Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beydullah Xanmaqomedov
Beydullah Xanmaqomedov (18 avqust 1927 – 28 sentyabr 1999, Mahaçqala — Sovet və rus dilçisi, qafqazşünas, Tabasaran dili üzrə mütəxəssis, Tabasaran dili dərsliklərinin və lüğətlərinin müəllifi, dünya ədəbiyyatı əsərlərinin Tabasaran dilinə tərcüməçisi. == Bioqrafiyası == 1927-ci ildə Xiv rayonunun Kondik kəndində tabasaranlı və ləzgi ailəsində anadan olmuşdur. Ata babası Cənubi Dağıstanda məşhur bir torpaq sahibi olan Hacı-Kutaya Xiv rayonunun ən varlı şəxsi olur. Ana babası isə tarixçi, filosof, şair və pedaqoq Mirzə Həsən Əlqədari olmuşdur. Xiv orta məktəbini bitirdikdən sonra, 1942-1945 -ci illərdə rayon torpaq şöbəsində əlavə işçi, sonra Xiv rayonunda heyvandarlıq texnikisi vəzifəsində çalışmışdır. 1945-ci ildə Pedaqoji İnstitutun Dil və Ədəbiyyat Fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra Tabasaran rayonunun Tinit orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi, 1952-ci ildə isə Xiv orta məktəbinə göndərilir. 1953-54-cü illərdə Təhsil və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə Daquçpedqizdə Tabasaran dilinin redaktoru işləmişdir. Sonra SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda aspiranturanı bitirmişdir. 1958-ci ildə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda "Tabasaran dilinin deklensiya sistemi ləzgi və agul dillərinin azalma sistemləri ilə müqayisədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Bone-yi Xeyrüllah
Bone-yi Xeyrüllah (fars. بنه خيراله‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Bəhaullah
Bəhaullah və ya əsl adı ilə Mirzə Hüseyn Əli Nuri (12 noyabr 1817[…], Tehran, Qacar dövləti – 29 may 1892, Akka, Beyrut vilayəti, Osmanlı imperiyası) — hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində (بهاء الله,) "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, Buddizm və Zərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıq və İslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir. Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var. Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin". Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı. Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu. == Həyatının ilkin dövrləri == Bəhaullahın əsl adı Mirzə Hüseyn Əlidir. O, 1817-ci il noyabrın 12-də (hicri 1233, məhərrəm ayının 2-si) Tehranın adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdır.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Ayətullah Bürucərdi
Seyid Hüseyn Təbatəbai Bürucirdi — İslam alimi. Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir. Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Luristan əyalətinin Bürucird şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır. Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirmişdir.
Ayətullah Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Ayətullah Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Meşkini
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. == Həyatı == Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Ayətullah Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. == Həyatı == Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). == Təhsili == İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. == Həyatı == Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
Ayətullah Xamneyi
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd, Pəhləvilər İranı[d]) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir. Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi.
Ayətullah Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. == Həyatı == Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ayətullah Xoyi
Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy, Qərbi Azərbaycan ostanı – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. == Həyatı == Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq.
Heybullah Əsdiyev
Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993; Qaysa, Balakən rayonu - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Bayatullah Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. == Həyatı == Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Aşıq Fətullah
Aşıq Fətullah (1920 — 1942) — aşıq. == Həyatı == Aşıq Fətullah 1920-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Çobankərəli Cəfərə şagirdlik etmişdir. Aşiqanə qoşmaları ("İstər könlüm", "Zülflərin", "Yan, barı", "Bənzər", "Allı qız", "Gözəl" və s.) ilə tanınmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. == Ədəbiyyat == Azərbaycan folkloru antalogiyası. Naxçıvan folkloru.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub. Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. == Həyatı == 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Ayətullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.