CIRIQ

sif.
1. Bir və ya çox yerdən cırılmış, yırtılmış, parça-parça olmuş; yırtıq. Cırıq paltar. Cırıq çəkmə. Cırıq örpək.
[Nənəxanım] bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Çəmənzəminli.
[Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu.

// is. Cırılmış, sökülmüş, yırtılmış yer. Köynəyin cırığını tikmək.
2. Bitişmiş yara yeri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CIRIQ yırtıq — deşik
  • CIRIQ çapıq — yarıq
  • CIRIQ CIRIQ Görünür ovcunda kəndir izləri; Cırıq şalvarından çıxmış dizləri (S.Vurğun); ÇAK (kl.əd., arx.) Hər necə cəhd etdim, əlyim daməninə yetmədi; Payi

Antonimlər (əks mənalı sözlər)

  • CIRIQ CIRIQ – TƏZƏ Deyir otuz arşın təzə parça olsaydı, yorğan-döşəyi düzəldərdim (Ə.Vəliyev); Erkək atın çulu cırıq gərək (Ata
CIRHACIR
CIRIQ-CIRIQ

Digər lüğətlərdə