Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bünyad
Bünyad — kişi adı. Bünyad Sərdarov Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik. Bünyad Sərdarov (alim) — Azərbaycanlı alim, professor. Bünyad Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Bünyad Məmmədov — azərbaycanlı rejissor. Təxəllüs Yaşar Bünyad — azərbaycanlı yazıçı. == Həmçinin bax == Bünyad (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bünyad (Marağa)
Bünyad — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şərqdə, Marağa-Miyanə avtomobil yolundan 34 km cənubdadır.
Bünyad Məmmədov
Bünyad Məmmədov — azərbaycanlı rejissor. == Həyatı == Bünyad Məmmədov 1930-cu ildə indiki Mingəçevir şəhərinin ətrafında, artıq adı xəritədən silinmiş kiçik kənddə dünyaya göz açıb. İncəsənət İnstitutunu bitirib (1956) təyinatla kinostudiyaya göndərilib. Lətif Kərimovun çəkiliş qrupunda rejissor köməkçisi işləyib. 1957-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 48 ildən artıq orada çalışıb, rejissor köməkçi vəzifəsindən baş rejissorluğa qədər yüksəlib. Əməkdar artist idi.
Bünyad Sərdarov
Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik
Bünyad Əliyev
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Phytoseius bunya
Phytoseius bunya (lat. Phytoseius bunya) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius bunya Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bünyad Sərdarov (inqilabçı)
Bünyad Mədət oğlu Sərdarov (əsl soyadı: İbrahimov; 1889, Qarğabazar, Cəbrayıl qəzası – aprel 1919, Xəzər dənizi) — Azərbaycan inqilabçısı, bolşevik. Azərbaycanda Sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, Hümmət təşkilatının üzvü. Azərbaycan SSR əməkdar memarı Sərdar Sərdarovun atasıdır. == Xatirəsi == Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.
Bünyan
Bünyan (türk. Bünyan) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseridən 40 km şimal-şərqdə, Mərkəzi Anadolu regionunun Yuxarı Qızılirmaq bölgəsində yerləşir. Rayonun səthi sahəsi 1306 km²-dır. Şəhərdə 8 qəsəbə və 24 kənd yer almaqdadır. Bünyan ilçəsi şərqdə Pınarbaşı, cənubda Tomarza, qərbdə şəhər mərkəzi, şimalda Sarıoğlan, şimal-şərqdə Ağqışla, cənub-qərbdə Talas və qərbdə Qocasinan ilə həmsərhəddir. İlçə əhalisi 43.795 nəfərdir. Bünyan kiçik bir yaşayış məntəqəsi olduğu üçün, tarixi Kayseriyə bağlı qalmışdır. Bölgə hansı dövlətin hakimiyyəti altında qalmışdırsa, Bünyan da onun tabeliyində olmuşdur. Bünyanın ilk yaşayış məskəninin xetlər tərəfindən salındığı buradaki mağaralardaki izlərdən bəllidir.
Nazənin Bünyadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Banyak
Banyak (ind. Pulau Banyak) — İndoneziyada yerləşən adalar qrupu. Hind okeanının şərqində, Summatra adasının qərbində, Simeulue və Nias adaları arasında yerləşir. Qrupa 99 ada daxildir. Adalarıln sahəsi 319 km²-dir. Əhalisi - 6050 nəfər (2007). Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2005-ci ilkin martında Simeulue və Nias adaları arasında güçlü zəlzələ nəticəsində meydana gələn sunami sahil zolağındaki yaşayış məntəqələrini yer üzündən silmişdir.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Bunab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
János Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Ksaba Buryan
Ksaba Buryan (27 sentyabr 1994) — Macarıstanlı şort-trekçi. Ksaba Buryan Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ksaba Buryan birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Buryan 2:19.284 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qunbad məscidi
Qunbad məscidi və ya Altmış qübbə məscidi (benq. ষাট গম্বুজ মসজিদ Shaṭ Gombuj Moshjid) — Banqladeşdə məscid.YUNESKO-nun Dünya İrsinə daxil olan Baqerhat Məscid şəhərinin bir hissəsidir. Bu, sultanlıq dövründən (1204-1576) Banqladeşdə ən böyük məsciddir. Məscid Sundarban qubernatoru Xan Cahan Əli tərəfindən Benqal Sultanlığı dövründə qurulmuşdur. Məscidin inşasına 1442-ci ildə başlanmışdır və 1459-cu ildə tamamlandı. Məscid namaz üçün, həmçinin mədrəsə və məclis zalı kimi istifadə olunurdu. Məscid, Tuğlaq üslubunda tikilimişdir. Bura dam örtüyünü dəstəkləyən çoxsaylı tağlara çatan incə sütunlarla əhatə olunmuşdur. Məscid əsasən terrakota və kərpiclə bəzədilib Məscidin uzunluğu 160 fut (49 m) eni isə 108 fut (33 m). Məsciddə 77 qübbə və hər küncdə bir günbəz var.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yanoş Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Yanoş Xunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Nazanin Bonyadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Bünyadlı
Bünyadlı (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Bünyadlı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Bünyadlı bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.
Bünyadov
Bünyadov — Azərbaycanli soyad. === B === Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). === T === Teymur Bünyadov Teymur Bünyadov (tarixçi) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi. Teymur Bünyadov (general-mayor) — Azərbaycan hərbi xadimi, general-mayor (1966) === Z === Ziya Bünyadov — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.