Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Co Boll
Cozef D. Boll (ing. Joe Ball; 7 yanvar 1896, Texas, San-Antonio – 24 sentyabr 1938, Texas, Elmendorf) — “Alliqator adam”, “Elmendorf qəssabı”, “Cənubi Texasın mavi saqqalı” olaraq adlandırılan amerikalı seriyalı qatil. O, iki nəfəri öldürməklə tanınır və 1930-cı illərdə 20-yə qədər qadını öldürdüyü deyilir. Onun varlığının çoxdan apokrif olduğuna inanılırdı, Texas folklorunda tanınmış bir fiqurdur. Onun ulu babası İllinoys ştatının Qallatin qraflığında tanınmış qanunsuz kölə alverçisi, adam oğrusu və qeyri-qanuni qul istehsalçısı Con Hart Krenşou idi. == Arxa plan == Birinci Dünya müharibəsi illərində Avropada cəbhə bölgələrində xidmət etdikdən sonra Boll ödəyə bilənlərə qeyri-qanuni içki sataraq spirtli içki alverçisi kimi iş fəaliyyətinə başladı. Qadağa bitdikdən sonra o, Texas ştatı, Elmendorf şəhərində “Sociable Inn” adlı bir bar açdı. O, konkret dəlil terminini səhv başa düşdüyünə görə, cəsədsiz bir cinayəti ittiham etməyin mümkünsüz olacağına inandığı üçün altı alliqatordan ibarət bir gölməçə qurdu. O, insanları xüsusilə qidalanma zamanı onlara baxmağa dəvət edirdi. Yemək əsasən canlı pişik və itlərdən ibarət idi.
Con Boll
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Anthemis bollei
Anthemis bollei (lat. Anthemis bollei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bollivud
Bollivud (hind बॉलीवुड, urdu بالیوڈ, ing. Bollywood) — Hindistan şəhəri Mumbayda (keçmiş Bombey) kinostudiya. Kinostudiyanın adı ABŞ-nin Kaliforniya ştatında məşhur Hollivud kinostudiyasının adına müvafiq yaradılmışdır.
Bollivudlu gəlinim (film, 2006)
Bollivudlu gəlinim 2006-cı ildə ingilis və hind dillərində çəkilmiş, 2007-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş və 2008-ci ildə Showtime və Starzda premyerası olmuş, həmçinin 2008-ci ilin avqustunda “Mənim Uzaq Gəlinim” adı ilə DVD (Vivendi/Universal) formatında nümayiş etdirilmiş, süjet xətti Riçard Martini və Kaşmera Şah tərəfindən yazılmış, prodüseri Bred Listerman və rejissoru isə Rajeev Virani olan, baş rollarında Ceyson Lyuis və Kaşmera Şah oynamış filmdir. Filmdəki süjet xəttinin böyük hissəsinin Hindistanda baş verməsinə və filmin Hindistanın əsas kino sənayelərindən biri olan Bollivudun ulduzunun hekayəsindən danışmasına baxmayaraq, film Hind kinolarında məşhur olan kifayət qədər yer verilən ifa və rəqs nömrələri ilə zəngin deyildir. Eyni zamanda da, filmin əsas dili hind dili ilə birlikdə ingilis dilidir. == Süjet == Venice Beachdə yaşayan Aleks (Jason Lewis) həyatda mübarizə aparmağı sevən bir yazıçıdır. Bir gün o, sahildə Reena (Kaşmera Şah) ilə qarşılaşır. Birlikdə vaxt keçirirlər və Aleks ona aşiq olmağa başlayır. Lakin bir neçə gündən sonra Reena LAX-da yoxa çıxır. Aleksin onun haqqında bildiyi yeganə şey Hindistanın Mumbay əyalətinin Thakur kəndindən olmasıdır - ona görə də onu orada axtarmağa başlayır. Hindistanda o, yeni sürücüsü Priyadın (Ash Chandler) köməyi ilə Reenanın Bollivudun ən böyük kino ulduzlarından biri olduğunu və Bollivudun nüfuzlu kino prodüseri olan Şekarla nişanlı olduğunu öyrənir. Aleks Reenanın dostu və özü də böyük Bollivud aktyoru olan Bobbi K. (Sanjay Suri) ilə birlikdə qalır - Aleks öz romantikası ilə mübarizə apararkən, Bobbi də xoreoqrafı və eyni zamanda da köhnə dostu olan Alişaya (Neha Dubey) aşiq olmağa başlayır.
Bolludərə
Bolludərə — Azərbaycan Respublikasının Şəki rayonunun Bolludərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Bolludərə qəsəbəsi Bolludərə kəndi hesab edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Bolludərə adlı ərazidə salındığı üçün belə adlandırılmışdır. Dərənin torpağı məhsuldar, bərəkətli olduğu üçün ona belə ad verilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 459 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 224 nəfəri isə qadındır. === Şəhidləri === Paşayev Məhəbbət Vaqif oğlu (d. 5 avqust 1999; Bolludərə, Şəki, Azərbaycan — ö.
Bolludərə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bolluq uğrunda (qəzet)
Bolluq uğrunda — Sovet dövründə Lerikdə nəşr olunmuş qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Bolluq uğrunda (qəzet, Lerik)
Bolluq uğrunda — Sovet dövründə Lerikdə nəşr olunmuş qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Columba bollii
Columba bollii (lat. Columba bollii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Inga bollandii
Inga bollandii (lat. Inga bollandii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Senecio bollei
Senecio bollei (lat. Senecio bollei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Taymuraz Bolloyev
Taymuraz Kazbekoviç Bolloyev (d. 28 fevral 1953) — “Baltika” Pivə İstehsalı Kombinatının prezidenti; Braziliya Federativ Respublikasının fəxri konsulu. == Haqqında == Taymuraz Bolloyev 28 fevral 1953-cü ildə Şimali Osetiya MSSR-də Xaznidon kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunda pivə istehsalı və qıcqırma prosesləri ixtisasına yiyələnmişdir (1980). Əmək fəaliyyətinə Stepan Razin adına Leninqrad Pivə İstehsalı Zavodunda başlamış, növbə ustası, mexanik, sex rəisi, baş pivə ustası vəzifələrində işləmişdir. 1984-1987-ci illər ərzində Leninqrad vilayəti Vsevolysk Sənaye Kombinatında direktor, 1987-1991-ci illərdə isə baş texnoloq olmuşdur. İsveç kreditinin köməyi ilə şəhər hakimiyyəti tərəfindən yaradılmış “Baltika” Pivə İstehsalı Kombinatında 1991-ci ildən direktor, 1992-2001-ci illərdə baş direktor olub. 2001-ci ildən “Baltika” Pivə İstehsalı Kombinatının prezidentidir. Kombinatda sürətli iqtisadi inkişaf V.Putinin himayəsi sayəsində mümkün olmuşdur. Onları bir-birinə bağlayan həm də güləşə maraq olub.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Bell
Bell — soyad. Bu soyadı olan tanınmış şəxslərDreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı.CoğrafiyadaBell (ada) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada.
Bill
Bill — dünyada daha çox işlədilən ad və soyad.
Bolt
Bolt (şirkət)
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
A Bola
A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir. == Tarix və Profil == A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir. Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir. 2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov)Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bell 407
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə). Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Bell 412
Bell-412 — çoxməqsədli helikopter. == Xüsusiyyətləri == İstehsalçı: ABŞ İstehsalçı firma: Bell Textron Helicopter Tip: Çoxməqsədli helikopter İlk uçuş: avqust 1979-cu il İstismara verilib: 1981-ci il İstehsal sayı: 869 ədəd Qiyməti: 4.895 milyon dollar Texniki göstəriciləri: Heyət üzvü: 2 nəfər Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək Uzunluğu: 17.12 m Gövdə uzunluğu: 12.7 m Hündürlüyü: 4.57 m Eni: 2.89 m Əsas vintin diametri: 14.02 m Sükan vintinin diametri: 2.62 m Vintin sahəsi: 154.4 m² Boş kütlə: 3.079 kq Qalxma zamanı maksimal kütlə: 5.397 kq Yük götürmə kütləsi: 1.814 kq Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq Yanacaq çənlərinin tutumu: Daxili: 1249 litr Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik Güc: 1 x 1.342 kW (1.800 a.g) Maksimal sürəti: 259 km/s Normal (kreyser) sürəti: 226 km/s Yüksəkliyə qalxma sürəti: 6.86 m/s Uçuş məsafəsi: 744 km Maksimal uçuş yüksəkliyi: 6.096 m Döyaş aparma yüksəkliyi: 1.585 m Havada qalma müddəti: 3 saat 42 dəqiqə Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir. “Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Bell 427
Bell 427 — ABŞ mənşəli olub və Bell Textron Helicopter şirkəti tərəfindən istehsal edilmiş çoxməqsədli helikopterdir. Dizaynı Bell 407 helikopterlərinə dayanır və hal-hazırda onları Bell 429 helikopterləri ilə əvəz edirlər.
Bell 429
Bell 429 — Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli çoxməqsədli helikopterdir. Bell 427 helikopterlərinin uzadılmış bir versiyası olub ilk uçuşunu 27 fevral 2007-ci ildə həyata keçirmişdir və 1 iyul 2009-cu ildə xidmətə qəbul edilmişdir.
Bell Aircraft
Bell, Lawrence Dale Bell tərəfindən 10 iyul 1935-ci ildə Buffalo şəhərində, Nyu-Yorkda “Bell Aircraft Corporation” (“Bell Təyyarə Korporasiyası”) adı altında qurulan aviasiya şirkətidir.
Bell Labs
Bell adası
Bell adası (ing. Bell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasının şimalında, Bem-Kanal boğazında yerləşir. Uzunluğu təxminən 14 km-dir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 186 m yüksəkdir.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Bell iflici
Bell iflici, Üz Sinirinin (nervus facialis) — periferik iflicidir. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Bell yarımadası
Bell yarımadası (ing. Bell Peninsula), əvvəllər Bell adası (ing. Bell Island) — Kanada Arktik arxipelaqına daxil olan Sauthempton adasının cənub-şərqində yerləşir. inzibati nbaxımından Kanadanın Nunavut vilayəti, Kivallik regionuna daxildir. == Yerləşməsi == Yarımada inuitlərə məxsus olan Koral-Harbor yaşayış məntəqəsinə yaxın ərazidə yerləşir. Cənubdan Hudzon körfəzi, şərqdən Foks körfəzi ilə əhatələnir. Burada tez-tez Qrenlandiya balinalarına rast gəlinir. Yarımadanın ən hündür nöqtəsi 213 metr hündürlüyə malik Minto dağıdır. Bir neçə iri körfəzə sahibdir. == Tarixi == Yarımada Huidzon körfəzi şirkətinin rəhbəri və araşdırmaçı Con Bellin şərəfinəı adlandırılmışdır.
Bill (qanun)
Bill (ing. "qanun") — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Bill Geyts
Bill Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin yaradıcısı (Pol Allen ilə birlikdə), milyarder, filantrofist. 2008-ci ilin iyun ayında şirkətin İdarə Heyəti sədrliyindən istefa vermişdir. Uilyam Henri Qeyts III (William Gates III (tam adı)) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. == Həyatı == Billa Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub. Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir. Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Henrix Böll
Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll‎, 21 dekabr 1917[…], Köln, Prussiya – 16 iyul 1985[…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983). == Həyatı == Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı. Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı.