blennoreya
blind
OBASTAN VİKİ
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Blind Guardian
Blind Guardian, 1984-cü ildə Almaniya'nın Krefeld şəhərinde qurulmuş bir power metal grupudur. Power metal və speed metal subjanrlarının ən yaradıcı ve təsirli grupları arasında göstərilir. Grubun karyerasında doqquz musiqiçi yer almışdır.2005-ci ildən beri grupun heyəti, vokalist Hansi Kürsch, gitarist André Olbrich və Marcus Siepen ilə zərb alətində ifa edən Frederik Ehmke'dən ibarətdir. == Grup tarixçəsi == Grup, Blind Guardian adını almazdan əvvəl, 1986 və 1987-ci illərdə Lucifer's Heritage adı altında iki demo paylaşmışdır. İlk albomlarından başlayaraq , qalan bütün albomlarında J.R.R. Tolkien və digər fantastik edebiyat yazıçılarının təsiri görünməkdədir. Bununla birliktə mahnı sözlərində mifik ünsürlər və əfsanələrə də çoxca rastlanılır. İlk albomları Battalions of Fear ilə Follow the Blind daha çox speed metal ikən, 1992-ci ildə çıxan Somewhere Far Beyond albomları ilə birlikdə power metal tərzinə keçmişlərdir. Beşinci albomları Imaginations From The Other Side ilə birlikdə musiqiləri daha qarışıq bir hal almışdır. Bunda da şüphəsiz mahnılarında geniş yer verdikləri orkestr ünsüerlərinin payı böyükdür. Grupun dünya səviyyəsində məşhurlaşması isə, Avropa və Yaponiya turnelərinden sonra olmuştur.
Blindaj
Blindaj (fr. blindage,fr. blinder) − artilleriya, mina, pulemyot atəşindən, o cümlədən kütləvi qırğın silahlarından qorunmaq üçün, həmçinin şəxsi heyətin istirahəti üçün nəzərdə tutulan müvəqqəti və ya daimi yeraltı istehkam tikilisi. Blindaj, düşmən tərəfindən görünməyən və ətrafı istehkam divarları ilə əhatələnmiş yerlərdə tikilməlidir. Müharibə dövrlərində blindajlardan qərargah, tibb məntəqəsi və s. kimi istifadə edilir. Həm Birinci Dünya müharibəsində, həm də İkinci dünya müharibəsində praktik olaraq bütün müdafiə rayonlarında blindajlardan istifadə olunurdu. Blindaj adətən səngər sisteminin tərkibində tikilir və müşahidə mövqeyinə malik olmur. Blindaj taxta, dəmir-beton, daş və ya metal konstruksiyadan tikilir. == Xarici keçidlər == Blindaj // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Blinovo (Soçi)
Blinovo — Krasnodar diyarının Soçi şəhərində mikrorayon. Blinovo mikroroyonu Adler rayonunun ərazisində yerləşir. İmeretin düzənliyinin şimal-qərbində yerləşir. Qara dəniz sahillərindən 3,5 km aralıdadır. == Coğrafiyası == Üç tərəfdən meşə zolağı ilə əhatə olunmuşdur. Meşə zolağı dənizkənarı zonadan federal avtomobil yolu ilə ayrılır. Bu ərazi Kaspiyskaya küçəsi adlanır. Blinovoda iki uşaq bağçası, bir məktəb, sənaye malları və ərzaq mağazaları var. Adler və Soçinin mərkəzinə ictimai nəqliyyatla çatmaq olar. Ərazinin iqlimi əsasən subtropikdir.
Blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. == Ərzaqlar == 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün === Blinçik Üçün: === 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ === İçi Üçün: === 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ == Hazırlanma qaydası == Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. == Həyatı == Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Karen Blinksen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı müəllif və yazıçı. İngilis dilli ölkələrdə İsak Dinesen, alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri vəBabetta bayramı hekayəsi ilə məşhurlaşıb. Bu iki əsər əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi də irəli sürülüb. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Peaky Blinders
Ətli blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Peaky Blinders (teleserial, 2014)
Peaky Blinders — Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən "Peaky Blinders" adlı dəstə haqqında cinayət-dram televiziya serialıdır. Ssenari rejissoru Stiven Nayt, prodüseri Kerin Mandabah və Tiger Aspect Prodakşındır. Serial əsasən dəstə lideri Tommi Şelbi ilə Killian Mörfinin canlandırdığı yeni təyin olunmuş detektiv arasındakı hadisələrə diqqət çəkir.
Alan Blinder
Alan Stüart Blinder (/ˈblaɪndər/, 14 oktyabr 1945, Bruklin, Nyu-York ştatı) — Prinston Universitetində amerikalı iqtisadiyyat professoru, Federal Ehtiyat Sisteminin 15-ci sədr müavini. IDEAS/RePEc-ə görə dünyanın ən nüfuzlu iqtisadçıları sırasındadır. Aparıcı makro iqtisadçı, siyasi liberal və Keynsçi iqtisadiyyat və siyasətlərin müdafiəçisidir. Binder 1993-cü ilin yanvarından 1994-cü ilin iyununadək Prezident Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasında və 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarınadək FED sədrinin müavini vəzifələrində çalışıb. Onun akademik fəaliyyəti xüsusilə pul siyasəti və mərkəzi bankçılıq və iş yerlərinin "offşorinqi" üzərində cəmlənmişdir. Onun yazıları The Wall Street Journal, həmçinin The New York Times və The Washington Post-da aylıq köşə yazılarında dərc olunub. 2007–2008-ci illərin maliyyə böhranı ilə bağlı Blinder iqtisadçı həmkarları üçün "Bu, burada baş verə bilər" və "Fırıldaqçılıq və fırıldağa yaxın hadisələr makroiqtisadi əhəmiyyət qazana bilər" daxil olmaqla on dərs çəkdi.
Entoni Blinken
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962, Yonkers[d], Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb. Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub. 2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi .
Blink-182 (albom)
Blink-182 — ABŞ rok qrupu Blink-182-nun beşinci studiya albomu. 18 noyabr 2003-cü ildə Geffen Records tərəfindən buraxılıb.
Salvia blinii
Salvia brevilabra (lat. Salvia brevilabra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia blinii H.Lév.

Digər lüğətlərdə