Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butanal
Butanal (yağ aldehidi, butilaldehid) – kimyəvi formulu С4Н8О olan alifatik üzvi birləşmədir. Butanon ilə izomerdir. Rəngsiz, kəskin qoxulu, yüksək dərəcədə alovlanan mayedir. == Alınması == Butanal aşağıdakı üsullardan biri ilə alına bilər. butanol-1-in dehidrogenləşməsindən kroton aldehidinin hidrogenləşməsindən propenin hidroformilləşməsindən == Reaksiyaları == Bütün alifatik aldehidlər kimi, yüksək reaksiya qabiliyyətli və kifayət qədər zəhərlidir. Qaldıqda atmosfer oksigeni ilə yağ turşusuna qədər oksidləşir. Yanma Birləşmə Oksidləşmə Karbohidrogen radikalında hidrogen atomlarının əvəz olunması == Əməyin mühafizəsi == Butanal [1], digər aldehidlər [2] kimi, zəhərli bir maddədir: İş sahəsinin havasındakı BBQ 5 mq / m3 (maksimum birdəfəlik)-dir. [3]. Bununla belə, bir sıra tədqiqatlara görə, bu maddənin qoxusunun qəbul etmə hüdudu BBQ -dən daha yüksək ola bilər. Məsələn, tədqiqatda [4] qoxunun orta hədd qatılığı 15 mq / m3-ə çatmışdır.
Buzanay
Buzanay və ya Bozanay — Qazaxıstanın Atırau vilayəti İsatay rayonu ərazisində yerləşən qumlu massiv. Səhra massivi 15—17 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Burada qumlu barxanlar qərbdən şərqə doğru 60–70 km məsafədə uzanır. Çökək ərazilərdə duzlu göllər vardır. Massivdə dikyarpaq, cuzqun, cil və s. bitkilərə rast gəlinir. Massiv otlaq sahəsi kimi istifadə edilir. Narın qumlar səhrasının bir hissəsini təşkil edir.
Buğadaq
Buğadaq - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 43]. Buğa (erkək maral) yaşayan dağ mənasındadır. Azərbaycanda Buğadaş (Şuşa rayonu) dağ adı ilə mənaca eynidir. Bax: Böyük Buğutlu.
Buğadaş
Buğadaş — Şuşa rayonunun Zarıslı kəndindən cənubda dağ. Hündürlüyü 2154 m. Turşsu qəsəbəsi ilə Zarıslı kəndinin sərhədindədir. Oronim buğa (erkək maral və ya ümumiyyətlə iribuynuzlu heyvanların erkəyi) və daş (qaya, dağ) komponentlərindən düzəlib. Dağ ətrafında tez-tez buğa görünməsinə görə bu adı almışdır. Özbəkistanda Buka, Rusiyanın Çita vilayətində Bukaçaça, Ukraynada Bukaçay toponimləri qeydə alınmışdır.
Buğakar
Buğakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. 1940-cı illərdə kənd ləğv edilmişdir. Əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. İndi xaraba kənddir. Buğakar piri bu kəndin məşhur ziyaret yeri idi.
Buğavar
Buğavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Buğa (erkək maral) sözündəndir.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Buğakar piri
Buğakar piri — Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib. == Haqqında == Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır. == Tarixi == Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır. == Mənbə == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Karmina Burana (kantata)

Xan-Banax teoremi
Tutaq ki, p {\displaystyle p} funksionalı E {\displaystyle E} həqiqi xətti fəzasında təyin olunmuş bircins qabarıq funksional, f {\displaystyle f} isə müəyyən L ⊂ E {\displaystyle L\subset E} xətti altfəzasında təyin olunmuş və istənilən x ∈ L {\displaystyle x\in L} ünsürü üçün f ( x ) ≤ p ( x ) {\displaystyle f(x)\leq p(x)} şərtini ödəyən həqiqi xətti funksionaldır. Onda f {\displaystyle f} funksionalını bütün E {\displaystyle E} fəzasında təyin olunan və istənilən x ∈ E {\displaystyle x\in E} ünsürü üçün F ( x ) ≤ p ( x ) {\displaystyle F(x)\leq p(x)} şərtini ödəyən F {\displaystyle F} həqiqi xətti funksionalına davam etdirmək olar. f {\displaystyle f} funksionalının hər bir x ∈ D ( f ′ ) {\displaystyle x\in D(f^{\prime })} ünsürü üçün f ′ ( x ) ≤ p ( x ) {\displaystyle f^{\prime }(x)\leq p(x)} bərabərsizliyini ödəyən bütün f ′ {\displaystyle f^{\prime }} xətti davamları çoxluğunu F p {\displaystyle F_{p}} ilə işarə edək. Burada D ( f ′ ) {\displaystyle D(f^{\prime })} f ′ {\displaystyle f^{\prime }} funksionalının təyin oblastıdır. f 1 ′ , f 2 ′ ∈ F p {\displaystyle f_{1}^{\prime },f_{2}^{\prime }\in F_{p}} funksionallarından f 2 ′ {\displaystyle f_{2}^{\prime }} funksionalı f 1 ′ {\displaystyle f_{1}^{\prime }} -in davamı olduqda bunu f 1 ′ < f 2 ′ {\displaystyle f_{1}^{\prime }<f_{2}^{\prime }} şəklində ifadə edək. Onda F p {\displaystyle F_{p}} bu münasibətə nəzərən qismən nizamlanmış çoxluq olar. Əgər F p ′ {\displaystyle F_{p}^{\prime }} -lə F p {\displaystyle F_{p}} -nin (xətti) nizamlanmış hissəsini işarə etsək, ⋃ f ′ ∈ F p D ( f ′ ) {\displaystyle \bigcup \limits _{f^{\prime }\in F_{p}}D(f^{\prime })} çoxluğunda təyin olunan və hər bir x ∈ D ( f ′ ) {\displaystyle x\in D(f^{\prime })} , f ′ ∈ F p ′ {\displaystyle f^{\prime }\in F_{p}^{\prime }} üçün f 0 ( x ) = f ′ ( x ) {\displaystyle f_{0}(x)=f^{\prime }(x)} kimi verilən f 0 {\displaystyle f_{0}} funksionalı F p ′ {\displaystyle F_{p}^{\prime }} çoxluğunun yuxarı sərhəddi olacaqdır. Bu da onu göstərir ki, F p {\displaystyle F_{p}} çoxluğu Sorn lemmasının şərtlərini ödəyir. Onda bu lemmaya görə F p {\displaystyle F_{p}} çoxluğu F {\displaystyle F} maksimal ünsürünə malikdir. Asanlıqla görmək olar ki, f {\displaystyle f} maksimal funksionalının təyin oblastı bütün E {\displaystyle E} oblastı ilə üst-üstə düşür.
Mən Muğana Vurğunam (1986)
Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.
Mən Muğana vurğunam (film, 1986)
Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.
Buqanda
Buqanda — Uqanda daxilində Bantu krallığı. Baqanda krallığı, Buqanda Uqandanın paytaxtı Kampala da daxil olmaqla, Buqandanın Mərkəzi Bölgəsini əhatə edən müasir Şərqi Afrikadakı ənənəvi krallıqların ən böyüyüdür. 14 milyonluq Baqanda (tək Muqanda; tez-tez sadəcə kök söz və sifət olan Qanda adlandırılır) Uqanda əhalisinin təxminən 26,6%-ni təmsil edən ən böyük Uqanda bölgəsini təşkil edir. == Tarixi == XIII əsrdə Şərqi Afrikada (Uqanda), Viktoriya gölünün şimal-qərb sahilində Yaranmış Buqanda dövləti XIX əsrin ortalarında çiçəklənmə dövrünü yaşayırdı. Bu dövrdə Buqanda Unyoqo və Ankole dövlətlərini özünə tabe etmişdir. Əhalisi, başlıca olaraq, əkinçiliklə məşğul olurdu. Sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Buqanda dövlətinin ictimai həyatında kahinlər mühüm yer tuturdu. Buqanda hakimi(kabaka) həm də ali hərbi rəis, ali hakim və kahin hesab olunurdu. Bütün torpaqlar onun sərəncamında idi.
Anthurium buganum
Anthurium buganum (lat. Anthurium buganum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Buqabaş (Bakalı)
Buqabaş (başq. Буғабаш, rus. Бугабашево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Mixaylovka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 97 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (56%), ruslar (39%) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Vasili İliç Utin (17 dekabr 1918 – 10 dekabr 1941) — Sovet İttifaqının Qəhrəmanı.
Philomachus pugnax
Calidris pugnax (lat. Calidris pugnax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Calidris pugnax
Calidris pugnax (lat. Calidris pugnax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.