Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biryani
Biryani və ya Biriyani (urdu بریانی; hind बिरयानी) – Düyüdən (adətən basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazım ədviyyatlar və souslar: əridilmiş yağ, kərəvüz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanəli göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil. Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur. "Biryani" sözü fars beryā(n) (fars بریان, qızardılmış) sözündən alınmışdır. Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır. == Biryaninin növləri == === Heydərabad biryanisi === Heydərabad biryanisi qeyri-vegeteryandır və bütün Hindistanda yayılmışdır. Bu yeməyin balıq, bıldırcın, dovşan, şimal maralı, xırda dəniz xərçəngi ilə bir çox çeşidi var.
Birgan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Diryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Armenak Boryan
Armenak Boryan (1886, Çəmbərək, Yeni Bəyazid qəzası – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında jurnalist. Armenak Boryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Birlan (Urmiya)
Birlan (fars. بيرلان‎‎) və ya Bilan - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 8,5 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (35 ailə).
Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Diryan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ksaba Buryan
Ksaba Buryan (27 sentyabr 1994) — Macarıstanlı şort-trekçi. Ksaba Buryan Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ksaba Buryan birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Buryan 2:19.284 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
La-Briyan
La-Briyan (fr. La Brillanne, oks. La Brilhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Peyryui kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 894 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 500 nəfər (15-64 yaş) arasında 361 nəfər iqtisadi fəal, 139 fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə bu 68.4%). Fəal olan 361 nəfərdən 310 nəfəri (169 kişi və 141 qadın), 51 nəfəri işsizdir (23 kişi və 28 qadın).
Bryan Alvarez
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Bryan Kennet Saymon
Bryan Kennet Saymon (ing. Bryan Kenneth Simon; 14 aprel 1943 – 3 yanvar 2015, Brisben) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Bryan Kennet Saymon Avstraliya bitkiləri üzrə ixtisaslaşmışdır, Sacciolepis, Aristida, Sporobolus kimi cinslərin müəllifidir. == Əsərləri == Simon, B.K. Rhodesian and Zambian Grass Lists (неопр.) // Kirkia. — 1971. — Т. 8. — С. 3–83. Simon, B.K. A revision of the genus Sacciolepis from the Flora Zambesiaca area (англ.) // Kew Bulletin : journal. — 1972. — Vol.
Biran Damla Yılmaz
Biran Damla Yılmaz (28 iyun 1997, İstanbul) Karyerasının dönüş nöqtəsi olan "Kırgın Çiçekler" serialında önəmli rol alıb. == Həyatı və kariyerası == 28 iyun 1997-ci ildə İstanbulda anadan olub. Yılmaz 2013-cü ildə aktyorluq karyerasına başlayıb və konservatoriyada təhsil alıb. 2014-cü ildə "Çılgın Dersane 4: Ada" filmində oynadı. O, ilk baş rolunu 2019-cu ildə "Mucize 2: Aşk" filmində oynayıb. O, "Kırgın Çiçekler", "Canevim" və "Baraj" seriallarında baş rolda olub. Nəhayət, 2021-2023-cü illər arasında FOX-da yayımlanan "Yasak Elma" serialında "Kumru Yıldırım" obrazını canlandırıb.
Dıryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan zənciri == Barxan zənciri barxanların "buynuzlar"ının birləşməsi nəticəsində yaranmış xüsusi müsbət eol relyef formasına deyilir. Barxan zənciri barxanlardan fərqli olaraq, hakim küləklərin istiqamətinə perpendikulyar yerləşərək, uzunluğu adətən 3–5 km, nadir hallarda isə 15–20 km olur. Barxan zənciri tənha barxanlar üçün xarakterik elementlərə: az meylli uzun və qısa dik yamaca, barxan "buynuzları"na və s.
Biregan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bireqan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Birjay
Birjai — Litvanın şimalında yerləşən şəhər. Birjay yenidən qurulmuş Birjay qala malikanəsi ilə məşhurdur və bütün bölgə bir çox ənənəvi resept pivə zavodları ilə tanınır.
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. == Əhalisi == Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. == Təhsil == Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Komi-zıryan dili
Komi-zıryan dili (sadə şəkildə öz adlanmaları komi; komi-kıv) — komi-zıryanların dili. Perm dilləri qrupunun komi dilinin üç əsas şivəsindən biridir və müstəqil ədəbiyyat normasına malikdir. Rusiya Federasiyasının Komi Respublikasında, qismən Kola yarımadasında, Nenes muxtar dairəsində ,Yamal-Nenes muxtar dairəsində və Xantı-Mansı muxtar dairəsində yaşayırlar. Danışanların sayı 156 099 nəfərdir. (2010, siyahıyaalma). Nisbətən böyük qrupları Ukraynada (4 min nəfər) və Qazaxıstanda vardır (1,5 min nəfər.). == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Лыткин В. И. Историческая грамматика коми языка. Ч. 1. Сыктывкар, 1957. Лыткин В. И. Коми-зырянский язык // Языки народов СССР. Т. 3.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bünyan
Bünyan (türk. Bünyan) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseridən 40 km şimal-şərqdə, Mərkəzi Anadolu regionunun Yuxarı Qızılirmaq bölgəsində yerləşir. Rayonun səthi sahəsi 1306 km²-dır. Şəhərdə 8 qəsəbə və 24 kənd yer almaqdadır. Bünyan ilçəsi şərqdə Pınarbaşı, cənubda Tomarza, qərbdə şəhər mərkəzi, şimalda Sarıoğlan, şimal-şərqdə Ağqışla, cənub-qərbdə Talas və qərbdə Qocasinan ilə həmsərhəddir. İlçə əhalisi 43.795 nəfərdir.Bünyan kiçik bir yaşayış məntəqəsi olduğu üçün, tarixi Kayseriyə bağlı qalmışdır. Bölgə hansı dövlətin hakimiyyəti altında qalmışdırsa, Bünyan da onun tabeliyində olmuşdur. Bünyanın ilk yaşayış məskəninin xetlər tərəfindən salındığı buradaki mağaralardaki izlərdən bəllidir. Xetlər e.ə.
Bərcan
Bərcan — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bərcan Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahilindən 7 km. aralı, Burovar silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, əsl adı Bəycandır. Guya kollektivləşmə illərində bəylərə münasibətin dəyişməsi ilə əlaqədar "y" səsi "r" səsi ilə əvəz olunmuşdur. Tədqiqatçılar isə oykonimi bərc (fars. "Hündürlüyüdur tikili") və -an (məkan bildirən Şək.) komponentlərindən ibarət "Hündürlüyüdur tikili olan yer" mənalı soz kimi izah edirlər. Əslində, Bərcan Azərbaycanda, Muğan vilayətində mövcud olmuş qədim Bərzənd (z - c) Şəhərinin adındandır və "torpaq sahəsi" mənasındadır.