Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məkan
Məkan — daha çox fəlsəfə, riyaziyyat və fizika kimi elmlərdə istifadə olunan termindir. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox abstraktlıqla bağlamışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan, yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarakterindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. == Tarixi == İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
Babəkan (Xoy)
Babəkan (fars. بابكان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 586 nəfər yaşayır (100 ailə).
Bicəvan (Miyanə)
Bicəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 13 km. qərbdədir.
Bivəran (Əhər)
Bivəran — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Qərbi Dizmar kəndistanında kənd, kəndistanın mərkəzindən 8,5 km. cənub-qərbdədir.
İlqar Bizəban
Gəz-i Bərməkan
Gəz-i Bərməkan (fars. گزبرمکان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəz-i Bərməkan kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 110 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Mücərrəd məkan
Mücərrəd məkan — coğrafiyada eyni və ardıcıl xüsusiyyətlərlə xarakterizə olunan hipotetik bir məkandır; tamamilə homojen bir coğrafi məkandır. Bu məkanda bütün istiqamətlərdə və hər yerdə bütün hərəkətlər eyni dərəcədə asan və ya çətin olacaq. Bu konsepsiya, mənzərə kimi kənar dəyişənləri məhdudlaşdırmaq və ya istisna etməklə məkan fəaliyyətini və davranışını modelləşdirmək və ya təhlil etmək üçün faydalıdır. Məsələn, tədqiqatçılar mədəniyyət və ticarət arasındakı əlaqəni öyrənmək istəyirlərsə, modellərinin sıxışdırılmasını və dağ maneələri və çaylar kimi faktorların təsirinə məruz qalmasını istəmirlər, çünki mədəniyyətin özünün ticarətə necə təsir etdiyini modelləşdirmək məqsədindən yayındırırlar.
Məkan Qəhrəmanov
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. == Coğrafiyası == Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
İmkan iqtisadiyyatları
İmkan iqtisadiyyatları — “həcm deyil, müxtəliflik sayəsində səmərəliliyi” təmsil edən termin (sonuncusu istifadə edilən termin “miqyas iqtisadiyyatıdır”). İqtisadiyyatda "iqtisadiyyat" maliyyəyə qənaət, "həcm" isə məhsulun şaxələndirilməsi yolu ilə istehsal / xidmətlərin genişləndirilməsi ilə eynidir. Məsələn, benzin satan bir yanacaqdoldurma məntəqəsi müştəri xidmətləri nümayəndələri vasitəsilə qazlı içkilər, süd, bişmiş məhsullar və s. == İqtisadiyyat == Termin və konsepsiya inkişafı iqtisadçılar Con C. Penzar və Robert D. Uillinq (1977, 1981) ilə əlaqələndirilir. Bir firma üçün miqyas iqtisadiyyatı, bir məhsul növü üçün istehsal miqyasını artıraraq orta xərcləri (vahid başına xərcləri) azaltmaq deməkdirsə, miqyaslı iqtisadiyyatlar daha çox məhsul istehsalı ilə ortalama xərcləri azaltmaq deməkdir. Miqyaslı iqtisadiyyatlar, Ansoff matrisinin bir hissəsi kimi məhsulun şaxələndirilməsini, mülkiyyət təcrübəsi və ya bölünməz fiziki varlıqların müntəzəm və təkrar istifadəsinə əsaslandığı təqdirdə təsirli edir. Məsələn, xərclənən pul vahidi başına daha çox məhsul təşviq olunduqca, daha çox insan əldə edilə bilər. Bununla birlikdə, bir anda yeni məhsulların reklamının əlavə dəyəri daha az təsirli ola bilər (həcm itkisi nümunəsi). Əlaqədar nümunələrə müxtəlif növ məhsulların paylanması, məhsul dəsti, məhsulun astarlanması və ailə markası daxildir. “Yayılan və səmərəli olmasının gözlənilən, daha sonra müəyyən bir müddət ərzində yüksək gəlir gətirəcəyi” miqyaslı iqtisadiyyatlardan fərqli olaraq, miqyaslı iqtisadiyyatlar bu yaylağa əsla çata bilməz.
Məkan-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Sanniya imkan verin
Sanniyə şans verin (ing. Sonny With a Chance)- komediya serialıdır. Disney Channeldə 2009-cu ilin fevral ayından göstərilir. == Məzmun == Sanni Munroe - sadə bir qızdır.Lakin bir gün internetdə nəşr etdiyi təqdimat videosu sayəsində Mendi adlı bir üzvünü itirmiş olan "Necə gəldi!" adlı komediya şousunda rol alma haqqını əldə edir və beləcə oyunçular tamamlanır. Nümayiş dünyasına addım atmaq üçün Sanni, anasıyla birlikdə Viskonsindən həm yeni dostlarla, həm də yeni düşmənlərlə tanış olacağı Hollivuda daşınır. Burada Sanni Hollivudda həyat, aktyorluq, ulduzlar və mediada yaxşı bir imic yaratmaq haqqında bir çox yeni fikir əldə edir və orada Toni adlı qızla tanış olur.Toni Sanninin qələbələrinə sevinməsədə birinci rəfiqəsi olaraq onu çox sevir.O burda Çet adlı rəgibi ilə tanış olur və nə qədərdə o onun rəqibidir onlar bir-birinə aşiq olurlar.onu da qeyd edək ki Sanni öz işində çox məharətlidir. == Rollarda == Demi Lovato ..... Sanni Munroe Tiffani Tornton ..... Tauni Hart özündən razı,gözəl bir qızdır. Sterlinq Nayt .....
Sanniyə imkan verin
Sanniyə şans verin (ing. Sonny With a Chance)- komediya serialıdır. Disney Channeldə 2009-cu ilin fevral ayından göstərilir. == Məzmun == Sanni Munroe - sadə bir qızdır.Lakin bir gün internetdə nəşr etdiyi təqdimat videosu sayəsində Mendi adlı bir üzvünü itirmiş olan "Necə gəldi!" adlı komediya şousunda rol alma haqqını əldə edir və beləcə oyunçular tamamlanır. Nümayiş dünyasına addım atmaq üçün Sanni, anasıyla birlikdə Viskonsindən həm yeni dostlarla, həm də yeni düşmənlərlə tanış olacağı Hollivuda daşınır. Burada Sanni Hollivudda həyat, aktyorluq, ulduzlar və mediada yaxşı bir imic yaratmaq haqqında bir çox yeni fikir əldə edir və orada Toni adlı qızla tanış olur.Toni Sanninin qələbələrinə sevinməsədə birinci rəfiqəsi olaraq onu çox sevir.O burda Çet adlı rəgibi ilə tanış olur və nə qədərdə o onun rəqibidir onlar bir-birinə aşiq olurlar.onu da qeyd edək ki Sanni öz işində çox məharətlidir. == Rollarda == Demi Lovato ..... Sanni Munroe Tiffani Tornton ..... Tauni Hart özündən razı,gözəl bir qızdır. Sterlinq Nayt .....
Şərqdə həyati məkan
Şərqdə həyati məkan (alm. Lebensraum im Osten‎) — Şərqi Avropada german xalqlarının (nasist rəhbərlərinin anlayışına görə "arilər") ərazilərinin məskunlaşdırılması planlarını əks etdirən nasional-sosialist təbliğat termini. İlk dəfə bu termin Vilhelm dövründə meydana gəlsə də, sonradan nasistlər ona irqi və bioloji bir kontekst vermişdir. "Məkansız insanlar" (alm. Volk ohne Raum‎) üçün geniş ərazilər əldə etmək istəyi Henrix Himmler tərəfindən hazırlanan "Ost" Baş Planının ideoloji əsaslarından biri olaraq xidmət etdi. "İrqi baxımdan arzuolunmaz" əhalinin genişmiqyaslı deportasiyasını, əsarətini və iqtisadi istismarını təmin edirdi. Fridrix Ratsel (1844-1904) bu termini "Siyasi coğrafiya" (1897) və "Həyati məkan" (1901) adlı elmi əsərlərində irəli sürmüşdür. Eyni zamanda o, Çarlz Darvinin heyvanlar aləmində yaşamaq uğrunda mübarizəyə dair nəzəriyyələrini xalqlar arasındakı münasibətlərə köçürmüş və dövlətləri davamlı olaraq yaşayış sahəsi uğrunda mübarizə aparan, mövcudluğunun varlığından asılı olan canlılar kimi təsvir etmişdir. Bu termin Xalq hərəkatı (Völkische beewegung) və Ümumalman ittifaqı (Alman Alldeutscher Verband) tərəfindən götürülmüş və Şərqi Avropada o zaman çoxsaylı Alman azlıqları (Volksdeutsche) və onların genişlənmə planları ilə əlaqədar istifadə edilmişdir. Hesab olunurdu ki, onların sahib olduğu torpaqlar itirilməməli, məqsəd yeni qəsəbələr salmaq olmalıdır.
Şəhrək-i Dilzə Məkan Mostoqol (Piranşəhr)
Şəhrək-i Dilzə Məkan Mostoqol (fars. شهرك ديلزه مكان مستقل‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 258 nəfər yaşayır (45 ailə).
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Biregan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bireqan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . == Film haqqında == Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. == Mükafatları == Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür.
Mekan İşanquliyev
Mekan İşanquliyev — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən). == Diplomatik fəaliyyəti == Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb. 2017-ci il iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.