Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Bolsman sabiti
Boltsman sabiti ( k B {\displaystyle k_{\mathrm {B} }} və ya k {\displaystyle k} ) - fundemental fiziki sabitlərdən biri olub, enerji ilə temperatur arasında əlaqə yaradır. Boltsman sabiti R {\displaystyle R} universal qaz sabitinin N A {\displaystyle N_{\mathrm {A} }} Avoqadro sabitinə olan nisbətinə bərabərdir: k B = R N A . {\displaystyle k_{\mathrm {B} }={\frac {R}{N_{\mathrm {A} }}}.} Bu sabitin adı, onun əsas rol oynadığı statistik fizikaya böyük töhfə verən Avstriya fiziki Lüdviq Bolsmanın şərəfinə qoyulmuşdur. Boltsman sabiti, entropiyada olduğu kimi, enerjinin temperatura nisbətinə bərabər olan ölçüyə malikdirr ( [ k B ] = C K ) {\displaystyle \left(\left[k_{\mathrm {B} }\right]={\frac {\mathrm {C} }{\mathrm {K} }}\right)} . BS-də Bollstman sabitininin təcrübi qiyməti aşağıdakı kimidir: k B = 1 . 380 648 52 ( 79 ) × 10 − 23 C K {\displaystyle k_{\mathrm {B} }=1{.}380\,648\,52(79)\times 10^{-23}{\frac {\mathrm {C} }{\mathrm {K} }}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. == Makroskopik fizika ilə mikroskopik fizika arasında körpü == k B {\displaystyle k_{\mathrm {B} }} Boltsman sabiti makroskopik və mikroskopik fizika arasında körpüdür. Makroskopik ideal qaz qanununda deyilir ki, ideal qaz üçün p {\displaystyle p} təzyiqi ilə V {\displaystyle V} həcminin hasili ν {\displaystyle \nu } maddə miqdarının T {\displaystyle T} mütləq temperatura olan hasili ilə mütənasibdir: p V = ν R T , {\displaystyle pV=\nu {RT},} burada R {\displaystyle R} qaz sabitidir( R = 8.3144598 ( 48 ) {\displaystyle R=8.3144598(48)\,} C⋅K−1⋅mol−1). Bu qanunda ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{\mathrm {A} }}}} və R = k N A {\displaystyle R=kN_{\mathrm {A} }} ifadələrindən istifadə etməklə Boltsman sabitinin daxil olduğu ideal qaz qanunun şəkilini aşağıdakı kimi yazmaq olar: p V = N k T , {\displaystyle pV=NkT,} burada N {\displaystyle N} qazdakı molekulların sayı, N A {\displaystyle N_{\mathrm {A} }} isə Avoqadro sabitidir.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. == Həyatı == Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Çedvik Bouzman
Çedvik Aaron Bouzman (29 noyabr 1976, Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağa qalx" (2014) və "Marşal" (2017) kimi filmlərdə real şəxsləri canlandırmışdır. O, həmçinin "Qara pantera" (2018), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində Qara pantera rolunu canlandırması ilə məşhurdur. Bouzmanın digər filmlərinə "21 körpü" (2019) və "Beş qan" (2020) filmləri daxildir. Dörd il kolorektal xərçənglə mübarizə apardıqdan sonra 43 yaşında ölmüşdür. Onun ən sonuncu filmi "Ma Reyninin qara ətəyi" 2020-ci ildə ölümündən sonra Netflix-də buraxılıb. Bouzman afroamerikalı cütlük Karolin və Leroy Bouzmanın oğlu kimi Cənubi Karolinanın Anderson şəhərində doğulmuş və böyümüşdür. Bouzmanın sözlərinə görə DNT testi onun əcdadlarının Syerra-Leonedən olan Krio xalqı, Nigeriyadan olan Yoruba xalqı və Syerra-Leonedən olan Limba xalqı olduğunu göstərmişdir. Onun anası tibb bacısı idi, atası isə parça fabrikində işləyirdi. Bouzman 1995-ci ildə T.L.Anna liseyindən məzun olmuşdur.
Keyti Bouman
Keyti Bouman (ing. Katie Bouman, 9 may 1989, West Lafayette[d], İndiana) — kompüter mühəndisi, Massaçusets Texnologiya İnstitutunun magistrı, Kaliforniya Universitetinin dosenti. Onun 3 il üzərində işlədiyi alqoritm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi məlumatlar bir araya gətirilərək ilk dəfə olaraq Qara Dəliyin şəkili çəkilmişdir. == Həyatı == Keyti Bouman uşaqlığını ABŞ-də İndiana ştatının Vest Lafayette şəhərində keçirmişdir. O, 2011-ci ildə Miçiqan Universitetində elektrik mühəndisliyi təhsilini tamamladıqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) elektrik mühəndisliyi və kompüter elmləri sahəsində magistr (2013) və doktor (2017) dərəcələrini almışdır. == Fəaliyyəti == Kayti Bouman ilk qara dəlik şəklinin çəkilməsinə səbəb olan alqoritmi hələ magistr təhsili aldığı zaman hazırlamağa başlamışdı. Daha sonra o, qara dəliyin fotosunu çəkmək üçün hazırlanmış beynəlxalq "Event Horizon Telescope" (EHT) qrupuna daxil olmuşdur. Boumanın yazdığı alqoritm sayəsində dünyanın fərqli bölgələrindəki səkkiz teleskopdan əldə edilən göstəricilər bir araya gətirilərək qara dəliyin görüntüsü ortaya çıxarılmışdır.
Maks Bekman
Maks Bekman (alm. Max Beckmann‎; 12 fevral 1884, Leypsiq — 27 dekabr 1950, Nyu-York) — alman rəssamı, XX əsrin ortalarına qədər ən məşhur portret ustalarından biri. == Həyatı == Veymarda şəkil çəkərək Berlinə köçən Maks Bekman Birinci Dünya müharibəsi zamanı xəstəxanada işləmişdir. O, mistika və fəlsəfə ilə maraqlanmışdır. Bir sənətkar kimi tanındığı illər - Veymar Respublikası dövrüdür. 1927-ci ildə Düsseldorf şəhərində Alman sənətkarlığı nominasiyası və Qızıl Medalı kateqoriyasında fəxri imperial mükafatını almışdır. 1925-ci ildən Stadelev İncəsənət İnstitutunda dərs demişdir. 1933-cü ildə faşist hakimiyyətinin təlimindən çıxarıldı, 500-dən çox rəsm əsəri Almaniyanın muzeylərindən çıxarıldı, işləri degenerat incəsənət nümunələri kimi sıralandı. Sənətkar və həyat yoldaşı 1937-ci ildə Amsterdama köçmüşdü, ancaq natsistlər burada da onu rahat buraxmadılar: 1944-cü ildə səfərbərlikdən qaçdıqdan sonra infarkt keçirdi. Yalnız 1947-ci ildə Bekkman və həyat yoldaşı okeanı keçə bildi.
Martin Borman
Martin Borman (alm. Martin Bormann‎, 17 iyun 1900[…] və ya 17 iyul 1900, Halberştadt[d], Saksoniya-Anhalt – 2 may 1945[…], Berlin) — Almaniyanın siyasi və dövlət xadimi. == Həyatı == Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Həmin dövrdə o, leytenant Q. Rossbaxın rəhbərlik etdiyi könüllülər korpusunun fəaliyyətində iştirak edir.
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
Boman Irani
Boman İrani (2 dekabr 1959, Bombey) — Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalmışdır. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsa da, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award ilə qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Awards mükafatına layiq görülüb.