Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Spin
Spin — ABŞ rok qrupu Tigers Jaw(en)-ın beşinci studiya albomu. 19 may 2017-ci ildə Black Cement tərəfindən buraxılıb.
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır. Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.
Ralf Bakşi
Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru. 1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi. Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.
Ralf Banç
Ralf Conson Banç (7 avqust 1904[…], Detroyt, Miçiqan – 9 dekabr 1971, Nyu-York, Nyu-York ştatı) — 1940-cı illərin sonlarında Ərəb-İsrail qarşıdurmasının həllində vasitəçi olduğu üçün,1950-ci ildə Nobel Sülh mükafatı laureatı amerikalı politoloq, akademik və diplomat. Bu ada layiq görülən ilk afroamerikalı idi. Birləşmiş Millətlər Təşkilatının qurulması və idarə edilməsində iştirak etmiş və BMT-nin sponsorluğu ilə həyata keçirilmiş çoxsaylı sülhməramlı əməliyyatlarda böyük rol oynamışdır. 1963-cü ildə prezident Con Fitscerald Kennedi tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Banç,1944-cü ildə həm Beynəlxalq Sülh və Təhlükəsizlik Təşkilatı ilə bağlı Vaşinqton Söhbətlərində,həm də 1945-ci ildə BMT-nin nizamnaməsini hazırlayan BMT-nin San Fransisko Beynəlxalq Təşkilat Konfransında ABŞ nümayəndə heyətində vəzifə yerinə yetirdi. Banç,1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ilk iclasında Amerika nümayəndə heyətində iştirak etmişdir. 1948-ci ildə Misirlə İsrail arasında atəşkəs haqqında danışıqlar apararaq Orta Şərq üçün vasitəçi rolunu oynadı. Bu uğuruna görə 1950-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Sinay (1956),Konqo (1960),Yəmən (1963),Kipr (1964) və 1970-ci ildə Bəhreyndəki böhranların aradan qaldırılmasında yaxından iştirakçı olaraq,birbaşa BMT-nin baş katibinə hesabat verərək,Birləşmiş Millətlər Təşkilatında xidmətini davam etdirdi. Yaxın Şərqdəki su ehtiyatları ilə məşğul olan tədqiqat qruplarına da rəhbərlik etmişdir.
Ralf Bayer
Ralf Bayer (ing. Ralph H. Baer; 8 mart 1922, Rodalben[d], Cənub-Qərbi Pfalts[d] – 6 dekabr 2014[…], Mançester[d], Nyu-Hempşir) — ixtiraçı, videooyun tərtibçisi, mühəndis, sahibkar. "Videooyunların atası" kimi tanınan sahibkar, öz işləri ilə kompüter oyunları sənayesinə böyük töhfələr bəxş etmiş amerikalı mühəndis Ralf Bayer (Ralph H. Baer) 8 mart 1922-ci ildə anadan olmuşdur. Bayer 2006-cı ildə ev şəraitində istifadə üçün videooyunlar aparatını yaratdığına və videooyun sənayesinin inkişafına görə Texnologiya üzrə Milli Medal (National Medal of Technology) ilə təltif edilmişdir. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Ralf Fayns
Ralf Fayns (ing. Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes; 22 dekabr 1962[…], İpsuiç) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib. Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar. Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur. Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu.
Ralf Mackenbach
Ralf Makenbax (Niderlandca:Ralf Mackenbach; 4 oktyabr 1995) — Niderland müğənnisi. 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Niderlandı "Click clack" mahnısı ilə təmsil etmiş və 121 xalla qalib olmuşdur.
Ralf Makenbax
Ralf Makenbax (Niderlandca:Ralf Mackenbach; 4 oktyabr 1995) — Niderland müğənnisi. 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Niderlandı "Click clack" mahnısı ilə təmsil etmiş və 121 xalla qalib olmuşdur.
Ralf Qoveya
Ralf Qoveya (8 mart 1996) — Zambiyalı üzgüçü. Ralf Qoveya Zambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ralf Qoveya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 54.84 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ralf Rotman
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Ralf Rotmen
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Ralf Staynman
Ralf Staynman (ing. Ralph Steinman) - yəhudikökənli kanadalı immunoloq və hüceyrə bioloqu, 2011-ci ildə dentritik hüceyrənin kəşfi və onun qazanılmış immunitetdə rolunun öyrənilməsinə görə Nobel mükaftına layiq görülüb. Ralf Staynman 1943-cü ilin yanvarın 14-də Kanadanın Monreal şəhərində anadan olub, dörduşaqlı ailənin ikinci uşağı idi. Atası, İrvinq, Şərqi Avropadan qaçmış Aşkenazi yəhudisi idi və oğlunun ailə biznesini davam etdirməsini istəyirdi. Ancaq Ralf orta məktəbdən elmə maraq göstərir. O, 1963-cü ildə Makgill Universitetinin bakalavr dərəcəsini fərqlənmə ilə və Harvard Tibbi Məktəbini magna cum laude qiyməti ilə bitirir. Harvarddaykən bir il araşdırmaçı kimi Elizabeth Hey laboratoriyasında keçirir, orada onu hüceyrə biologiyası və immun sisteemlə tanış edirlər. Massaçusets Ümumi Hospitalında internatura və rezidentura keçərkən tibbi sosial işçi Klaudia Höfelə rast gəlir. Onlar 1971-ci ildə evlənirlər. Tibbi təhsilini başa vurduqdan sonra özünü biotibbi tədqiqat işinə adayır.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Ralf Hartli
Ralf Vinton Lyon Hartli (30 noyabr 1888, Sprukemont[d], Nevada – 1 may 1970, Sammit, Nyu Cersi və ya Nyu Cersi) — Amerikalı elektronika tədqiqatçısı. O, Hartley osilatorunu və Hartley transformasiyasını icad etdi və informasiya nəzəriyyəsinin əsasını qoydu.
The Half
The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 martdan başladıqları yolu 2021-ci il 9 iyulda sonlandırmışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur. "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazov da qrupa vokalist kimi qoşulmuşdur. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Musiqi qrupu 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdi. Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft.
Call-opsion
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Geomorfoloji Skil
Geotektonik skil
Sain (Nir)
Sain (fars. سايين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (50 ailə).
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çayf
Çayf ​​(Чайф), 1984-cü ildə Rusiyanın Sverdlovsk (indiki Yekaterinburq) şəhərində Vladimir Şakrin və Vladimir Begunov tərəfindən yaradılan bir rus rok qrupudur. Adları çay mənasını verən çay və kaif (jarqon sözü) mənasını verir. Qrup 1992-ci ildə Ne Speshi (Tələsməyin) və 17 kimi mahnıları ilə milli şöhrət qazandı. 1997-ci ilə qədər rok musiqisinin populyarlığı azaldı və şöhrətlərinin zirvəsindən daha kiçik yerlərdə oynayırdılar. Bir neçə albom buraxdılar və Rusiyada və keçmiş Sovet ölkələrində çox populyardırlar, lakin dünyanın qalan hissəsinə demək olar ki, məlum deyillər. Krımın Rusiya Federasiyası tərəfindən birləşdirilməsindən sonra, Çayf ​​Krım və Sverdlovsk vilayətindən nümayəndə heyətləri arasında keçirilən mədəni görüşdə iştirak etdi. Qrupun aparıcı müğənnisi Vladimir Şaxrin, Andrey Makareviçi Ukraynanın münaqişədə mövqeyini dəstəklədiyinə görə tənqid etdi.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Çalfi Martin
Çalfi Martin (ing. Martin Chalfie; 15 yanvar 1947[…], Çikaqo, İllinoys[…]), Çikaqo, İllinoys, — amerikalı neyrobioloq, Osamu Simomura və Rocer Tsen ilə birlikdə "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" 2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adını almışdır. Fəlsəfə doktoru, Kolumbiya Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının (2004-cü il) və ABŞ Milli Tibb Akademiyasının (2009-cu il) üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2018-ci il). == Bioqrafiyası == O, Rusiya imperiyasından olan yəhudi mühacirlərində kök salmış gitaraçı Eli Çalfi (1910–1996) və qalanteriya mağazasının sahibi Vivyen Fridlenin (1913–2005) ailəsində 1947-ci il yanvar ayının 15-ində anadan olmuşdur. Atasının valideynləri Benjamin və Ester Çalfi (Chalfie), Brest-Litovskdan Cincinnatiyə köçmüşdülər. Ana tərəfdən babası isə Meer Fridlen Moskva şəhərində anadan olmuşdur. Orta təhsilini Çalfi Martin Çikaqoda almışdır. Sonra Harvard Universitetini 1969-cu ildə bitirmişdir. Orada 1977-ci ildə neyrobiologiya üzrə doktorluq dərəcəsi almışdır. Hazırda Kolumbiya Universitetində biologiya professorudur.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.