Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cakarta
Cakarta — İndoneziyanın paytaxtı. Rəsmən "Xüsusi paytaxt dairəsi Cakarta" (ind. Daerah Khusus Ibukota Jakarta) adlanır. 1942-ci ilə qədər Cakarta şəhəri Bataviya adlanıb. == Ümumi məlumat == XVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi. Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhrəmanı Fatahillah tərəfindən ələ keçirilən bölgə "Böyük zəfər" mənasını verən "Jayakarta" adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu.
Cakarta şəhəri

Makaroa
Makaroa adası (fr. Makaroa) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,2 km²-dir. Maksimal hündürlüyü 137 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatımna əsasən adada yaşayış yoxdur.
Sakarya
Sakarya ili — Türkiyənin 81 vilayətindən 54-cüsüdür.
Takaroa
Takaroa (fr. Takapoto) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Takapotodan 8 km məsafədə yerləşir. Uzunluğu 24 km, eni 8 km təşkil edir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. Ada ilk dəfə 1616-ci ildə holland səyyahları Villem Shouten tərəfindən kəşf edilir. 1765-ci ildə Takaroa və Takapoto birlikdə Kinq Corc adaları olaraq adlandırılır. İnzibati baxımından Takaroa, Takapoto və Tikei atolları birlikdə Takaroa kommunasını əmələ gətirir.
Cataria
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Lantana camara f. camara
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lantana camara var. camara

Glechoma cataria
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Nepeta vulgaris Lam.
Nepeta cataria
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. Calamintha albiflora Vaniot Cataria tomentosa Gilib. [Invalid] Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Glechoma macrura (Ledeb. ex Spreng.) Kuntze Nepeta americana Vitman [Illegitimate] Nepeta bodinieri Vaniot Nepeta cataria var. citriodora (Dumort.) Lej. Nepeta ceretana Sennen Nepeta citriodora Dumort. Nepeta laurentii Sennen Nepeta macrura Ledeb. ex Spreng. Nepeta minor Mill.
Pratincola caprata
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Sakarya (çay)
Çayın bir qolu Afyonun şimal-şərqindəki Bayat Yaylasından, digəri Eskişehir Çiftelerden doğular. Əvvəl İç Anadoluya doğru axar sonra Qızılarmağın tərsinə bir qıvrımla, şimala dönər, Poladlı yaxınlarında ən böyük qollarından biri olan Porsuq Çayını və Ankara Çayını axar. Gəyvə Boğazından keçər və Qurusudan axaraq Qaradənizə tökülər. Sakarya Çayının Aladağ və Kirmir sularını acdığı yerdə Türkiyənin ən böyük stansiyalarından biri olan Sarıyar Hidroelektrik Stansiyası ilə Gökçəkaya Hidroelektrik Stansiyası və Yenicə Anbarı qurulmuşdur. Çay adını Yunan Mifologiyasındakı çay tanrısı Sangariusdan götürməkdədir. Sakarya çayı ildə 5 milyard m³ su daşımaqdadır.
Sakarya Universiteti
Sakarya Universiteti — Türkiyənin Sakarya ilində yerləşən universitet. Sakarya Universitetinin təməlini 1970-ci ildə açılan Sakarya Mühəndislik və Memarlıq Peşə Məktəbi təşkil edib. Bu məktəb 1971-ci ildə Sakarya Dövlət Mühəndislik və Memarlıq Akademiyasına çevrilmiş, 1982–1992-ci illər arasında İstanbul Texniki Universitetinə bağlı bir fakültə olaraq təlim-tədris faaliyətinə davam etmiş, 3 İyul 1992 tarixli və 3837 sayılı qanun ilə Sakarya Universitetinə çevrilmişdir. Sakarya Universitetdə 13 fakültə, 6 institut, 2 məktəb ve 2 peşə məktəbi var. Kompüter və İnformasiya Elmləri Fakültəsi Diş Həkimliyi Fakültəsi Təhsul Fakültəsi Fənn - Ədəbiyyat Fakültəsi Hüquq Fakültəsi Siyasi Biliklər Fakültəsi İlahiyyat Fakültəsi Rabitə Fakültəsi İdarəetmə Fakültəsi Mühəndislik Fakültəsi Tibb Fakültəsi Səhiyyə Elmləri Fakültəsi Sənət, Dizayn və Memarlıq Fakültəsi Təhsil Elmləri İnstitutu Fənn Elmləri İnstitutu İdarəetmə İnstitutu Səhiyyə Elmləri İnstitutu Sosial Elmlər İnstitutu Orta Şərq İnstitutu Dövlət Konservatoriyası Sağlamlıq Məktəbi Adapazarı Peşə Məktəbi Sağlamlıq Xidmətləri Peşə Məktəbi Atatürk İdeyaları və İnqilab Tarixi Türk Dili Xarici Dillər Atatürk İdeyaları və İnqilab Tarixi Araşdırma və Tətbiqi Mərkəzi Kompüter Araşdırma və Tətbiq Mərkəzi Avropa Birliyi Ərş və Sənədlər Mərkəzi Mənbə Texnologiyası Araşdırma, Müayinə və Tətbiqi Mərkəzi Türk Erməni Əlaqələri Araşdırma Mərkəzi Davamlı Təhsil Mərkəzi Sakarya Yenilik Mərkəzi Sakarya İqtisadiyyat və Sosial Araşdırma Mərkəzi Uzaqdan Təhsil və Araşdırma və Tətbiq Mərkəzi Balkan Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi Qadın Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi Türk Dili Təhsili Tətbiq və Araşdırma Mərkəzi Suni Zəka Sistemləri Tətbiq və Araşdırma Mərkəzi Orta Şərq Araşdırmaları Mərkəzi Sakarya Universiteti, Türkiyədə TS EN ISO 9001:2008 Keyfiyyət İdarə Sistemi Sertifikatı alan ilk universitetdir Sakarya Universiteti 2014-ci ildə ERASMUS Keyfiyyət Mükafatı, Sakarya Universitetinin tabeçiliyində olan Sakarya Texnoşəhər isə 2014-cü ildə “Ən Uğurlu Texnoşəhər Böyük Mükafatı”, 2015-ci ildə isə "Ən İnkişaf edən Texnoşəhər Böyük Mükafatı”nı almışdır. Beynəlxalq EFQM Mükəmməllik Mükafatı, Qurumsal Bacarıqların İnkişafı və Müştərilər Üçün Dəyər Qatma sahələrində 2 Uğur Mükafatı, 2018 Yüksəköğretim (Universitet) Keyfiyət Qurulu Qurumsal Xarici Dəyərləndirmə Proqramı, 2017 Avropa Universitetlər Birliyi Qurumsal Xarici Dəyərləndirmə Proqramı, EUA IEP, 2016 Avropa Mükəməllik Mükafatı, Qurumsal Bacarıqların İnkişafı sahəsində 1 Uğur Mükafatı, 2015 Mükəmməllikdə Davamlılıq Mükafatı, KalDer, 2013 Avropa Komissiyası ECTS və DS Label Mükafatı (Yeniləmə), Avropa Komissiyası, 2013 Milli Keyfiyyət Mükafatı, KalDer, 2010 Avropa Komissiyası ECTS Label Mükafatı, Avropa Komissiyası, 2010 İdari qurumlarda TS-EN-ISO 9001-2008 Keyfiyyət İdarə Sistemi, TSE, 2009 DS Label Mükafatı, Avropa Komissiyası, 2009 Dil Mükafatı, Avropa Komissiyası, 2009 EFQM 4*Səviyyəsində Mükəmməllikdə Yetkinlik Sənədi, KalDer, 2008 EFQM 3*Səviyyəsində Mükəmməllikdə Yetkinlik Sənədi, KalDer, 2006 Ümumi Sekretarlığa Bağlı Qurumlarda TS-EN-ISO 9000-1994 Keyfiyyət İdarə Sistemi, TSE, 2001 UniRank (2020) Türkiyədəki Ən Yaxşı Dövlət Universitetləri sıralamasında 14-cü, dünyada 1584-cü oldu.
Sakarya döyüşü
Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə. Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi. Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir.
Sakarya ili
Sakarya ili — Türkiyənin 81 vilayətindən 54-cüsüdür.
Sakarya muzeyi
Sakarya muzeyi — Sakarya ili, Mərkəz ilçəsinin Milli Suverenlik prospektində yerləşir. Bağçası ilə birlikdə 1290 m²lik bir sahədə yerləşir. 1910–1915-ci illərdə dövrün Səfərbərlik Şöbəsinin Rəisi minbaşı Baha Bəy tərəfindən zirzəmisi ilə birlikdə üç mərtəbəli olaraq tikilən yaşayış binası, daha sonra Atatürkün yaxın dostu və Millət vəkili Həsən Cavid bəy tərəfindən satın alınmışdır. 1922-ci ilin iyun ayında Mustafa Kamal Atatürkün anası ilə görüşdüyü və beş gün müddətində qaldıqları bu ev, 1967-ci ildə baş verən zəlzələdə ziyan görmüşdür. 1983-cü ildə mülki memarlıq nümunəsi kimi dövlət qeydiyyatına alınan mənzil uyğun bir şəkildə muzey binası kimi yenidən inşa edilərək 1993-cü ildə ziyarətə açılmışdır. Binanın birinci mərtəbəsində xidmət büroları ilə təmiz dairəsi, birinci mərtəbədə direktor otağı və 85 m² enində bir sərgi zalı, ikinci mərtəbədə isə 50 nəfərlik konfrans zalı var. Muzeyin həyətində, Sakarya vilayəti tərkibində olan Roma və Bizans dövrlərinə aid memarlıq nümunələri, məzar daşları, yazılı daşlar, ostotek, bişmiş torpaq ərzaq küpləri və müxtəlif tarixi memarlıq nümunələri nümayiş etdirilir. Muzeyin sərgi salonunda tarix öncəsi çağlar ilə Roma və Bizans Dövrünə aid bir sıra arxeoloji əsər ilə Osmanlı və Respublika Dövrünə aid etnoqrafik eksponatlar nümayiş etdirilir. Arxeoloji əsərlər arasında yastı əl baltaları, bişmiş torpaq qablar, ətir və göz yaşı şüşələri ilə mədəni və şüşə əsərlər yerləşir. Bursa, Amasiya, Konya, Tokat və Ankara Diyarşünaslıq muzeylərindən seçilərək toplanan etnoqrafik eksponatlar arasında isə Mustafa Kamal Atatürkün istifadə etdiyi əşyalar ilə Osmanlı və Respublika Dövrünə aid odlu və soyuq silahlar, mis əşyalar, möhürlər və əl işləri var.
Sakarya zəfəri
Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə. Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi. Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir.
Sakarya Çayı
Çayın bir qolu Afyonun şimal-şərqindəki Bayat Yaylasından, digəri Eskişehir Çiftelerden doğular. Əvvəl İç Anadoluya doğru axar sonra Qızılarmağın tərsinə bir qıvrımla, şimala dönər, Poladlı yaxınlarında ən böyük qollarından biri olan Porsuq Çayını və Ankara Çayını axar. Gəyvə Boğazından keçər və Qurusudan axaraq Qaradənizə tökülər. Sakarya Çayının Aladağ və Kirmir sularını acdığı yerdə Türkiyənin ən böyük stansiyalarından biri olan Sarıyar Hidroelektrik Stansiyası ilə Gökçəkaya Hidroelektrik Stansiyası və Yenicə Anbarı qurulmuşdur. Çay adını Yunan Mifologiyasındakı çay tanrısı Sangariusdan götürməkdədir. Sakarya çayı ildə 5 milyard m³ su daşımaqdadır.
Saxicola caprata
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Serinus canaria
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Cahartağ (Marağa)
Çahartağ (fars. چهارطاق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Təkab qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 235 nəfər yaşayır (49 ailə).
Cataria tomentosa
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Nepeta vulgaris Lam.
Cayanta Bhatta
Cayanta Bahtta (təqribən 840–900, Kəşmir) – Hind filosofu, nyayanın nümayəndəsi. Kəşmir racəsinin xidmətində olan məşhur alim-brahmanlar ailəsindən idi. == Bioqrafiyası == Cayantanın genealogiyasını nəvəsi Abhinanda Kadambari-katsasarı kitabında ətraflı təhlil etmiş. Onun ulu babası Şakt Qauadan olan brahman olmuş (Kəşmir yaxınlığında). Şaktın oğlu Mitra, nəvəsi isə Şaktisvamin olmuş. Şaktisvamin (Cayantanın ulu babası) Kəşmirdə Karkotı dinastiyasında məsul vəzifədə çalışmış. Cayanta öz qeyidlərində göstərir ki, onun babası çardan Qauramulaka kəndini hədiyyə almış. Ehtimal olunur ki, kənd müasir Racauri şəhəri yaxınlığında yerləşmiş. Cayanta Bhattanın atasının adı Çandra olmuş. Cayanta Bahttanın nəvəsi Abhinanda özünün qeyidlərində göstərir ki, babası IX əsrdə Lalitaid çarının müavini olmuş.
Salvia cataria
Salvia polystachia (lat. Salvia polystachia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Çaxartaq
Çaxartaq (fars. چهارطاق‎) qübbəli və dörd tərəfində dörd tağlı kub formasında bir tikilidir. Sasanilər dövründə (III-VII əsrlər) meydana gəlmişdir. Çaxartağın prototipi hələ günbəzi olmayan tetrapilon ola bilər. Çaxartaq kəsilmiş daşdan tikilib və üstü suvaqla örtülmüşdür. Başlanğıcda Zərdüşt ibadətgahları çaxartaq şəklində idi; daha sonra İslam memarlığı çaxartaq məscid və məqbərələrin inşası üçün uyğunlaşdırmışdır. Xüsusilə İsfahan məscidinin təməli, kubik formadan yarım kürə günbəz formasına keçidin trompetin köməyi ilə əldə edildiyi çaxartaq formasında idi.
Çaykara
Çaykara (türk. Çaykara) — Trabzon ilinin ilçəsi.
Çakra
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir. Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir. Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik. Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır. Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır.
Çahartağ (Mahnişan)
Çahartağ (fars. چهارطاق‎) — İranın Zəncan ostanında kənd. Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 50 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 121 nəfər. yaşayır (24 ailə).