Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Bülent Ərsoy
Bülent Ərsoy (türk. Bülent Ersoy; 9 iyun 1952, İstanbul) — Məşhur türk sənətçisi, transseksual. == Həyatı == Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
Bülənt Ərsoy

Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Ford Cargo
== Xarici keçidlər ==
Muazzez Ərsoy
Muazzez Ərsoy (9 avqust 1958, İstanbul) — Türk müğənni.
Ruhi Ərsoy
Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü. == Həyat və fəaliyyəti == Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Bərğov

Meryoy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Verqon
Verqon (fr. Vergons, oks. Vergons) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04236. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 125 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 68 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 59,7%). Fəal olan 43 nəfərdən 38 nəfər (20 kişi və 18 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Çirpoy
Çirpoy adası (rus. Чирпой) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil olan Çornıye Bratya adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Brat-Çirpoev adasından Snou boğazı ilə ayrılır. Andezit-bazaltdan təşkil olunmuş adanın ən hündür nöqtəsi 691 metr olan Çirpoy dağıdır. Ərazisində iki fəaliyyətdə olan vulkanlar vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m).
Mehmet Akif Ərsoy
Mehmet Akif Ərsoy (türk. Mehmet Akif Ersoy, 20 dekabr 1873, Fateh – 27 dekabr 1936, İstanbul) — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi, siyasətçisi və İstiqlal Marşının müəllifi. Mehmet Akif Ərsoy Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının(ŞKTR)İstiqlal Marşının müəllifidir. "Vətən şairi" və "Milli şair" ünvanları ilə tanınır. İstiqlal Marşı ilə yanaşı, Çanaqqala dastanı, Bülbül və 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən Safahat ən dəyərli əsərlərindəndir. İkinci Məşrutiyyət dönəmindən bəri Sırat-ı Müstakim (sonradan Sebilür-Reşad kimi tanınır) jurnalının baş redaktorudur. Türkiyə İstiqlaliyyət müharibəsi dövründə millət vəkili olaraq Birinci Dövr Böyük Millət Məclisində iştirak etmişdir. == Həyatı == === Erkən həyatı === Mehmet Akif Ərsoy,1873-cü ilin dekabrında İstanbulda, Fatehin Qaragümrük səmtinin, Sarıgözəl məhəlləsində anadan olub. Doğum şəhadətnaməsi, onun doğulmasından sonra, uşaqlığının keçdiyi, atasının imam olduğu Çanaqqalanın Bayramiç ilində verildiyi üçün, sənəddə doğulduğu yer Bayramiç ili göstərilib. Anası Buxaradan Anadoluya köçən bir ailənin qızı Əminə Şərif xanım; Kosovonun Peç şəhərində anadan olan alban mənşəli Fateh məscidinin mədrəsə müəllimlərindən olan Peçli Tahir Əfəndinin qızı idi.
Məhməd Akif Ərsoy

Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
Ayşə Sibel Ərsoy
Ayşə Sibel Ərsoy (1964, Adana ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ayşə Sibel Ərsoy 1964-cü ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Adanada alıb. Egey Universiteti Əczaçılıq Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. 1986-1988-ci illərdə Adanada əczaçı olaraq çalışıb. 1990-cı ildə Qazi Universiteti Əczaçılıq Bölməsində elmi işçi vəzifəsində çalışıb. Çalışmalarını başa vurduqdan sonra Ankarada əczaxana açıb. Ankara İş Qadınları Dərnəyi, Ticarət Palata və Birjaları Birliyi (TOBB) Qadınlar Şurası, Osmaniyə Dərnəyinin üzvü olub. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ətraf mühit Komissiyasının, 28-ci çağırışda isə TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Mustafa Baki Ərsoy
Mustafa Baki Ərsoy (1981, Yozqat ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mustafa Baki Ərsoy 1981-ci ildə Yozqat ilində anadan olub. İbtidai və orta təhsilini Kütahya və Sivasda alıb, lisey təhsilini isə Yozqatda alıb. Ərciyəs Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Həmin universitetin Hüquq İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Kayseri Milliyyətçi Sənaye İş Adamları Dərnəyinin sədr müavini olub. Uzun illərdir MHP üzvüdür. 2007-2011-ci illərdə MHP Kayseri il şöbəsinin sədr müavini olub. 2015-ci ildə isə MHP Kayseri il şöbəsinin sədri seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kayseri ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom

Cəlqay (Marağa)
Cəlqay — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəindən 5 km cənubdadır.
George Çerney
Qerqey Aqneş
Qerqey Aqneş (mac. Gergely Ágnes d. 5 oktyabr 1933) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. == Bioqrafiyası == Jurnalist Qutmann Cyordiya (mac. Guttmann György) və hökumət rəsmisi Fanakel Rosanın (mac. Fenákel Róza) ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində dünyasını dəyişmişdir.
Sergey Bondarçuk
Sergey Bondarçuk (25 sentyabr 1920[…], Belozorka[d], Xerson quberniyası – 20 oktyabr 1994[…], Moskva) — Sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti (1952).
Sergey Borodin
Sergey Borodin (rus. Сергей Петрович Бороди́н; 12 (25) sentyabr 1902, 8 oktyabr 1902 və ya 25 oktyabr 1902, Moskva – 22 iyun 1974, Daşkənd) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" (rus. Амир Саргиджан) təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür. Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi. == Həyatı və yaradıcılığı == Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. == Həyatı == Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Sergey Boçkov
Sergey Boçkov (20 avqust 1979) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Sergey Boçkov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, uzunluğa tullanma turnirində 16.02 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 30-cu pillədə başa vuraraq mübarizəsini dayandırdı. Daha sonra Sergey Boçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma olimpiadada məşq zamanı zədə aldığına görə o, turnirdə mübarizə apara bilmədi.
Sergey Brin
Sergey Mixayloviç Brin (rus. Сергей Михайлович Брин; 21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı iş adamı. Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub. O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır. Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub.
Sergey Brızqalin
Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir. 1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir. Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Sergey Bubka
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı. == Həyatı == Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı. == Fəaliyyəti == O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur. Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili).
Serqey Sirotkin
Serqey Oleqoviç Sirotkin (d. 27 avqust 1995, Moskva, Rusiya) — Rusiya avtoyarışçısı. Avropa Formula-Abarth 2011 çempionu, GP2 yarış seriyasının iki dəfə bürünc mükafatçısı. 2018-ci ildən Vilyams Formula-1 komandasının pilotu. == Şəxsi məlumatlar == Serqeiyin sponsorlarından biri Sauber Formula 1 komandası üçün hazırladığı test nümayişləri zamanı o dövrün direktoru Oleq Sirotkinin atası olan Aviasiya Texnologiyaları Milli İnstitutu idi. 2017-ci ildə MADİ-nin məzunu, avtonəqliyyat vasitəsi fakültəsini bitirib . == Karyera == Sirotkin karyerasına 2008-ci ildə kartinqlə başladı. Birincisi, bir sıra KF3 sinif çempionatlarında oynadı, Göteborg Stora Pris çempionu oldu. 2010-cu ildə Serge KF2 sinifinin üç seriyasına qatıldı. === Formula Abart === Sirotkin 2010-cu ildə Formula seriyasında ilk dəfə çıxış etdi: "Jenzer Motorsport" komandasında "Formula-Abart" yarışında İtaliyanın 6 yarışında iştirak etdi.
Serqey Xuqayev
Serqey Zverev
Sergey Zverev (saxa Сергей Афанасьевич Зверев — Кыыл Уола 8 iyul 1900, Tyubyay[d], Yakutiya MSSR – 7 mart 1973) — Yakut xalq müğənnisi və Olonqo dastançısı. SSRİ Yazıçılar Birliyinin üzvü (1939), Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == Sergey Zverev 1900-cü il iyunun 25-də (6 iyul) (digər mənbələrə görə 19 avqust 1891-ci ildə) Yakutsk vilayətinin Suntarski ulusundakı Tyubyat kəndində anadan olmuşdur. 20 ildən çox rəncbər kimi çalışmışdır. Sonra Bodaybin qızıl mədənlərində mədənçi, Kempendyay Duz Zavodunda dülgər kimi çalışır. Kolxoz təsərrüfatına qoşulur, kolxozun sədri olur. 1940-1945-ci illərdə Nyurbin kolxoz teatrının aktyoru kimi çalışır. Q. Vasiliev ilə birgə Yakutiyadakı almaz sənayesinin yaranmasına həsr olunmuş «Ayxal eyiexe aar tayka» ("Sənə şöhrət, boz tayqa") poemasını yazmışdır. 1953-cü ildə Sergey Zverevin "Min Sereqim" ("Ürəyim") şeirlər toplusu nəşr olunur. Sergey Zverev Yakut rəqs mədəniyyətinin banilərindən biridir.
Serqey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.