Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahanbanu Sultan
Cahanbanu Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Cahanbanu Sultan Səfəvi) == Həyatı == Cahanbanu Sultan Zibeydə sultan ilə İsa xanın qızı olmuşdur. Onun anası Şah I Abbasın 4 dekabr 1586 - cı ildə Fəxricahan xanımdan olma qızı idi. Atası da Səfəvi nəslinə mənsub bir xan olmuşdur. 1612-1632 - ci illər arasında atası Qorçubaşı vəzifəsi icra etmişdir. Hər iki ana, ata öz qızlarına mükəmməl tədris və dərs vermişlər. Cahanbanu xanım çox gözəl şairə həmçinin də natiq olmuşdur. Bu dövrdə hər zaman olduğu kimi Səfəvi sarayı yenə intriqalarla dolu idi. Xalası Xanağa sultanın onları aradan götürmək istəyi saray mübarizəsini artırırdı. İsa xanın nüfuzunun artması Xanağa sultanın və əri Mirzə Abu Talibi narahat edirdi. Onlar fürsət gəzir həm Zibeydə, həm də İsa xanı aradan götürməyə çalışırdılar.
Xosrov Cahanbani
Xosrov Cahanbani (27.2.1941 Tehran - 16.4.2014 Cenevrə) — İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbaninin oğlu, Məhəmməd Rza Pəhləvinin qızı Şahnaz Pəhləvinin ikinci həyat yoldaşı, rəssam. Xosrov Cahanbani 27 fevral 1941-ci ildə Tehran şəhərində anadan olub. Onun atası İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbanidir. Kaliforniya Dövlət Universiteti Sakramentoda və Miçiqan Universitetində təhsil alıb. 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin böyük qızı şahzadə Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını İranın Parisdəki səfirliyində rəsmiləşdirmişdilər. Deyilənə görə Məhəmməd Rza Pəhləvi bu nikahı dəstəkləmirdi. İran İslam İnqilabından sonra Xosrov Cahanbani İranı tərk edir və İsveçrəyə köçür. 16 aprel 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Atası Qacar şahzadəsi Əmənulla Cahanbani İranın müdafiə naziri olub.
Nadir mirzə Cahanbani
Nadir mirzə Cahanbani (fars. ‎ نادر جهانباني ) — Qacar şahzadəsi, İran Hərbi aviasiyasının rəisi. Nadir mirzə 1928-ci ildə Təbriz şəhərində dоğulmuşdu. Ali hərbi məktəb bitirmişdi. Nadir mirzə Cahanbani İran Hərbi aviasiyasının rəisi olmuşdu. Dəfələrlə Milli Məclisə seçilmişdi. İdman idarəsinə rəhbərlik etmişdi. Nadir mirzə Cahanbani 12 mart 1979-cu ildə Tehranda, Qəsri-Qacar zindanında güllələnib. Nadir mirzə Şahnaz xanım Pəhləvi (Həcər Ələvi) ilə ailə qurmuşdu. Кеyxоsrоv mirzə adlı оğlu, Fövziyyə xanım adlı qızı var.
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.