Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Səyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Bitməyən ömür (kitab)
Muazzez İlmiyə Çığ
Muazzez İlmiyə Çığ (türk. ; 20 iyun 1914, Bursa, Xudavəndigar vilayəti) — Türk şumeroloqu. Krım tatarı ailəsində anadan olmuşdur. Əcdadları Krımı tərk edib Türkiyəyə mühacirət edir. Ata ailəsi Merzifonda, ana ailəsi isə Bursada yerləşir. Orada Muazzzez Birinci Dünya müharibəsinin başlamasından bir neçə həftə əvvəl anadan olur. Valideynləri əvvəlcə İzmirə köçür və daha sonra Yunan birlikləri 15 iyun 1919-cu ildə İzmirə hücum etdikdən sonra Çoruma gedirlər. Çorumda ibtidai məktəbdə oxuyur, daha sonra Bursada Fransız məktəbini bitirir və Bizim Mektep adlı məktəbdə skripka dərsləri alır. 1926-cı ildə Bursa Qız Müəllimlər Məktəbinə (Bursada qadın müəllim hazırlığı məktəbi) qəbul imtahanından keçir. 1931-ci ildə kolleci bitirdikdən sonra atasının dərs dediyi Eskişehirdə işə düzəlir.
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ola bilməz (albom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ömər Nəsuhi Bilmən
Ömər Nəsuhi Bilmən (1882, Ərzurum, Ərzurum vilayəti – 13 oktyabr 1971 və ya 11 oktyabr 1971, İstanbul) — Türkiyənin dəyanət naziri. Ömər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb. Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Bitməyən ömür (film, 2013)
Çarlestonda kilsəyə silahlı hücum
Çarlestonda kilsəyə silahlı hücum (ing. Charleston church shooting) — Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən Afrika Emanuel Metodist Kilsəsinə edilmiş silahlı hücum. Hücum zamanı kilsədə ibadət edən qara dərili şəhər sakinləri hədəf alınmış və nəticədə 9 nəfər öldürülmüşdür. Öldürülənlərin arasında Cənubi Karolina ştatının nümayəndələr palatasının afro-amerikalı üzvü Klementa Pikneydə var. Ştat polisi tərəfindən aparılan axtarışlardan sonra cinayəti törətməkdə şübhəli bilinən Daylan Ruf adlı gənc hadisənin səhərisi günü Cənubi Karolinanın Şelbi şəhərində saxlanılmışdır.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Biləyi açan dirsək əzələsi
Biləyi açan dirsək əzələsi — Yuxarı ətraf əzələsi.
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==
Veronika ölməyə qərar verir
Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.” “Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir. Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir. Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir.
Bilqeys
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. Live and Let Die — Internet Movie Database saytında.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.