Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Honalama
Honalama incə mexaniki emal üsullarına aid olub geniş material spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və səthinin kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsusi və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş(en) əməliyyatı ilə müqayisədə 2–4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticəsində formalaşır. Poladların və çuqunların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışığından (10%—20%li məhlul) istifadə edilir.
Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur. == Tarix == The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. 1960-cı illərdə boyama kitablarının "Qızıl vaxtı" başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi. 1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi "Anatomik boyama kitabı"nı (orijinal adı "The Anatomy Coloring Book") və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar. == Faydalı xüsusiyyətləri == Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Boyanata-Sarıdaş
Boyanata-Sarıdaş Azərbaycan Respublikasında Abşeron rayonu ərazisində fəaliyyətdə olan palçıq vulkanı. Boyanata dağından 4 km. cənub-şərqdə, düzənlikdədir. İki məntəqədə qruplaşmışdır. Sopka, qrifon və neft çıxışlarının yayılması Maykop və Diatome dəstələri və Pont çöküntüləri zolağına uyğun gəlir. Sopkalar gil və qumdaşı brekçiyalarından ibarətdir, nündürlükləri 1-2 metrədəkdir. Sopka və qrifonlardan qaz, su, palçıq və qatı neft ayrılır. Tektonik cəhətdən vulkan Boyanata-Sarıdaş antiklinalının cənub-qərb qanadında yerləşir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013.
Qida boyaları
Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur. İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır. Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. Yedəkləmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132) Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək, q araciyərinə mənfi təsir edir. Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY. Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей) İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Drenaj sistemi (Boşalma quruluş)
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.