Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drontlar
Drontlar (lat. Raphinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var. Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir. Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir.
Aleksandr Bronyar
Aleksandr Bronyar (fransız dilində:Alexandre Brongniart, 5 fevral 1770–7 oktyabr 1847) — fransız kimyaçısı, farmasevt, mineraloq, mineralogiya professoru, geoloq, zooloq, botanik və paleontoloq. Fransız botaniki, paleobotanikanın banilərindən biri olan Adolf Teodor Bronyarın (1801–1876) atası. == Tərcümeyi-halı == Aleksandr Bronyar 5 fevral 1770-ci ildə Paris şəhərində anadan olmuşdur. O, 1788-ci ildə Société philomathique de Paris yaradılmasında iştirak etmişdir. Aleksandr Bronyar 1794-cü ildə dağ-mədən mühəndisi vəzifəsinə təyin edilmişdir. O, 1797-ci ildə təbiət elmləri üzrə professor oldu. Aleksandr Bronyar 1800-cü ildə Sevrdə farfor fabrikinin direktoru təyin edildi, 1818-ci ildə isə böyük dağ-mədən mühəndisi vəzifəsində fəaliyyətini davam etdirmişdi. 1822-ci ildə A. Bronyar Paris Milli təbiət elmləri tarixi muzeyinin mineralogiya professoru təyin edildi. O, 7 oktyabr 1847-ci ildə doğma şəhərində vəfat etmişdir. Bronyartit mineralı bu aliminin şərəfinə adlandırılmışdır..
I Baronlar müharibəsi
I Baronlar müharibəsi — 1215–1217-ci illərdə İngiltərə krallığında baş vermiş vətəndaş müharibəsi. Robert Fitzalker rəhbərliyində ingilis baronlar, fransız kralı Şahzadə Luislə gizli razılığa gəldilər. Anlaşmaya əsasən ingilis kralı Con devrilməli, əvəzinə baronlara və fransızlara tabe olan kral hakimiyyətə gətirilməli idi. 2 il davam edən müharibənin əvvəlində tərəflər arasında, Magna Karta adlı sülh müqaviləsi imzalanmışdır. Müqavilədə olan bəndlər ingilisləri, fransız ağalığı altına salırdı. Bu səbəbdən kral müqaviləni qəbul etməmişdir. Bununla 1215–1217-ci illəri əhatə edən I Baronlar müharibəsi başlamışdır. == Müharibədən əvvəl == İngiltərə kralı Con hakimiyyətin idarə edilməsində böyük narazılığılara səbəb olurdu. Baronlar kralın siyasətinə qarşı olan əsas siyasi qüvvə hesab olunurdu. 1215-ci ilin 15 iyun tarixində, baronlar tərəfindən müqavilə hazırlandı.
Adolf Teodor Bronyar
Adolf Teodor Bronyar (fr. Adolphe Théodore Brongniart, 14 yanvar 1801[…], Paris – 18 fevral 1876[…]) — fransız botaniki. == Bronyarın təsnif etdiyi bitki taksonlarının siyahısı == == Bronyarın şərəfinə adlandırılan taksonlar == Brongniartikentia Becc. Brongniartia Kunth == Əsas işləri == fr. Brongniart A. Essai d'une classification naturelle des champignons, 1825 fr. Brongniart A. Mémoire sur la famille des rhamnées, 1826 fr. Brongniart A. Prodrome d'une histoire des végétaux fossiles. – Paris; Strasbourg: F.G. Levrault, 1828 fr. Brongniart A.T. Histoire des végétaux fossiles, ou, Recherches botaniques et géologiques sur les végétaux renfermés dans les diverses couches du globe. – Paris, 1836–1837.