Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Bigəvər
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Binələr
Binələr (Ağdaş)
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Xəbər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binələr (Ağdaş)
Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tikanlı bigəvər
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Bibər dolması
Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Bibər — 215 q. Düyü — 15 q. Baş soğan — 20 q. Qoyun quyruğu — 20 q. Ərinmiş yağ — 20 q. Qatıq — 50 q. Darçın — 0,1 q. İstiot — 0,1 q.
Bibər kababı
Bibər turşusu
Bibər turşusu – bibərdən hazırlanan turşu növü. == Tarixi == Mezoamerikada yaşayan Astek xalqı ispanların gəlişinə qədər acı bibərdən turşu hazırlayırdılar. == Yayılması == Xalapelo bibərindən hazırlanan turşu Meksika mətbəxində bir çox xörəyin hazırlanmasından istifadə olunur. Ümumiyyətlə, Meksikada bibərlərin turşu şəklində satılması geniş yayılıb. İtaliya, Çili, Latın Amerikası mətbəxlərində də bibər turşusu geniş şəkildə hazırlanır. == Tərkibi == Bibər turşusunun hazırlanmasında bibər, ağ kələm, uzunzov bibər, pomidor, qırmızı bibər, kök, sarımsaq, cəfəri, duz, su və sirkə kimi inqredientlərdən istifadə olunur. Bibər turşusunu hazırlamaq üçün bütün ərzaqlar əvvəlcə qaba yığılır və suyun içərisində sirkə ilə saxlanılır. Qarışığıa rəndələnmiş kök və göyərtilər əlavə olunur. Daha sonra bibər bu qarışıqla doldurulur. Yanına isə sarımsaq əlavə olunur.
Qara bibər
Qara istiot (lat. Piper nigrum) - i̇stiot cinsinə aid bitki növü.
TRT Xəbər
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
Xəbər (dəqiqləşdirmə)
Xəbər
Xəbər (qrammatika)
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir. Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir. == Növləri == === Feili xəbər === Feilin təsriflənən formaları (əmr,xəbər,arzu,lazım,vacib,şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn: Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə! Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı. Arzu şəkli ilə — Kaş o bu gün gələ idi. Lazım şəkli ilə — Dayım sabah gələsidir. Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
A Xəbər
A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir. == A Haber HD == A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır.
Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir. Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər.Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur. == Tarixi == "Yalnız onlayn" qəzet və ya jurnalın ilk nümunəsi 1974-cü ildə Brüs Parrello tərəfindən İllinoys Universitetində PLATO sistemində yaradılmış "(PLATO) News Report" onlayn qəzeti idi.
Bakı Xəbər (qəzet)
Bakı-Xəbər — Gündəlik ictimai siyasi-qəzet. == Haqqında == "Bakı-Xəbər" 2003-cü il sentyabrın 4-dən Azərbaycanın paytaxtı Bakı şəhərində çap olunmağa başlamış gündəlik ictimai-siyasi, analitik qəzetdir. 2004–2005-ci illərdə öz dövriliyini artıraraq həftədə hətta yeddi dəfə çap olunsa da, hazırda həftədə beş dəfə fasiləsiz çap olunan az sayda Azərbaycan qəzetlərindən biridir. Qəzet 2003-cü ilin avqustunda və 2005 ci il mayın 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi, 2014-cü il mayın 6-da və 2016-cı il dekabrın 28-də isə redaksiyanın hüquqi ünvanının dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən MMC kimi qeydiyyata alınıb. Azərbaycan dövlət büdcəsinə vergi ödəyicisidir. "Bakı-Xəbər"in təsisçisi və baş redaktorun ictimai-siyasi xadim Aydın Alqulu oğlu Quliyevdir. "Bakı-Xəbər" qəzeti 2003-cü ildə rəsmi şəkildə müstəqil qəzet kimi təsis olunsa da, formal olaraq müxalif partiya qəzeti kimi fəaliyyətə başlayıb. 2007-ci il sentyabrın 4-dən siyasi partiyalı kursdan siyasi təmayülsüz müstəqil qəzet mövqeyinə keçid edib. Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Ünvanı və telefonu == Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı, VI mərtəbə Tel.: +994-12-510-87-40; +994-12-510-87-39; +994-12-510-87-38.
Euro Xəbər (qəzet)
"Euro Xəbər" (qəzet) — 22 iyul 2004-cü ildə nəşr olunmuş qəzet. == Qəzetin nəşri == “Euro Xəbər” qəzeti “Belçika-Azərbaycan Evi” diaspor təşkilatının bilavasitə rəhbərliyi və təşkilatın sədri Bülənt Gurcamın iştirakı ilə “AzAvroBel” LTD firması tərəfindən təsis olunub. Qəzet fəaliyyətinə 2004-cü ildə başlayıb və ilk nömrəsi Milli mətbuatımızın ildönümü günü-22 iyulda işıq üzü görüb. Qəzetin ilk adı “Euxəbər” olub, sonradan “Euro Xəbər” adı ilə əvəz edilib. “Euro Xəbər”in kommersiya direktoru Məsum Ağayev, baş redaktoru isə Bülənt Gürcamdır. Qəzetin Bakı bölməsinə ayrı-ayrı vaxtlarda təcrübəli jurnalistlər - Nəsib İsmayılov, Cəlal Tağıyev və Novruz Novruzov redaktorluq etmişlər. == Fəaliyyəti == “Avropaya addım-addım” devizi ilə nəşrə başlayan “Euro Xəbər” qəzeti Azərbaycan diasporunun yaranması və inkişafında böyük həcmdə səmərəli işlər görüb. Baş redaktor Bülənt Gürcam daim diaspor dəyərlərinin yüksək tutulması uğrunda yazılar çap etdirmişdir. Müstəqil Azərbaycanın Avrointeqrasiya yolunda irəlilədiyi bir vaxtda yaranan “Euro Xəbər” bu istiqamətdə də əməli fəaliyyət göstərmiş, “Belçika-Azərbaycan Evi” ilə birlikdə azərbaycanlıların müxtəlif xalqlarla qaynayıb-qarışması, digər dövlətlərdə yaşayan vətəndaşlarımızın həmin ölkələrin cəmiyyət həyatına alışmaları və ictimai-siyasi və humanitar sahədə fəaliyyətləri üçün təbliğat aparmışdır. Xüsusilə, Qədim Türk sivilizasiyasının tarixindən, ayrı-ayrı görkəmli türk dövlət xadimlərinin və sərkərdələrinin həyatından tarixi faktlar dərc edilmişdir.
Euronews xəbər kanalı
EuroNews — çoxdilli xəbər kanalı. Kanal yayıma 1 yanvar 1993-cü il tarixində Lionda başlamışdır. Xəbərləri Avropa perspektivindən dünyaya baxışlı xəbərlər çoxluğu təşkil edir və doqquz dildə yayımlanır. Euronews dünya səviyyəsində 151 ölkədə 330 milyon evə informasiya çatdırır. Tamaşaçı sayı baxımından Euronews, Avropa qitəsinin ən yüksək tamaşaçı nisbətinə sahib xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Kanalda AB ilə əlaqədar yayımlanan xəbərlər Avropa Komissiyası başda olmaqla milli yayım təşkilatları ilə əməkdaşlıq içərisindədir. Kanal Avropa Birliyindən hər il 5.000.000 € fond alır. 4 iyun 2008-ci il tarixində Euronews rəsmi internet saytını, emblemini və kanal qrafiklərini yeniləmişdir. Qurulduğu gündən bu yana isə dörd fərqli loqo istifadə etmişdir.
Biber kəklikotu
== Ümumi yayılması: == Qafqaz. == Azərbaycanda yayılması: == Quba və Naxçıvan MR-da dağlıq yerlərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir və relikt növüdür. VU D2. == Bitdiyi yer: == Orta və subalpda quru daşlı yamaclarda bitir. == Təbii ehtiyatı: == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri: == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzun¬-luğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, baş¬cıq çiçək qruplarına yığılmışdır.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.