Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Cibril Sidibe
Cibril Sidibe (Fransızca tələffüz: [dʒibʁil sidibe]: 29 iyul 1992) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Fransa milli futbol komandasında müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur. Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır.
Ditrix Bukstehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Buxtehude
Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı. == Həyatı == Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.
Ditrix Ekkart
Ditrix Ekkart (alm. Dietrich Eckart‎ 23 mart 1868 – 26 dekabr 1923) — Alman jurnalist, dramaturq, şair və siyasətçi. Daha sonra NSDAP-a çevrilən Alman Fəhlə Partiyasının (Deutsche Arbeiterpartei, DAP) qurucularından biri idi. Nasist hərəkatının ilk günlərində Adolf Hitlerə əsas təsir bağışladı. 1923-cü ildə "Pivə zərbəsi"nin üzvü idi. == Erkən həyatı == Ekkart 23 mart 1868-ci ildə Nürnberqdən əxminən 20 mil cənub-şərqdə, Bavariya Krallığının Neumarkt şəhərində kral notariusu və hüquqşünası Kristian Ekkart və dindar katolik olan həyat yoldaşı Annanın oğlu olaraq anadan olmuşdur. Ekkart on yaşında olanda anası öldü və o bir neçə məktəbdən qovuldu. 1895-ci ildə atası öldü və ona Ekkartın tezliklə xərclədiyi xeyli pul qaldı. Ekkart əvvəlcə Erlangendə hüquq, sonra Münhen Lüdviq Maksimilian Universitetində tibb təhsili aldı və qılıncoynatma və içki içən Tələbə Korpunun həvəsli üzvü idi. 1891-ci ildə şair, dramaturq və jurnalist olmağa qərar verdi.
Ditrix Mateşits
Ditrix Mateşits (20 may 1944, Sankt-Marayn[d], Bruk-Mürsuşlaq[d] – 22 oktyabr 2022) — avstriyalı milyarder iş adamı. O, Red Bull GmbH-nin həmtəsisçisi və 49% sahibi idi. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, Mateşitsin xalis sərvəti 25,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Mateşits Unilever və Blendax şirkətində marketinq sahəsində çalışıb. Tailanda səyahət edərkən o, Red Bull-a uyğunlaşdırdığı Krating Daeng içkisini kəşf etdi. 1984-cü ildə Red Bull GmbH-nı təsis etdi və 1987-ci ildə Avstriyada istifadəyə verdi. Onun şirkəti Formula 1-də beş dəfə Konstruktorların Çempionları — Red Bull Racing və qardaş komandası AlphaTauri, həmçinin Red Bull Zalsburq FK və Red Bull Zalsburq FK futbol klubları kimi, dünyanın bir neçə idman komandasını əldə etmiş və ya təsis etmişdir.
Marlen Ditrix
Marlen Ditrix (alm. Marlene Dietrich‎; 27 dekabr 1901, Almaniya İmperiyası — 6 may 1992, Paris, Fransa) — ABŞ və Almaniya aktrisası və müğənnisi, seks simvol. == Həyatı == 1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü. == Karyerası == Əvvəl Marlenə teatrda kiçik rollar tapşırılırdı.
Vilhelm Bitrix
Vilhelm Bitrix (26 fevral 1894, Verniqerode, Saksoniya-Anhalt – 19 aprel 1979),İkinci Dünya müharibəsi zamanı Alman SS Obergruppenführer və Waffen-SS generalı olmuşdur. Almaniyanın Harz dağlarında yerləşən Verniqerode şəhərində anadan olmuş olan Bitrix Birinci Dünya müharibəsi zamanı zabit və hərbi pilot kimi xidmət etmiş və eyni zamanda Fraykorun üzvü olmuşdur. 1939-cu ildə 1-ci SS Panzer Diviziyası "Leibstandarte SS Adolf Hitler" diviziyasına və 1934-cü ildə isə SS-Verfügungstruppeyə qoşulmuşdur. 1939-cu ildə baş vermiş olan Polşa yürüşündə və 1940-cı ildəki Fransa yürüşündə Deutschland Alayına (Almaniya alayı) komandirlik etmişdir. Daha sonralar isə 2-ci SS Panzer Diviziyası "Das Reich" diviziyasının komandanlığına gətirilmişdir. 1944-cü ilin sentyabr ayında Niderlandda baş tutmuş olan Niderland əməliyyatı zamanı (Market Garden əməliyyatı kimi də adlandırılır) həyata keçirilmiş olan hava hücumlarında Müttəfiqlər tərəfindən yaxşı xatırlanır. O, həmçinin 2-13 aprel 1945-ci il tarixləri arasında baş tutmuş olan Vyanaya hücum əməliyyatı zamanı şəhərin müdafiəsinə cəlb edilmiş olan Alman korpusuna komandanlıq etmişdir. 8 may 1945-ci ildə Waffen-SS zabiti kimi həbs edildikdən sonra o, Fransaya ekstradisiya edilmiş və burada 5 il həbs cəzasına məhkum edilmişdir. 1953-cü ildə isə ikinci dəfə mühakimə olunsa da, 1954-cü ildə Bordo Fransa məhkəməsi tərəfindən bəraət almışdır. 19 aprel 1979-cu ildə isə Bavariyanın Volfratshauzen şəhərində yerli xəstəxanada vəfat etmişdir.
Artur Cefri
Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas. == Həyatı == Melburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir. == Fəaliyyəti == 1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi. == Kitabları == Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.
Cefri Damer
Cefri Layonel Damer (ing. Jeffrey Lionel Dahmer; 21 may 1960, Miluoki, Viskonsin – 28 noyabr 1994) — Amerikalı seriyalı qatil. Onun qurbanlarının hamısı kişi idi. O, 1978–1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi. == Həyatı == Cefri 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olmuşdu. Kişik yaşlarında ailəsi Ayova ştatına köçür. Cefri 6 yaşında qarnındakı yırtıqdan əməliyyat keçirir. Bundan sonra uşaq özünə qapanır. Bir müddət sonra atası polis şöbəsinə müraciət edir.
Cefri Epşteyn
Cefri Epşteyn (ing. Jeffrey Epstein) — ABŞ maliyyəçisi və cinayətkarı. Nyu-Yorkun Bruklin rayonunda böyüyən Epşteynin kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaratdı. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar etmişdi.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu.
Euseius citri
Euseius citri (lat. Euseius citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.
Metaseiulus citri
Metaseiulus citri (lat. Metaseiulus citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Proprioseiopsis citri
Proprioseiopsis citri (lat. Proprioseiopsis citri) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis citri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Çirip yarımadası
Çirip yarımadası — İturup yarımadasının şimal-qərbində, Rusiyanın Saxalin vilayəti ərazisində yerləşən yarımada. Sahillərini Oxot dənizi suları ilə əhatələnir. Yarımadanın uzunluğu 22 km, enisə 13 km təşkil edir. Relyefi dağlıqdır. Ərazisində yerləşən vulkanlar: Boqdan Xmelniski — 1585 m, Çirip — 1563 m Ərazisindən axan çaylar qısa olub, suyunun tərkibi baxımından içməli deyildir. Yarımadanın şimalında yerləşən eyni adlı vulkan Breskens burnunu əmələ gətirir. Burun yarımadanın şimal nöqtəsini təşkil edir. Sahillərində qabarma və çəkilmənin hündürlüyü bir metr təşkil edir. Kurilsk və Prostir körfəzlərini ayırır. Ərazisində Kiyovoe qəsəbəsi yerləşir.
Çiriş (Qafan)
Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd. Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir. Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi. 50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar. Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Planococcus citri
Planococcus citri (lat. Planococcus citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin pseudococcidae fəsiləsinin planococcus cinsinə aid heyvan növü. Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir. Rusiya Federasiyasında, Krım vilayətində, Qafqazda, Orta Asiyada, Şimali və Cənubi Amerikada, Afrikada, Cənubi Avropada, Asiyada, Cənubi Ukraynada qeydə alınmışdır. Azərbaycanın əksər rayonlarında da geniş yayılmışdır. Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir. Müşahidələrə əsasən nar, xurma, gavalı, üzüm və əncir ağaclarına da zərər verdiyi qeyd edilmişdir (Novxanı kəndi, may-iyun ayları). Yoluxmuş ağaclar inkişafdan qalır və quruyub məhv olurlar. Müşahidələr zamanı həşəratın sürfələrinin üzümün giləmeyvəsi ilə qidalanaraq gilələrinin çürüməsinə və qurumasına səbəb olduğu bir daha təsdiqlənmişdir. Abşeronda daha çox yayılmış növlərdən hesab edilir.
Çiriş kətəsi
Çiriş kətəsi — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Təmizlənmiş və yuyulmuş çirişə, doğranmış quru zoğal və ya zırınc əlavə edilərək qarışdırılır. Bundan əlavə bu qarışığa doğranmış soğanda əlavə edilir. Bir qədər düyü götürülür və o bir qədər qaynadılır. Bu qaynadılmış düyü də qarışığa əlavə edilir. Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Xəmir bir qədər acıdılır. Bir qədər sonra ondan kündələr ayrılaraq oxlovla yayılır. Hazırlanmış yuxaların üzərinə duz və istiot əlavə edilmiş çirişli qarışıq əlavə olunaraq yuxalar qatlanır. Kənarları kəsilir.
Çiriş (dağ)
Çiriş və ya Çiliş – Şəki rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3242 metr. Çiliş/çiriş dialektlərimizdə "sürüşkən", "şirəli" mənalarında işlənir. Azərbaycanda Çiriş adlı bitki növü də var.
Albert Qottfrid Ditrix
Albert Qottfrid Ditrix (alm. Albert Gottfried Dietrich‎; 8 noyabr 1795, Qdansk, Qərbi Prussiya[d] – 22 may 1856, Berlin) — Almaniya botaniki.
Cefri Ceykob Abrams
Cefri Ceykob Abrams (27 iyun 1966[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı kinorejissor və bəstəkar. O, dram və elmi fantastika janrlarında olan əsərləri ilə məşhurlaşmışdır. Abrams Henriyə münasibətdə (1991), Forever Young (1992), Armageddon (1998), Cloverfield (2008), Star Trek (2009), Star Wars: The Force Awakens (2015) və Star Wars: The Skywalkerin yüksəlişi (2019).