BİRÜZVLÜ
BİRYANLI
OBASTAN VİKİ
Biryani
Biryani və ya Biriyani (urdu بریانی; hind बिरयानी) – Düyüdən (adətən basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazım ədviyyatlar və souslar: əridilmiş yağ, kərəvüz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanəli göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil. Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur. "Biryani" sözü fars beryā(n) (fars بریان, qızardılmış) sözündən alınmışdır. Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır. == Biryaninin növləri == === Heydərabad biryanisi === Heydərabad biryanisi qeyri-vegeteryandır və bütün Hindistanda yayılmışdır. Bu yeməyin balıq, bıldırcın, dovşan, şimal maralı, xırda dəniz xərçəngi ilə bir çox çeşidi var.

Digər lüğətlərdə

нашармака́ непрозра́чный озорова́тый осве́домиться осолоня́ться проклама́ция гофриро́ванный каберне́ лугово́д на́ ночь ни́клый огрубе́лый проше́ствовать фина́льный endlessly fish-culture garbage collector post-synchronize uncommercial wing flat негладко по-русски радиоперекличка тунгусский хилый