Komanda İtaliyada Seria A1-də mübarizə aparır. Komanda XXI əsrin ən nəhəng voleybol klubları arasında göstərilir. Volley Berqamo 1991-ci ildə yaradılmışdır. Komanda 1993-cü ildən etibarən Seriya A1də mübarizə aparır. Komandanın ilk böyük uğurları 1996-97 sezonuna təsadüf edir. Belə ki, həmin il klub ölkə çempionatı, kuboku və superkuboku ilə yanaşı CEV Qadınlar Çempionlar Liqasını da qazanmışdır. Son illərdə bir qədər sakitləşən komandanın İtaliya çempionatlarında səkkiz çempionluğu vardır. Bununla yanaşı yeddi qat Avropa çempionlarıdır. Avropada Çempionlar Liqasında son dəfə 2010-cu ildə titula sahib çıxa bilmişdir komanda.
Berqamo Universiteti
Berqamo Universiteti — İtaliyanın Berqamo şəhərində yerləşən İtalyan dövlət universiteti. == Tarixi == 11 dekabr 1968-ci ildə Xarici Dillər və Ədəbiyyat İnstitutu kimi yaradılmışdır və yeddi fakültə, üç kampus və qırx bir kursdan ibarətdir. 1990-cı ildə universitetin adı Berqamo Tədqiqat Universiteti olaraq dəyişdirildi. Bu illər ərzində universitet Berqamo şəhərinin bəzi tarixi binalarının bərpasında mühüm rol oynamışdır. Qısa müddətdən sonra Universitetdə əsaslı dəyişikliklər baş verdi. 1992-ci il noyabrın 1-də Universitet dövlət qurumuna çevrildi və adı Berqamo Universiteti oldu. == Akademik strukturu == Universitet bakalavr, magistratura və doktorantura dərəcələri təklif edir. === Fakültələri === Hüquq fakültəsi Mühəndislik və Tətbiqi Elmlər fakültəsi İdarəetmə, İnformasiya və İstehsalat fakültəsi Ədəbiyyat, Fəlsəfə və kommunikasiya fakültəsi Xarici dillər, Ədəbiyyat və Mədəniyyət fakültəsi Biznesin İdarəetməsi fakültəsi İqtisadiyyat Elmləri fakültəsi Humanitar və Sosial Elmlər fakültəsi Bəzi fakültələrdə tədris ingilis dilində keçirilir. Berqamo Universiteti altı doktorantura dərəcəsi təklif edir. == Reytinqləri == Berqamo Universiteti təkcə milli səviyyədə tanınmır.
Volley Berqamo QVK
Volley Berqamo — İtaliyanın Berqamo şəhərini təmsil edən qadın voleybol komandasıdır. Komanda İtaliyada Seria A1-də mübarizə aparır. Komanda XXI əsrin ən nəhəng voleybol klubları arasında göstərilir. Volley Berqamo 1991-ci ildə yaradılmışdır. Komanda 1993-cü ildən etibarən Seriya A1də mübarizə aparır. Komandanın ilk böyük uğurları 1996-97 sezonuna təsadüf edir. Belə ki, həmin il klub ölkə çempionatı, kuboku və superkuboku ilə yanaşı CEV Qadınlar Çempionlar Liqasını da qazanmışdır. Son illərdə bir qədər sakitləşən komandanın İtaliya çempionatlarında səkkiz çempionluğu vardır. Bununla yanaşı yeddi qat Avropa çempionlarıdır. Avropada Çempionlar Liqasında son dəfə 2010-cu ildə titula sahib çıxa bilmişdir komanda.
Volley Berqamo VK

Berqama
Berqama (türk. Bergama) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir. Antik Perqam şəhəri (yun. Πέργαμος) ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
Böyük Bermamıt
Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir. == Adı == XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir. Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir. Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir. == Ümumi məlumat == Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir.
Eugen Bernadot
Şahzadə Eugen Bernadot qardaşlarının əksinə olaraq heç vaxt evlənməyib. 1865-ci ildə Stokholmda doğulan Eugen əsasən incəsənətə bağlı biri idi. Oslo Universitetini bitirən şahzadə İtaliya, Misir, Suriya və Osmanlı İmperiyasını gəzmişdi. 1947-ci ildə vəfat edən şahzadənin evi indi muzeydir.
Karl Bernadot
Karl Vilhelm (27 fevral 1861, Arvfyurstens-palats[d], Stokholm – 24 oktyabr 1951, Stokholm) — İsveç və Norveç şahzadəsi. == Həyatı == 1861-ci ildə Stokholmda doğulmuşdu. II Oskarın üçüncü oğlu idi. 1897-ci ilin mayında Danimarka şahzadəsi İnqeborq Oldenburqla evləndirilən Karlın buna baxmayaraq dörd övladı olmuşdu. Qızlarının hər üçü sırası ilə Danimarka, Norveç və Belçika kraliçaları olmuşdu. 1905-ci ildə VII Haakonun yerinə Norveç kral namizədi olmaq istəsə də atası buna imkan vermədi və üsyan kimi dəyərləndirəcəyini dedi. Özü kral ola bilməsə də qızı VII Haakonun oğlu ilə evləndi və indiki Norveç kralı olan V Harald onun nəvəsidir. Ən uzun ömürlü şahzadələrdən olan Karl 90 yaşında Stokholmda vəfat etdi.
Perqamon muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Siqvard Bernadot
Siqvard Bernadot 7 iyun 1907-ci ildə anadan olmuş İsveç şahzadəsi idi. VI Qustavın oğlu olsa da 1934-cü ildə rəiyyətdən biri ilə evləndiyi üçün şahzadəlik titulunu itirdi və Lüksemburq Böyük Hersoqinyası Şarlotta tərəfindən Vizborq qrafı titulunu aldı. O sənaye dizayneri idi. 1983-cü ildə Tidningarnas Telegrambyrå qəzetinə şahzadəlik titulunu geri almaq barədə fikrini bildirsə də XVI Karl Qustav heç vaxt ona titulu vermədi. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə baş vursa da, müvəffəqiyyətsiz oldu. 3 evliliyindən tək övladı oldu. Kraliça Viktoriyanın yaşayan ən böyük nəvəsi hesab olunurdu. Onun bu rekordunu qardaşı qırdı.
Vilhelm Bernadot
17 iyun 1884 tarixində anadan olan Södermanland hersoqu Vilhelm Bernadot V Qustavın ikinci oğlu idi. 1914-cü ildə dənizçilik məktəbindən məzun olan Vilhelm babası tərəfindən Norveç Aslanı Ordeni ilə təltif edilmişdi. 1907-ci ilin 25 oktyabrında II Oskar çar II Nikolaya öz nəvəsini onun qardaşı qızı ilə evləndirmək istəyini məktubla bildirdi. 3 may 1908-ci ildə Peterburqda evlənən Vilhelm 1914-cü ildə boşandı. Həyat yoldaşı Mariya Pavlovna ərinin homoseksual olduğunu deyirdi. Onun tək oğlu Lennart Bernadot idi. Bu ildən sonra Vilhelm sevgilisi Janna Tramkurtla yaşamağa başladı. 1952-ci ildə avtomobil qəzasında Jannanın ölməsi Vilhelmə pis təsir etdi. 1965-ci ildə infarktdan vəfat etdi. Indisk erotik 1912 Torpedchapparnas visa 1912 Där solen lyser 1913 Jagarevisa 1913 Vet du...?
Erik Qustav Bernadot
Şahzadə Erik 20 aprel 1889-cu ildə Stokholmda anadan olmuşdu. Epilepsiyadan əziyyət çəkən Erik öz qəsrində insanlardan uzaqda yaşayırdı. Hər iki həftədən bir paytaxta getməyinə icazə verilsə də ailəsi belə onu ziyarət etmirdi. 1917-ci ildə o bu cür tərkidünya həyatı istəmədiyini və şəhərə yaxın yaşamaq istədiyini demişdi və buna görə də onu şəhərə daha yaxın saraya aparmışdılar. Sonrakı il ölən Erik üçün qardaşları təəssüf hissi keçirsə onun bu mənasız həyatı yaşamaqdansa ölməsinin daha yaxşı olduğunu demişdilər.
Karl Fridrix Bernadot
Karl Fridrix Bernadot 1911-ci ildə Stokholmda doğulmuşdu. Karl Bernadotun tək oğlu idi. 1937-ci ildə rəiyyətdən biri ilə evləndiyinə görə o da öz şahzadəlik titulunu itirdi. Lakin o Lüksemburqdan Vizborq qrafı yox qaynı Belçika kralı III Leopolddan Bernadot qrafı titulunu aldı. Üç dəfə evlənsə də cəmi bir qızı oldu. 2003-cü ilin iyun ayında İspaniyada vəfat etdi.
Karl Oskar Bernadot
Karl Oskar Bernadot (14 dekabr 1852, Stokholm kral sarayı[d], Stokholm leni[d] – 13 mart 1854, Stokholm kral sarayı[d], Stokholm leni[d]) — İsveç şahzadəsi. == Həyatı == Karl Oskar Bernadot 14 dekabr 1852-ci ildə Stokholmda doğulmuş İsveç şahzadəsidir. O XV Karlın tək oğlu idi. Kiçik yaşda pnevmoniyadan öldü.
Karl İohann Bernadot
Karl İohann — İsveç aristokratı. == Həyatı == Karl İohann 1916-cı ildə Stokholmda doğulmuşdur. 30 il sonra o da digər qardaşları kimi rəiyyətdən biri ilə evləndiyi üçün bütün titullarını itirmişdi. Qardaşı kimi Vizborq qrafı olmuşdu. 2012-ci ildə vəfat etdi.
Nikolaus Avqust Bernadot
Nikolaus Avqust 1831-ci il 24 avqustda 3 qardaşın ən kiçiyi olaraq Stokholmda dünyaya göz açdı. 1849–1853-cü illər arsında Uppsala Universitetində təhsil aldı. 1851-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü oldu. 16 aprel 1864 tarixində alman əsilzadəsi Tereza Sakse-Altenburqla Altenburqda evlənən Avqust ömrü boyu övlad sahibi olmadı. Zehni olaraq problemləri olduğu və qatarlara olan marağına görə ona "qatardan da axmaq" deyirdilər. Avqust ayında 41 yaşında pnevmoniyadan öldü.
Qustav Adolf Bernadot
Qustav Adolf Bernadot - 22 aprel 1906-ci ildə anadan olmuşdu və indiki kral XVI Karl Qustavın atasıdır. 1940-cı illərdə Leytenant-Polkovnik olan Qustav İkinci dünya müharibəsi vaxtı Almaniyada İsveçin rəsmi nümayəndəsi idi. O İngiltərə şahzadəsi Sibilla Sakse-Koburq-Qota ilə evlənmişdi. Bütün övladları yaşayır. Özü isə Kopenhagendə təyyarə qəzasında vəfat etdi.
Qustav Oskar Bernadot
Şahzadə Qustav (15 iyun 1827-ci ildə doğulmuş, 24 sentyabr 1852-ci ildə vəfat etmiş) — İsveç-Norveç şahzadəsidir. Qardaşı XV Karldan bir yaş kiçik idi. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü elan olunmuşdu. Qardaşı ilə birlikdə Uppsala Universitetini bitirmişdi. O təhsilli bəstəkar və musiqiçi olaraq bilinirdi. Onun bəstələdiyi Studentsången (Tələbə mahnısı) və Vårsång (Bahar mahnısı) hələ də İsveçin ən məşhur musiqilərindəndir. Onun 50-dən çox bəstələdiyi marş, romans və mahnıları qorunub saxlanıb. 1852-ci ildə qarın yatalağından vəfat etdi. Till Andra livgardet, 1843 Marsch till Livregementets dragoner, 1843 Dragonmarschen, 1843 Eugeniavals, 1844 Polka , 1844 Tullgarnsgalopp, 1844 Sorgmarsch, 1844 Till Andra livgrenadjärregementet, 1846 Debardeurmarsch, 1847. Militärrast, 1848.
Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur. == Etimologiya == "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.
Bergama
Berqama (türk. Bergama) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir. Antik Perqam şəhəri (yun. Πέργαμος) ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
Citrus bergamia
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Viktoriya İnqrid Dezira Bernadot, İsveç Vəliəhdi
Viktoriya İnqrid Alisa Dezire (isv. Victoria Ingrid Alice Désirée; 14 iyul 1977, Stokholm) — İsveç vəliəhdi şahzadəsi, Vestergotland hersoginyası. Kral XVI Karl Qustav və Kraliça Silvianın böyük övladıdır. 1979-cu ildə İsveç konstitusiyasına edilən dəyişikliklərdən sonra o, İsveç taxt-tacının varisi oldu. == Erkən həyatı və təhsili == Şahzadə Viktoriya 14 iyul 1977-ci ildə Stokholmda anadan olub. Atası İsveç kralı XVI Karl Qustav, anası isə Almaniya əsilli Silvia Sommerlatdır. Viktoriyanın kiçik qardaşı Karl Filip və kiçik bacısı şahzadə Madlen var. Viktoriya 1980-ci ilin 1 yanvarında vəliəhd şahzadə elan edildi. O, İsveç tarixində taxt-tacına birbaşa varislik hüququ olan ilk qadındır. Bu, 1979-cu ildə qəbul edilmiş yeni varislik qanununun nəticəsi idi, hansı ki, cinsi ayrı-seçkiliyi aradan qaldıraraq monarxın ən böyük övladının, cinsindən asılı olmayaraq, taxta çıxmasını təmin edirdi.
Viktoriya İnqrid Dezira Bernadot (İsveç vəliəhdi)