Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Busul Xan
Busul Xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buzul Xan olaraq da tanınır. Kayra Xanın sarayına gedən yolu qoruyan gözətçidir. Bunçak Xan ilə birlikdə xatırlanır. Sibir bölgəsi üçün buzlar və buzlu sahələr gündəlik həyatın davamlı bir parçasıdırlar. Bu səbəblə soyuqla bağlı anlayışların mifologiyadakı əks olunmaları çox şişirdilmiş hesab olunmamalıdır. == Etimologiya == (Bus / Pus) kökündən törəmişdir. Bulandıran, puslandıran mənasını verər. Bir yerə sinmeyi, pusquya yatmağı da ifadə edir. Bus/Pus sözü qədim altaycada buxar mənasını verər və yarı şəffaf bir görünüşü bildirir.
Binsu
Patbinsu və ya sadəcə Binsu — doğranmış meyvə, qatılaşdırılmış süd, meyvə siropu və qırmızı lobyanın da daxil olduğu xırdalanmış buz dənəcikləri ilə hazırlanan məşhur Koreya deserti. Əgər tərkibinə qırmızı lobya daxil edilməzsə o zaman bu desert sadəcə binqsu adlanır. (Patbinsu sözündəki pat-qırmızı lobya mənasına gəlir). == Tarixi == Patbinsunun ilkin forması üyüdülmüş buz, qırmızı lobya, doq, fıstıq tozu və s. 2-3 inqrediyentdən ibarət idi. Patbinsunun bu ilkin forması Coson sülaləsi (1392-1910) dövründən mövcud idi. Məmurların buzları üyüdüb üzərinə meyvə qoyaraq yedikləri ilə bağlı müxtəlif tarixi qeydlər görə bilərik. Patbinsunun müasir forması Yaponiya müstəmləkəsi (1910-1945) dövründə qırmızı lobyadan hazırlanan soyuq yeməklərin tətbiqi sayəsində kəşf edilmişdir. Lakin ilk dəfə üyüdülmüş buz və qırmızı lobya Koreyada bir-birinə qatılaraq desert olaraq təqdim olunmuşdur. Koreya müharibəsi (1950-1953) zamanı xarici mədəniyyətlərin təsiri ilə binsuya meyvə kokteyli, dondurma, müxtəlif meyvələr, qoz-fındıq, şərbət, çırpılmış qaymaq əlavə edildi.
Gülsə Birsəl
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971) — türk aktrisası, ssenarist və jurnalist. == İlk illər == 11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur. Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Aksiomatik üsul
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulma və tədqiqat üsuludur. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur. Aksiomatik üsulla qurulmuş elmi nəzəriyyə aksiomatik və ya deduktiv nəzəriyyə adlanır. Riyazi nəzəriyyə Aksiomatik üsulla qurulduqda əvvəlcə qurulan aksiomatika üçün ilkin olan anlayışlar verilir. İlkin anlayışlar başqa anlayışlarla izah edilmir və məntiqi əsaslandırılmır. Aksiomatik nəzəriyyənin başqa anlayışları ilkin anlayışlar əsasında məntiqi yolla daxil edilir. Hər başqa anlayış ilkin anlayışlardan təşkil edilmiş predikatın ixtisarlaşdırılmış adıdır. Aksiomatik nəzəriyyənin hökmü onun anlayışları arasındakı məntiqi əlaqəni göstərən formullar olub, məntiqi yolla ilkin anlayışlardan alınmışdır. Aksiomatik nəzəriyyəni başqa elmi nəzəriyyələrdən ayıran əsas əlamət isbat olunan hökmün məntiqi əsaslandırılmasıdır. Aksiomatik üsula görə baxılan nəzəriyyənin bəzi müddəa və təklifləri qurulan aksiomatik nəzəriyyə üçün doğru elan edilir, isbatsız qəbul olunur və aksiomatik nəzəriyyənin aksiomları adlanır.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Brusel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Bigül
Bigül – Şəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.
Birgül Oğuz
Birgül Oğuz (1981, İstanbul) — türk yazıçısıdır. O, İstanbulda anadan olub və İstanbul Bilgi Universitetində Müqayisəli Ədəbiyyat və Mədəniyyət Araşdırmaları fakültəsində təhsil alıb. Yazıçı, 2006-cı ildə Edinburq Universitetində də oxuyub. Hal-hazırda Boğaziçi Universitetində İngilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün çalışır, eyni zamanda İstanbulda Moda Sahnesi və Nazım Hikmət Akademiyasında ədəbiyyatdan dərs deyir. Bu günə qədər iki bədii əsər nəşr etdirmişdir: Fasulyenin Bildiyi (2007) və Hah (2012). Sonuncu dəfə 2014-cü ildə Avropa İttifaqının Ədəbiyyat üzrə Mükafatını qazanmışdır. 2015-ci ildə Ayova ştatının eyniadlı şəhərindəki Ayova Universitetində Beynəlxalq Yazı Proqramının Payız Rezidenturasında iştirak etmişdir.
Qusul atı
Qusul atı, həmcinin Qusulik və ya Qusul — Dağ şəraitinə uyğunlaşmış ev at cinsi. Bu atlar əsasən Karpat dağları ərazisində və Şərqi Avropa ölkələrində yetişdirilir və dünya genefondu hesab edilir. 1979-ci ildə Qusul atı relikt növ statusu elan edilmiş və qorunma statusu almışdır. Bu ad qusullarla bağlıdır. Ukraynların etnik qrupu olan qusullar əsasən İvano-Frankov, Çernovis vilayətləri və Zakarpat vilayətinin Raxovski rayonu ərazilərində yaşayırlar. Atlar elə də hündür olmurlar. Erkəklərin orta hündürlüyü 139 - 145 sm, dişilər isə 137 - 142 sm olur. Sinəsi geniş və enlidir. İri gözlərə və kiçik qulara sahibdir. Güçlü beli və əzələli boynu vardır.
Aran və Bidgül
Aran və Bidgül — İranın İsfahan ostanının şəhərlərindən və Aran və Bidgül şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,651 nəfər və 15,556 ailədən ibarət idi.
Birgül Ayman Güler
Birgül Ayman Güler (1 iyun 1961, Berqama, İzmir ili)— Boşnak əsilli Türk alimi, yazıçısı və siyasətçisi. == Həyatı == Mərmərə universiteti Kamu Yönetimi bölümünden məzun olduqdan sonra Ankara Universitetində Yüksek Lisans ve doktorluq oxudi. 2002-ci ildə Yönetim Bilimi alanında profesorluq ünvanı aldı. Halen (2008) kadrosunun bulunduğu Ankara universitesi xaricində TODAIEdə də dərs deyir. Çap olunmuş çox sayda kitabı və məqaləsi vardır. Çeşitli dərnəklərdə üzvülüyü var və bir siyasi partiyanın qurucuları arasında yer almaqdadır. 14 aprel 2007 Tandoğan mitinqi və Anıtkabir yürüyüşünün çıxışçıları arasında idi. 24 Dönəm İzmir Milletvekili olarak TBMMyə daxil oldu. "Kürt milliyetçiliğini bana 'ilericilik' ve 'bağımsızcılık' diye yutturamazsınız. Türk ulusuyla Kürt milliyetini eşit, eş değerde gördüremezsiniz." sözleri bir çok tartışmaya neden olmuştur.
Aran və Bidgül şəhristanı
Aran və Bidgül şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aran və Bidgül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 89,961 nəfər və 24,541 ailədən ibarət idi.
Sen-Nizye-le-Buşu
Sen-Nizye-le-Buşu (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sent-Andre-le-Buşu
Sent-Andre-le-Buşu (fr. Saint-André-le-Bouchoux) — Fransada kommuna, Rona-Alplar regionundayerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01335. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 45 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 16 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər (15–64 yaş arasında) arasında 168 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 82,8%, 1999-cu ildə 79,0%). Aktiv 168 sakindən 163 nəfər (81 kişi və 82 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi.
Corc Herbert Volker Buşun brokkoli şərhləri
41-ci ABŞ prezidenti Corc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir. Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır. Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər. Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən Buş aşağıdakı fikirləri səsləndirmişdir: Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır. Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır. == Analiz == Araşdırmalar göstərir ki, Buş prezidentliyi dövründə brokkolini sevməməsi barədə 70 dəfə şərh vermişdir. Onun brokkoli şərhləri amerikalıların çoxuna xitab etmirdi, çünki brokkoli ABŞ-də getdikcə populyarlaşırdı və "80-ci illərin tərəvəzi" hesab olunurdu.