Buryatiya əhalisi
Buryatiya Respublikasının əhalisi 2019-cu ilə olan məlumata görə 983 273 nəfərdir. Buryatiya əhalisinin əsas hissəsini ruslar (64,9%; 2010) təşkil edir. Buryatlar – 29,5%, soyotlar – 0,4%, evenklər – 0,3%-dir. Digər qruplardan ukraynalılar (0,7%), tatarlar (0,7%), ermənilər (0,2%), almanlar (0,1%) yaşayırlar. Ölüm səviyyəsi 1000 nəfərə 11,8, doğum səviyyəsi 1000 nəfərə 17,6 nəfərdir (2013). Gözlənilən orta ömür müddəti 66,8 ildir (2012). 1996-cı ildən əhalinin sabit miqrasiya axını (10 min nəfərə 38 nəfər) səciyyəvidir, ən yüksək həddi 1997–2001-ci illərdə (10 min nəfərə 46 nəfər) qeydə alınmışdır. Əhalinin orta sıxlığı 1 km²-də 2,8 nəfərdir. Respublikanın mərkəzi və cənub hissəsi, xüsusilə Selenqa çayı və onun qolları boyu əhali daha sıx (1 km²-də 8 nəfər) məskunlaşmışdır.
Şəhər əhalisi 59%-dir (2013; 1959-cu ildə 41%; 1989-cu ildə 61,6%; 2005-ci ildə 57%).