Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Blind Guardian
Blind Guardian, 1984-cü ildə Almaniya'nın Krefeld şəhərinde qurulmuş bir power metal grupudur. Power metal və speed metal subjanrlarının ən yaradıcı ve təsirli grupları arasında göstərilir. Grubun karyerasında doqquz musiqiçi yer almışdır.2005-ci ildən beri grupun heyəti, vokalist Hansi Kürsch, gitarist André Olbrich və Marcus Siepen ilə zərb alətində ifa edən Frederik Ehmke'dən ibarətdir. Grup, Blind Guardian adını almazdan əvvəl, 1986 və 1987-ci illərdə Lucifer's Heritage adı altında iki demo paylaşmışdır. İlk albomlarından başlayaraq , qalan bütün albomlarında J.R.R. Tolkien və digər fantastik edebiyat yazıçılarının təsiri görünməkdədir. Bununla birliktə mahnı sözlərində mifik ünsürlər və əfsanələrə də çoxca rastlanılır. İlk albomları Battalions of Fear ilə Follow the Blind daha çox speed metal ikən, 1992-ci ildə çıxan Somewhere Far Beyond albomları ilə birlikdə power metal tərzinə keçmişlərdir. Beşinci albomları Imaginations From The Other Side ilə birlikdə musiqiləri daha qarışıq bir hal almışdır. Bunda da şüphəsiz mahnılarında geniş yer verdikləri orkestr ünsüerlərinin payı böyükdür. Grupun dünya səviyyəsində məşhurlaşması isə, Avropa və Yaponiya turnelərinden sonra olmuştur.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Nikki Blond
Nikki Blond (ing. Nikky Blond; 9 mart 1981) — Macarıstan pornoaktrisasıdır. Ləqəbləri: Nikki Blond, Nikky Blonde, Nicky Blond, Nicki Blonde, Niki Blonde, Marianna, Marianna Gray, Marie Anne.
Cola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Ceyms Lind
Ceyms Lind (4 oktyabr 1716, Edinburq – 13 iyul 1794) — Şotland həkim. Kral Donanmasında dəniz gigiyenasının öncülü idi. İlk klinik sınaqlardan birini keçirərək sitrus meyvələrinin qarışığının müalicəvi olmasl nəzəriyyəsini inkişaf etdirmişdi. Lind 1716-cı ildə Şotlandiyanın Edinburq şəhərində tacir ailəsində anadan olmuşdur. Özündən böyük bir bacısı var idi. Edinburq Liseyində təhsil almışdır. 1731-ci ildə Edinburq Cərrahlar Kral Kollecindən əvvəl Corc Lanqlendsin şagirdi olaraq tibbi araşdırmalara başlamışdı. 1739-cu ildə Dəniz Qüvvələrinə bir cərrah olaraq daxil oldu. 1747-ci ilə qədər Kanal Donanmasında cərrah oldu və Biskay körfəzində patrul olarkən kələm üzərində təcrübəsini apardı. Məhz bu patruldan sonra Hərbi Dəniz Qüvvələrini tərk etdi, zöhrəvi xəstəliklər üzrə doktorluq dissertasiyasını yazdı və Edinburq Universiteti Tibb Məktəbindən diplom aldı və Edinburqda təcrübə keçmək üçün lisenziya aldı.
Erik Lind
Erik Lind (24 may 1964) — İsveçi təmsil edən stolüstü tennisçi. Erik Lind İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medala, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Erik Lind İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Blend-a-Med
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Coan Eyken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904, San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Krouford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904, San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Kuiqli
Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir. Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır.
Coan Riverz
Coan Riverz (ing.
Coan Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Coel Filds
Coel Filds — amerikalı serial ssenaristi.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Goal.com
Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Coan Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
BIND
BIND (tələffüzü: bayınd) — internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-ci illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Blank
Blank – [fr. blanc – ağ]: R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. Blank nədir?
Blenda
Blenda (almanca: Blende) - kinoçəkiliş aparatının, və ya fotoaparatların obyektivinin ön hissəsinə birləşdirilən silindr və ya kəsik piramida şəklində quruluş; adətən rezin və ya plastik materialdan hazırlanır. Blenda obyektivi yan tərəfdən düşən işıq şüalarından qoruyur; bu şüalar neqativ materialda işıq ləkələrinin əmələ gəlməsinə və təsvirin tutqun alınmasına səbəb olur. Blendanın iki əsas funksiyası var: 1. Blenda linzaları mexaniki təsirlərdən qoruyur. 2. Blenda linzaların üstünə işiğı düşməyə qoymur, işiğı qabağdan ötürür. Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2013, səh.195.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Blindaj
Blindaj (fr. blindage,fr. blinder) − artilleriya, mina, pulemyot atəşindən, o cümlədən kütləvi qırğın silahlarından qorunmaq üçün, həmçinin şəxsi heyətin istirahəti üçün nəzərdə tutulan müvəqqəti və ya daimi yeraltı istehkam tikilisi. Blindaj, düşmən tərəfindən görünməyən və ətrafı istehkam divarları ilə əhatələnmiş yerlərdə tikilməlidir. Müharibə dövrlərində blindajlardan qərargah, tibb məntəqəsi və s. kimi istifadə edilir. Həm Birinci Dünya müharibəsində, həm də İkinci dünya müharibəsində praktik olaraq bütün müdafiə rayonlarında blindajlardan istifadə olunurdu. Blindaj adətən səngər sisteminin tərkibində tikilir və müşahidə mövqeyinə malik olmur. Blindaj taxta, dəmir-beton, daş və ya metal konstruksiyadan tikilir. Blindaj // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Bliyo
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Bolid
Bolid (yun. βολίδος; βολίς — nizə) — parlaq meteor. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxarır. Ən parlaq bollid gündüzdə görünür. Bollidin uçuşu zamanı bəzən yer səthinə meteroit düşür.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Bulinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Blonde
Blonde (alternativ adı ilə blond) — ABŞ müğənnisi Frenk Ouşenin(en) ikinci studiya albomu. 20 avqust 2016-cı ildə Boys Don't Cry tərəfindən buraxılıb.
Blink-182 (albom)
Blink-182 — ABŞ rok qrupu Blink-182(en)-nun beşinci studiya albomu. 18 noyabr 2003-cü ildə Geffen Records tərəfindən buraxılıb.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
BOINC
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
Balınc
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.