Lollipop
Şirinquş ya da Nabat, çöp üstündə yerləşən şüşə sorma konfet növüdür.
== Növləri ==
Xoruz (rus. Петушок) – Rusiya İmperiyası, və SSRİ-də tanınmış nabat növüdür, adətən xoruz şəklində karameldən (qaynamış şəkərdən) qayrılır, lakin daha sonra ulduz, balıq və başqa formaları da populyar oldu.
Lolipop (ing. Lollipop) – adətən yumru şəkildə olan nabat İngiltərədə icad olunmuşdur və 1920-ci illərdə ticari məqsədlər ilə sənayeləşdirilmişdir.
Manpası (rus. Монпансье, fr. Montpensier) – bu rəngarəng konfetlər başqa konfetlərdən seçilmək üçün hersoginya Anne Marie Louise d’Orléans-ın şərəfinə bu cür adlandırıldı. Azərbaycanda bir zamanlar bütün Manpasıya oxşar konfetləri də bu cür adlandırırdılar, lakin bu konfetlərin satışdan çıxdıqdan sonra bu söz unuduldu. Başqa dillərdə Pastil adı ilə tanınır.