Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bounce TV
Bounce TV — 2011-ci ildə buraxılan Amerika kabel televiziyası şəbəkəsi. Yalnız 25 və 54 yaşları arasında olan Afrika-Amerika tamaşaçılarına yönəlmiş Bounce TV həm orijinal, həm də sindikatlaşdırılmış proqramları birləşdirir. Bounce TV ölkədə ev təsərrüfatlarının yüzdə 73%-i üçün mövcuddur. Original proqramların istehsalı 2012-ci ildə başlamışdır. İlk original teleseriyası "Ailə Zamanı" idi. 2016-cı ildə kanal Qloriya Ruben, Vanessa Bell Kellouey və Riçard Louson ilə birlikdə "Saints and Sinners" adlı ilk dramatik seriyasını istehsal etməyə başladı. Kanal həmçinin "Underworld", "The Bernie Mac Show", "Hewley", "Valideynlər" və "Rock" klassik sitkomlarını sindikatlaşdırır. 2015-ci ilin iyul ayına qədər kanal "Şou Kosbi"-nin təkrarlarını yayımlayırdı, lakin Bill Kosbi ətrafında baş verən qalmaqala bağlı olaraq şou cədvəldən çıxarıldı.
BOINC
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
Bonnie Tyler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. == Həyatı == Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Bruce Schneier
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) Amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Bunge katalpası
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Çində yayılmışdır. == Botaniki təsviri == Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir.
Bunqe Torpağı
Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir. Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir. Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Bunqe dağdağanı
Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir. == Ekologiyası == Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.
Bunqe klerodendrumu
Bunqe klerodendrumu (lat. Clerodendrum bungei) - klerodendrum cinsinə aid bitki növü.
Peter Bence
Peter Bence (macar dili: Péter Bence; 5 sentyabr 1991, Debretsen) — macar pianoçusu, bəstəkar və musiqi istehsalçısıdır. 500 milyondan çox video hit toplayan "Despacito" (Fonsi / Yankee / Ender), Maykl Cekson , Queen və Sianın fortepiano aranjımanları ilə çox populyarlıq qazandı. Onun hər zaman ən çox izlədiyi videosu "Despacito" nun canlı ifasıdır. == Həyatı == Peter Bence, pianoda erkən yaşlarında ifaya başladı və Motsart, Şopenin musiqisindən güclü təsirlənərək ilk dəfə 7 yaşındak kompozisiyasını bəstələdi. 2002-ci ildə, 11 yaşında ilk musiqisini "Yaşıl musiqi" adlandıran ilk solo fortepiano albomunu nəşr etdi. 2008-ci ildə "Nightfall" adlı ikinci albomunu buraxdı. 2009-cu ildə səsləndirilən Fibonacci Sequence əsasında hazırlanmış "Piano Piece" kompozisiyası üçün vərəq musiqisi bir çox pianoçu tərəfindən tələb edildi. Müəllimlər və həmyaşıdları tərəfindən musiqili bir prodigy hesab edildi və hələ ibtidai məktəbdə oxuyarkən Debreçendəki Franz Liszt Musiqi Universitetində qəbul edildi. Yeniyetməlik illərində Peter kino musiqisinə, xüsusən onun üçün yeni bir dünya açan və özünü musiqi ilə daha da araşdırmağa vadar edən Con Willyamsın musiqisinə böyük maraq göstərməyə başladı. Macarıstanda klassik fortepiano və kompozisiya təhsili aldıqdan sonra, ABŞ-da Berkli Musiqi Kollecində bir film rejissoru və fortepiano ixtisası üzrə bir magistr kimi təhsilini davam etdirdi.
Vrelo Bosne
Vrelo-Bosne (serb-xorv. Vrelo Bosne) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri yaxınlığında, İqman dağı ətəklərində olan Bosna çayı ətrafındakı ictimai park. == Ümumi məlumat == «Vrelo Bosne» parkı İlica bölgəsində yerləşir və ölkənin ən məşhur görməli yerlərindən biridir. Bosna çayı üzərində Roma körpüsü var. Körpü 1530-1550-ci illər arası inşa edilmiş. Körpünün tikintisində qədimdə mövcud olmuş roma körpüsünün daşlarından istifadə olunmuş. Roma imperiyası zamanı bu körpüdən istifadə edərək Aquae Sulphurae kəndi ilə əlaqə saxlanılırdıYaz aylarında Bosna çayı suyu çox təmiz olduğundan içməyə belə yararlı olur. İl ərzində parkı 60 000 turist ziyarət edir.Turistlər parkda piyada və ya atla gəzişərək istirahət edə bilərlər. Əsas gəzinti yolunun uzunluğu 3 km-dir. Bu yol üzərində Avstriya-Macarıstan dövrünə məxsus bina inşa edilmiş.
Büdcə
Büdcə (ing. budget; qədim Normand dilindən: bougette — pulla dolu çanta, dəri çanta, pul bağlaması, pul kisəsi) — hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir. == Büdcə avansı == Hər hansı dövlət xərcinin icra edilməsi üçün büdcə sənədlərinə xərc yazılmadan ödənilən nağd vəsaitdir. Məsələn, tenderi udan hər hansı bir şirkətin işə başlaya bilməsi üçün ona avans verilir. Bu avansın qarşılığı olan iş görülüb xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və avans müqaviləsi bağlanır. == Büdcə hesabı == Hər hansı məqsədlərin reallaşması üçün dövlət tərəfindən birbaşa maliyyələşdirilən müəssisənin, təşkilatın bank hesabı. Həmin müəssisə bu hesabdan yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə edə bilər. == Mənbə == Dövlət Maliyyəsi terminləri lüğəti, Dr.İ.Əhmədov, K.Aslanlı, Ş.Əhmədov, Bakı – 2008.
Bünde
Bünd - Almaniyada yerləşən şəhərdir.
Bençe
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Sen-Bonne-Tronse
Sen-Bonne-Tronse (fr. Saint-Bonnet-Tronçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03221. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 755 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 408 nəfər (15-64 yaş) arasında 280 nəfər iqtisadi fəal, 128 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 64.6%). 280 aktiv adamdan 248 nəfəri (124 kişi və 124 qadın), 32 nəfəri işsiz (14 kişi və 18 qadın) idi. 128 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 60 nəfər təqaüdçü, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır. Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur. Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir.
Mitoz bölünmə
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır. == Profaza == Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür. Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir.
Xristianlıqda bölünmə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. == Xalkedon parçalanması (monofizit-diafizit) == 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Sen-Bonne-an-Şansor
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur, oks. Sant Bonet de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05132. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1683 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1001 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 733 nəfər iqtisadi fəal, 268 hərəkətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 71.0%) olmuşdur. Fəal 733 nəfərdən 664 nəfəri (363 kişi və 301 qadın), 69 nəfəri işsizdir (21 kişi və 48 qadın).
Sen-Bonne-de-Fur
Sen-Bonne-de-Fur (fr. Saint-Bonnet-de-Four) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03219. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 200 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 132 yaş arasında (15-64 yaş arasında) 86 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65,2%, 1999-cu ildə 60,4%). Fəal olan 86 nəfərdən 69 nəfər (36 kişi və 33 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi. 46 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Bonne-de-Roşfor
Sen-Bonne-de-Roşfor (fr. Saint-Bonnet-de-Rochefort) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03220. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 647 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 379 nəfər (15-64 yaş) arasında 268 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə bu 62.9%). Fəal olan 268 nəfərdən 244 nəfər (135 kişi və 109 qadın), 24 nəfər işsiz (10 kişi və 14 qadın) idi. Aktiv olmayan 111 nəfər arasında şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Bonne-de-Şavan
Sen-Bonne-de-Şavan (fr. Saint-Bonnet-de-Chavagne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38370. Kommunanın 2012-ci il üçün əhalisi 646 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 388 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Sen-Boone-de-Fur
Sen-Bonne-de-Fur (fr. Saint-Bonnet-de-Four) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03219. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 200 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 132 yaş arasında (15-64 yaş arasında) 86 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65,2%, 1999-cu ildə 60,4%). Fəal olan 86 nəfərdən 69 nəfər (36 kişi və 33 qadın), 17 nəfər işsiz (8 kişi və 9 qadın) idi. 46 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Boone-de-Roşfor
Sen-Bonne-de-Roşfor (fr. Saint-Bonnet-de-Rochefort) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03220. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 647 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 379 nəfər (15-64 yaş) arasında 268 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə bu 62.9%). Fəal olan 268 nəfərdən 244 nəfər (135 kişi və 109 qadın), 24 nəfər işsiz (10 kişi və 14 qadın) idi. Aktiv olmayan 111 nəfər arasında şagird və ya tələbə, 49 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Brüne (kommuna)
Brüne (fr. Brunet, oks. Brunet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04035. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 72.0%, 1999-cu ildə bu 69.2%). Fəal olan 118 nəfərdən 95 nəfər (61 kişi və 34 qadın), 23 nəfər işsiz (9 kişi və 14 qadın) idi.
Büdcə ayırmaları
=== Büdcə (təxsisatları) ayırmaları - Büdcə bölgüsü sənədinə əsasən nazirliklərə, büdcə təşkilatlarına çatacaq pul vəsaiti. ===
Büdcə məhdudiyyəti
Büdcə məhdudiyyəti — mikroiqtisadiyyatda (İstehlakçının davranış nəzəriyyəsində) istifadə olunan, istehlak xərclərini onun gəlirləri və (və ya) iqtisadi malların ilkin ehtiyatları ilə məhdudlaşdırmaq kimi başa düşülən iqtisadi (büdcə) məhdudiyyətlər nəzərə alınmaqla qəbul edilə bilən alternativlər (istehlak dəstləri) dəstinin alt hissəsini ifadə edən konsepsiya. == Formal tərifi == X {\displaystyle X} (qəbul edilə bilən alternativlər (istehlak dəstləri), p {\displaystyle p} iqtisadi malların qiymətlərinin mənfi olmayan bir vektoru, R {\displaystyle R} istehlakçının gəliri olsun. Sonra büdcə çoxluğu p x l e q s l a n t R {\displaystyle px\ leqslantR} bərabərsizliyinin təmin edildiyi X {\displaystyle X} alternativlər çoxluğu olaraq təyin olunur, yəni: B ( p , R ) = { x ∈ X | p x ⩽ R } {\displaystyle B(p,R)=\{x\in X|px\leqslant R\}} Büdcə məhdudluğu ilkin mal ehtiyatı ilə əlaqəli ola bilər x 0 {\displaystyle x_{0}} , yəni bu halda gəlir yalnız bəzi ilkin hissələrin satışından əldə edilə bilər. Sonra büdcə çoxluğu aşağıdakı kimi müəyyən edilir: B ∗ ( p , x 0 ) = { x ∈ X | p x ⩽ p x 0 } = { x ∈ X | p ( x − x 0 ) ⩽ 0 } {\displaystyle B^{*}(p,x_{0})=\{x\in X|px\leqslant px_{0}\}=\{x\in X|p(x-x_{0})\leqslant 0\}} Yəni alışların dəyəri satışların dəyərini aşmır. Təbii olaraq birləşdirmək də mümkündür, yəni gəlir həm xarici ola bilər, həm də ilkin ehtiyatlarla əlaqələndirilə bilər. == Xüsusiyyətləri == Hər şeydən əvvəl büdcə dəstlərinin boş olmadığı qəbul edilir. Büdcə çoxluğu B ( p , R ) {\displaystyle B(p,R)} üçün bunun üçün kifayətdir ki, R {\displaystyle R} gəlirinin ən azı bir etibarlı dəsti, yəni R > inf x ∈ X p x {\displaystyle R>\inf _{x\in X}px} əldə etmək üçün tələb olunan minimumdan böyük olmasıdır. Büdcə çoxluğu B ∗ ( p , x 0 ) {\displaystyle B^{*}(p,x_{0})} vəziyyətində bu şərt yalnız başlanğıc vektorunun əvvəlcə qəbul edilən X {\displaystyle X} çoxluğuna aid olması deməkdir. Büdcə çoxluğu qapalıdır, məhdudlaşdırılır və qabarıqlıq qoyulur. Məhdudiyyət üçün qiymət vektorunun sıfırdan çox olması rəsmi olaraq (və kifayətdir) lazımdır (yəni bütün qiymətlər müsbət olmalıdır).
Büdcə səmərəliliyi
Büdcə səmərəliliyi — dövlət funksiyasının, proqramın, investisiya layihəsinin icrası nəticəsində büdcəyə təsirin nisbi göstəricisi, büdcənin əldə etdiyi nəticənin xərclərə, səbəb olan xərclərə nisbəti olaraq təyin olunan investisiya layihəsi. Büdcə səmərəliliyi dövlət və / və ya regional orqanların tələbi ilə qiymətləndirilir. Bu tələblərə uyğun olaraq, müxtəlif səviyyəli büdcələr və ya icmal büdcə üçün büdcə səmərəliliyi müəyyən edilə bilər. Büdcə səmərəliliyinin göstəriciləri büdcə vəsaitlərinin hərəkəti tərifinə əsasən hesablanır. Büdcə səmərəliliyinin artırılması vəzifəsi performansa əsaslanan büdcə prosedurları çərçivəsində həll olunur. == Büdcə səmərəliliyinin hesablanması üçün pul axını == Büdcə səmərəliliyinin hesablanması üçün vəsait axınlarına aşağıdakılar daxildir: qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş vergilərdən, aksiz vergilərindən, rüsumlardan, yığımlardan və büdcədənkənar fondlara ayırmalardan daxilolmalar; layihədə nəzərdə tutulan obyektlərin kəşfiyyatı, tikintisi və istismarı üçün lisenziyalaşdırma, müsabiqə və tenderlərdən əldə edilən gəlir; layihə iştirakçılarına müvafiq büdcədən verilmiş kreditlərin ödənilməsində ödənişlər; vergi güzəştlərini ödəmək üçün ödənişlər ("vergi tətilləri" halında); xarici borclara dəstək üçün RF Maliyyə Nazirliyinə komissiya ödənişləri (federal büdcə gəlirlərində); bölgəyə və ya dövlətə məxsus səhmlər və fərdi sahibkar satışı ilə əlaqədar çıxarılan digər qiymətli kağızlar üzrə dividentlər.Büdcə fondlarının xaricinə aşağıdakılar daxildir: müvafiq idarəetmə orqanının (xüsusən federal dövlət mülkiyyətində) fərdi sahibkarın tətbiqi üçün yaradılan səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsinə sahibliyini təmin etmək əsasında büdcə (xüsusən dövlət) mənbələrinin təmin edilməsi; investisiya krediti şəklində büdcə resurslarının təmin edilməsi; büdcə fondlarının əvəzsiz əsaslarla təmin edilməsi (subsidiyalar); müəyyən bir qiymət siyasətinin həyata keçirilməsi və müəyyən sosial prioritetlərə uyğunluğun təmin edilməsi ilə əlaqəli büdcə subsidiyaları.Ayrı-ayrılıqda düşünmək tövsiyə olunur: vergi gəlirləri və ödənişlərinin azalmasına əks olunan vergi güzəştləri. Bu vəziyyətdə axınlar da yaranmır, ancaq giriş azalır; kreditlər və investisiya riskləri üçün dövlət zəmanətləri.Qeyri-müəyyənlik amilləri nəzərə alınaraq layihənin effektivliyi qiymətləndirilərkən xaricə sığorta hadisələri baş verdikdə zəmanət üzrə ödənişlər daxildir. == Cəmiyyətin xərcləri və faydalarının uçotu == Layihənin büdcə səmərəliliyi qiymətləndirilərkən, layihənin üçüncü tərəf müəssisələrinə və əhaliyə təsiri səbəbindən büdcə fondlarının gəlir və xərclərindəki dəyişikliklər də nəzərə alınır, əgər layihə bunlara təsir edirsə: fərdi sahibkar tətbiqində iştirak edən müəssisələrin birbaşa maliyyələşdirilməsi; fərdi sahibkar tətbiqi nəticəsində fəaliyyəti yaxşılaşan və ya pisləşən müəssisələrdən vergi gəlirlərində dəyişikliklər; layihənin icrası ilə əlaqədar işsiz qalan şəxslərə müavinət ödənişləri (bənzər yerli olanlar əvəzinə idxal olunan avadanlıq və materiallardan istifadə edildikdə); layihədə nəzərdə tutulmuş hallarda vətəndaşların köçürülməsi və məşğulluğu üçün büdcədən vəsait ayrılması.İşsizlik səviyyəsi yüksək olan bölgələrdə yeni iş yerlərinin açılmasını təmin edən layihələr üçün büdcə vəsaitlərinin axını, müvafiq müavinətlərin ödənilməsi üçün federal büdcədən və ya Federasiyanın təsis qurumunun büdcəsindən kapital qoyuluşlarına qənaət nəzərə alınır. == Büdcə səmərəliliyinin göstəriciləri == Büdcə səmərəliliyinin əsas göstəricisi büdcənin xalis cari dəyəridir (NPDb). Büdcə xaricində olduqda, büdcənin daxili gəlirlilik dərəcəsini (IRR) müəyyən etmək mümkündür.
Balanslaşdırılmış büdcə
Balanslaşdırılmış büdcə (büdcənin balanslaşdırılması, balanslaşdırılmış büdcənin tərtib edilməsi; ing. balanced budget) — xərclərin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşdırılması və icrası prinsipi. == Tərifi == “Maliyyə-kredit ensiklopedik lüğəti”nə görə büdcə balansı büdcə xərclərinin onların maliyyələşmə mənbələrinə kəmiyyət uyğunluğundan (balansında) ibarət olan büdcənin formalaşması və icrası prinsiplərindən biridir. Büdcə gəlirlərinin (büdcə gəlirlərinin) ümumi dəyəri ilə xərclərin həcmi arasında bərabərliyin əldə olunduğu prinsip. Müvafiq olaraq, büdcə tarazlığının olmaması disbalans yaradır: büdcə xərcləri büdcə gəlirlərini üstələdikdə (büdcə kəsiri yaranır), bu isə büdcənin prinsipcə mümkün olmadığını bildirir; büdcə gəlirləri büdcə xərclərini üstələdikdə (büdcə profisiti yaranır), bu isə büdcə vəsaitlərindən istifadənin ümumi səmərəliliyinin aşağı düşməsi deməkdir.Bir sıra iqtisadçılar balanslaşdırılmış büdcələşdirməni əməliyyat büdcələrinin xüsusiyyətlərini dəyişdirməklə idarə olunan müxtəlif maliyyə göstəriciləri arasında optimal tarazlığın tapılması prosesi kimi müəyyən edirlər. Yalnız gəlirlilik göstəricisinin və ya pul vəsaitlərinin hərəkətinin miqdarının köməyi ilə deyil: birincisi, pul boşluqları və daimi vəsait çatışmazlığı ilə təhdid edir, ikincisi - sərbəst nağd pulun aşkar olması ilə real mənfəətin olmaması. Bəzi iqtisadçılar balanslaşdırılmış büdcəni ümumi xərclərin ümumi gəlirə bərabər olduğu büdcə kimi müəyyən edirlər. == Büdcə balanslaşdırma meyarları == Balanslaşdırılmış büdcə aşağıdakı xüsusiyyətlərə malikdir: pul vəsaitlərinin hərəkəti büdcəsi kəsirsizdir (gəlir xərcləri əhatə edir, investisiya xərcləri kreditlər və borclar hesabına ödənilir, likvidlik ehtiyatı verilir (planlaşdırılmamış ödənişləri ödəmək üçün və daxilolmalarda gözlənilməz gecikmələr olduqda)); kapitalın gəlirliliyi sahiblərin tələblərini ödəyir; maliyyə göstəriciləri məqsədlərə uyğundur. == Balanslaşdırıcı alətlər == Əsas büdcə balanslaşdırma alətləri kimi aşağıdakılar istifadə olunur: dolayı pul vəsaitlərinin hərəkəti büdcəsi; Düpon tənliyi; Mobli matrisi. == Balanslaşdırılmış büdcələşdirmə və icra üsulları == Büdcələşdirmə prosesi büdcəni balanslaşdırmaq üçün aşağıdakı metodlardan istifadə edir: satın alınan materialların və xidmətlərin həcmini və ya dəyərini gözlənilən gəlirdən çox olmamaq üçün azaltmaqla təxmini xərclərin azaldılması; qiymətlərin və ya satışın sayını artırmaqla gəlirin artması; borclanmanın müxtəlif formalarından istifadə.Balanslaşdırılmış büdcələşdirmə metodlarına daxildir: Gəlir nəzərə alınmaqla xərclərin məhdudlaşdırılması; müxtəlif səviyyəli büdcələr arasında gəlirlərin bölüşdürülməsi mexanizminin təkmilləşdirilməsi; gəlir artımı ehtiyatlarının müəyyən edilməsi; səmərəli büdcə tənzimlənməsi sisteminin qurulması; gəlirlərin artımına müsbət təsir göstərən və eyni zamanda problemlərin minimum xərclə və maksimum effektlə həllini təmin edən xərclərin istiqamətlərinin planlaşdırılması; həddindən artıq zərurətdən deyil, lazımsız xərcləri onların tərkibindən çıxarmaqla xərclərin qənaətcilliyi; Maliyyə bazarlarından real pul vəsaitlərinin hərəkətini təmin edə bilən müxtəlif borclanma formaları.Balanslaşdırılmış büdcənin icra üsullarına daxildir: büdcə xərclərinin razılaşdırılması prosedurunun tətbiqi; faktiki alınan gəlirə yönəldilmiş büdcə xərclərinin müəyyən edilmiş hədlərinə ciddi riayət edilməsi; Xərclərin optimal vaxtının müəyyən edilməsi; büdcə xərclərinin azaldılması və bloklanması mexanizmindən istifadə; Subsidiyaların tədricən dayandırılması və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyətin tətbiqi əsasında maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi; büdcə gəlirlərinin artımı üçün ehtiyatların səfərbər edilməsi; Büdcə vəsaitlərinin məqsədyönlü, qənaətcil və səmərəli xərclənməsinə ardıcıl maliyyə nəzarəti; büdcələrarası maliyyələşdirmənin həyata keçirilməsi; büdcə ehtiyatlarından istifadə; və digərləri.
Bone-yi Xeyrüllah
Bone-yi Xeyrüllah (fars. بنه خيراله‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Bone-yi Əcəm
Bone-yi Əcəm (fars. بنه عجم‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 25 ailədə 68 nəfəri kişilər və 64 nəfəri qadınlar olmaqla cəmi 132 nəfərdir.
Sen-Bonne-an-Şansor (kanton)
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0518. Sen-Bonne-an-Şansor kantonuna cəmi 18 kommuna daxildir, onlardan ən əsası Sen-Bonne-an-Şansor kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 7 089 nəfər təşkil edirdi.
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)