Ralf Banç

Ralf Conson Banç (7 avqust 1904[1][2][…], Detroyt, Miçiqan[5]9 dekabr 1971[3], Nyu-York, Nyu-York ştatı) — 1940-cı illərin sonlarında Ərəb-İsrail qarşıdurmasının həllində vasitəçi olduğu üçün,1950-ci ildə Nobel Sülh mükafatı laureatı amerikalı politoloq, akademik və diplomat.

Ralf Banç
ing. Ralph Bunche
Doğum tarixi 7 avqust 1904(1904-08-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 dekabr 1971(1971-12-09)[3] (67 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti diplomat, politoloq
Mükafatları

Nobel mükafatı Nobel sülh mükafatı (1950-ci il)
Prezident Azadlıq medalı

(1963-cü il)
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu ada layiq görülən ilk afroamerikalı idi. Birləşmiş Millətlər Təşkilatının qurulması və idarə edilməsində iştirak etmiş və BMT-nin sponsorluğu ilə həyata keçirilmiş çoxsaylı sülhməramlı əməliyyatlarda böyük rol oynamışdır. 1963-cü ildə prezident Con Fitscerald Kennedi tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir.[6]

Banç,1944-cü ildə həm Beynəlxalq Sülh və Təhlükəsizlik Təşkilatı ilə bağlı Vaşinqton Söhbətlərində,həm də 1945-ci ildə BMT-nin nizamnaməsini hazırlayan BMT-nin San Fransisko Beynəlxalq Təşkilat Konfransında ABŞ nümayəndə heyətində vəzifə yerinə yetirdi. Banç,1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ilk iclasında Amerika nümayəndə heyətində iştirak etmişdir. 1948-ci ildə Misirlə İsrail arasında atəşkəs haqqında danışıqlar apararaq Orta Şərq üçün vasitəçi rolunu oynadı. Bu uğuruna görə 1950-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Sinay (1956),Konqo (1960),Yəmən (1963),Kipr (1964) və 1970-ci ildə Bəhreyndəki böhranların aradan qaldırılmasında yaxından iştirakçı olaraq,birbaşa BMT-nin baş katibinə hesabat verərək,Birləşmiş Millətlər Təşkilatında xidmətini davam etdirdi. Yaxın Şərqdəki su ehtiyatları ilə məşğul olan tədqiqat qruplarına da rəhbərlik etmişdir. 1957-ci ildə sülhməramlı rolları üçün başlıca məsuliyyət daşıyan xüsusi siyasi işlər üzrə katib müavini vəzifəsini tutdu. 1965-ci ildə HindistanPakistan arasındakı müharibədə atəşkəsə rəhbərlik etdi. 1971-ci ildə BMT-dən təqaüdə çıxdı.[7]

Bançın uşaqlığında Cənubi Los-Ancelesdə nənəsi ilə birlikdə yaşadığı ev.

Banç,1904-cü ildə Miçiqan,Detroyt şəhərində anadan olub və şəhərin İkinci Baptist Kilsəsində vəftiz olub. Atası Fred Banç bərbər,anası Zeytun Aqnes (əsl soyadı Conson) isə "böyük və istedadlı ailədən" olan həvəskar musiqiçi idi.[8] Qardaşları Çarli və Ethel Conson idi.[8]

Ana babası Tomas Nelson Conson, qarışıq irqli idi, Eleonora Maddenin oğlu idi. Eleonora, afro-amerikalı kölə ananın və İrlandiyalı əkinçi atanın qarışıq irqli qızı idi. Thomas Nelson Conson,1875-ci ildə İllinoys ştatının Alton şəhərindəki Şurtleff kollecindən məzun oldu və sonra orada müəllim olaraq çalışdı. 1875-ci ilin sentyabrında tələbələrindən Lusi Teylor ilə evləndi.[8]

Genealogist Paul Heyneq,Fred Bançın (və Ralf), ehtimal ki,ailənin Cənubi Karolina qolundan gəldiyini düşünür,ancaq bunun sübut olunmadığını qeyd edir. Detroyt şəhərindəki 1900 ve 1910-cu illər siyahıyalmasında,"Cənubi Karolinada anadan olan Banç ailəsinin bir neçə üzvünün siyahısının verildiyini,lakin Fred Bançın onların arasında olmadığını" söylədi. Bançın Amerika inqilabından əvvəl Virciniyada azad qaradərili insanlar olan Banç əcdadlarından gəldiyinə inanılır. XVIII əsrin sonlarında Cənubi Karolinada Banch soyadlı kişilər var idi. Banç soyadı olduqca nadir soyadlardan idi. Banç kişilərinin bir neçə nəsli,azad qaradərili kişilər,Britaniya adalarından olan azad qadın müstəmləkəçilərlə evləndilər,buna görə uşaqları da azad idi.[9]

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Ralf uşaqikən ailəsi,atasının iş axtardığı Ohayo ştatının Toledo şəhərinə köçdü. Bacısı Qreys dünyaya gəldikdən sonra 1909-cu ildə xalası Ethel Consonun köməyi ilə Detroyta qayıtdılar. Ataları Ohayodan qayıtdıqdan sonra ailəsi ilə birgə yaşamadı və ailəsinin maddi cəhətdən təminatçısı olmadı. Ancaq Nyu-Meksikoya köçdükləri zaman onlarla birgə getdi.[8]

Anası və əmisinin səhhətindəki nasazlığa görə Ralf,ana nənəsi Lusi Teylor Conson ilə birlikdə 1915-ci ildə Nyu-Meksiko,Albukerkeyə köçdü. Banç 13 yaşında ikən anası 1917-ci ildə öldü,əmisi üç ay sonra intihar etdi.[8]

1918-ci ildə Lusi Teylor Conson iki nəvəsi ilə birlikdə Cənubi Los-Ancelesin o vaxtlar daha çox ağlar yaşayan mərkəzi məhəlləsinə köçdü. Fred Banç daha sonra yenidən evləndi və Ralf onu bir daha görmədi.[8][10][11]

Banç,parlaq zəkası olan tələbə idi,bitirdiyi Cefferson liseyinin ən istedadlı şagirdlərindən idi. Los-Anceles,Kaliforniya Universitetinə daxil oldu və 1927-ci ildə sinifinin ən yüksək akademik nailiyyətlərə sahib olan olan tələbəsi olaraqdan summa cum laudePhi Beta Kappadan (ən qədim fəxri tələbə cəmiyyəti (əvvəlcə qardaşlıq)) məzun oldu.[12] Cəmiyyətdəki təhsil üçün topladığı puldan istifadə edirək,Harvard Universitetində məzun təqaüdü ilə siyasət elmləri doktoru dərəcəsi alır.

Harvardda yaşayışını təmin etmək üçün, Banç yerli kitab mağazasında iş axtardı. Sahibi ona part-time iş təklif etdi və Banç mağazanı,müdürünü də qane edərək yüksək səviyyədə idarə etdi. Bir gün sahibi onu ofisə çağırır və deyir: “İnsanlar mənə zənci olduğunu söyləyir. Amma mən deməzdim. Banç onun nə düşündüyünü soruşur. Sahibi cavabında: Səni kifayət qədər aydın görmədim deyə bildirir.[11]

Banç,tarixən qara dərililərin ali təhsil müəssisəsi olan Hovard Universitetinin siyasi elmlər bölməsində dərs deyərkən,1928-ci ildə siyasi elmlər üzrə magistr dərəcəsi və 1934-cü ildə doktorluq dərəcəsi alır. O vaxtlar doktorantların dissertasiyalarını bitirmədən müəllimliyə başlamaları səciyyəvi idi. Amerika universitetlərinin birindən siyasi elmlər doktoru dərəcəsi alan ilk Afroamerikalı idi. İlk kitabını,World View of Race ı,1936-cı ildə nəşr etdirdi.[8] 1936-1938-ci illərdə Ralf Banç London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində,daha sonra Cənubi Afrikadakı Keyptaun Universitetində antropologiya üzrə araşdırmalar aparmışdır.

Banç iyirmi ildən çox müddətdə (1928-1950) Hovard Universitetində siyasi elmlər bölməsinin müdiri vəzifəsində çalışmış və burada bir çox tələbələr yetişdirmişdir. Harvard Universitetinin (1960-1965) alma-mater nəzarəti şurasının üzvü,Beynəlxalq Təhsil İnstitutunun idarə heyətinin üzvü və Oberlin Kollecinin,Linkoln Universitetinin və Yeni Linkoln Məktəbinin qəyyumu idi.

II Dunya müharibəsi illəri

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə Banç araşdırmaçı və yazıçı olaraq, İsveç sosioloqu Qunnar Myurdalın ABŞ-da irqi dinamikanın araşdırmasına,Amerikan Dilemmasına öz töhfəsini verdi.

1941-43-cü illərdə Banç müharibə vaxtı kəşfiyyat xidməti olan Strateji Xidmətlər Bürosunda müstəmləkə işləri üzrə baş sosial analitik olaraq çalışdı. 1943-cü ildə Strateji Xidmətlər Bürosundan Dövlət Departamentinə keçirildi. Eldjer Hissin yanında Müstəqil Bölgə İşləri Bölməsinin Müdir Köməkçisi təyin edildi. Eldjer Hiss ilə yanaşı Banç Sakit Okean Münasibətləri İnstitutunun liderlərindən biri oldu. 1945-ci il Birləşmiş Millətlər Təşkilatının San Fransisko Konfransının ilkin planlaşdırmasında iştirak etdi. 2008-ci ildə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi onun Strateji Xidmətlər Bürosundakı qeydlərinin 51 səhifəli PDF sənədini onlayn yayımladı.[13]

Birləşmiş Millətlər

[redaktə | mənbəni redaktə et]

1944-cü ildə II Dünya müharibəsinin yaxınlığında Banç,Vaşinqtonda keçirilən Dumbarton Oaks Konfransında Birləşmiş Millətlər Təşkilatının planlaşdırılmasında iştirak etdi. 1945-ci ildə rəhbər sənəd hazırlandığı zaman Birləşmiş Millətlər Təşkilatının "Nizamnamə Konfransı" üçün ABŞ nümayəndə heyətinin müşaviri idi. Banç, birinci xanım Eleonora Ruzvelt ilə birlikdə İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi hazırlanmasında və qəbul edilməsində böyük rol oynadı. Banç afroamerikalıları BMT mövqelərini tutmağa çağırdı. "Zəncilər məşğul olmalı və Birləşmiş Millətlər Təşkilatının qurulmasında bəzi iş yerlərini əldə etməyə hazırlaşmalı idi" dedi. "Hər cür iş olacaq və zəncilər bütün səviyyələrdə iş tapmağa çalışmalıdırlar. İndi hansısa təşkilat bunun üzərində işləməli idi.[14]"

Birləşmiş Millətlər Təşkilatının "Ralf Banç: Barış üçün Vizyoner" sənədinə görə,Birləşmiş Millətlər Təşkilatında 25 illik xidməti dövründə:

... irqindən və inancından asılı olmayaraq hər kəs üçün bərabər hüquq prinsipini müdafiə etdi. Bütün insanların əsas yaxşılığına və insanlar arasındakı münasibətlərdə heç bir problemin həll olunmadığına inanırdı. BMT-nin Qəyyumluq Şurası vasitəsi ilə Banç, sürətli bir dönüşüm dövrü üçün beynəlxalq səhnəyə hazırlaşdı,AfrikaAsiyadakı köhnə müstəmləkə sistemlərini dağıtdı və müharibədən sonrakı dövrdə müstəqilliyə keçid yolu ilə inkişaf etməkdə olan xalqların çoxunun dəstəkçisi oldu.

Ərəb-İsrail qarşıdurması və Nobel Sülh mükafatı

[redaktə | mənbəni redaktə et]

1947-ci ildən başlayaraq Banç,Fələstindəki Ərəb-İsrail qarşıdurmasını həll etməyə çalışdı. Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Xüsusi Komitəsinin köməkçisi və daha sonra BMT Fələstin Komissiyasının baş katibi vəzifələrində çalışdı. 1948-ci ildə BMT tərəfindən münaqişəyə vasitəçilik etmək üçün təyin olunmuş İsveç qrafı Folk Bernadottenin baş köməkçisi olaraq Orta Şərqə getdi. Bu adamlar bazaları və iş qərargahları üçün Rodos adasını seçdilər. 1948-ci ilin sentyabrında Bernadotte,Yitzhak Şamirin rəhbərlik etdiyi yeraltı Yəhudi Lehi qrupunun üzvləri tərəfindən Qüdsdə öldürüldü.

Sui-qəsddən sonra Banç BMT-nin baş vasitəçisi oldu;Rodosla bağlı bütün gələcək danışıqları aparırdı. İsrailin nümayəndəsi Moşe Dayan idi; xatirələrində Banç ilə apardığı həssas danışıqların çoxunun,bilyard masası arxasında aparıldığını bildirdi. Optimist olaraq Banç yerli bir dulusçuya danışıqlar apardığı hər bir nümayəndənin adını daşıyan unikal xatirə lövhələri yaratmağı tapşırdı. Saziş imzalandıqda Banç bu hədiyyələri təqdim etdi. Moşe Dayan əlini uzatdıqdan sonra Bançdan,heç bir razılıq alınmasa nə ola biləcəyini soruşdu. "Lənətə gəlmiş başlarınızın üzərindəki lövhələri sındırardım" deyə Banç cavab verdi. 1949-cu il Sülh Sazişlərinə nail olduğuna görə Banç 1950-ci ildə Nobel Sülh mükafatını aldı. Konqo,Yəmən,KəşmirKipr də daxil olmaqla digər çəkişmələr yaşanan bölgələrdə vasitəçilik edərək Birləşmiş Millətlər Təşkilatında çalışmağa davam etdi. Banç,1968-ci ildə BMT baş katibinin müavini təyin edildi.

Vətəndaş Hüquqları Hərəkatı

[redaktə | mənbəni redaktə et]
Banç İsrailin baş naziri Levi Eşkol ilə (1966-cı il)

Banç,ABŞ-da Vətəndaş Hüquqları hərəkatının ən fəal tərəfdarlarından idi. Martin Lüter Kinqin 1963-cü il mart ayında"Mənim bir arzum var" nitqini söylədiyi Vaşinqton yürüşündə və 1965-ci ildə Alabamadakı Montabomeriyə Selma yürüşündə iştirak etdi. 1965-ci ildəki səsvermə hüquqları qanununun qəbul edilməsinə və səsvermə hüquqlarının federal icrasına kömək etmişdir.[15]

Banç,1953-cü ildən ölümünə qədər Nyu-Yorkun Kuins şəhərindəki Kyu Qadınz məhəlləsində Nobel sülh mükafatından əldə etdiyi pulla aldığı evdə yaşadı.[16] Digər qara dərililər kimi,Banç da ABŞ-da və bəzən öz qonşuluğunda irqçiliyə qarşı mübarizəsinə davam etdi. 1959-cu ildə o və oğlu Ralf Kuinsin Forest Hills məhəlləsindəki Vest Side Tennis klubuna üzv olmaqdan imtina etdilər.[17] Məsələ mətbuatda işıqlandırılandan sonra, klub Bançları üzr istəməyə dəvət etdi. Onları rədd edən məmur istefa verdi. Banç,irqi bərabərliyə əsaslanmadığını və yalnız şəxsi nüfuzuna əsaslanan bir istisna olduğunu söyləyərək təklifi rədd etdi.[10]

Banç heç vaxt kommunist və ya marksist olmadı və bunun qarşılığında Sovet tərəfdarı mətbuatın çox ağır hücumlarına məruz qaldı.[18]

Evliliyi və ailəsi

[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Hovard Universitetində dərs deyərkən Banç tələbələrindən biri Rut Harris ilə tanış oldu. Daha sonra görüşməyə başladılar və 23 iyun 1930-cu ildə evləndilər. Cütlyün üç övladı var: Con Harris Banç (1931-ci il),Ceyn Conson Banç(1933-cü il) və kiçik Ralf Banç (1943-cü il).[8] Nəvəsi III Ralf Banç,dünya miqyasında təmsil olunmayan və kənarda qalan millətlərin və xalqların səsini dünyaya çatdırmaq üçün qurulmuş beynəlxalq təşkilat olan Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının baş katibidir.

9 oktyabr 1966-cı ildə qızı Ceyn Banç Pyers Bronks şəhəri Riverdeyldəki yaşayış binasının damından yıxılaraq,öldü; onun ölümünün intihar olduğu düşünülürdü..[8] O,heç bir intihar məktubu qoymamışdı. Kornell Universiteti məzunu və əmək münasibətləri üzrə icraçı direktor olan həyat yoldaşı Burton Pyers ilə 3 övladı var. Onların mənzili binanın ikinci mərtəbəsində idi.[19]

Ralf Bançın məzarı

Banç,səhhətindəki nasazlıq səbəbiylə BMT-dəki vəzifəsindən istefa verdi,lakin BMT baş katibi Yu Santın tezliklə geri dönə biləcəyi ümid edildiyi üçün bu açıqlanmadı. Səhhətində heç bir irəliləyiş olmadı və Banç 9 dekabr 1971-ci ildə 67 yaşında öldü. Nyu-Yorkun Bronks şəhərindəki Vudloun qəbiristanlığında dəfn edilmişdir.

  • 1949-cu ildə Qara dərililərin Milli Assosasiyasının Spinqarna medalı ilə təltif edildi.[20]
  • 1950-ci ildə Fələstindəki Ərəb-İsrail münaqişəsinin həllindəki səylərinə görə Nobel sülh mükafatına layiq görüldü.
  • 1951-ci ildə Banç, Amerika kəşfiyyatçılığı və dünya üçün xoşməramlı işlərinə görə Amerikanın Boy Skautları tərəfindən Gümüş Buffalo mükafatına layiq görülmüşdür.[21]
  • 2002-ci ildə alim Molef Kit Asante Ralf Bançı 100 Ən Böyük Afroamerikalı siyahısına daxil etdi.[22]
  • 2004-cü ildə Ralf Banç, sonra Strateji Xidmətlər Cəmiyyətinin Uilyam Jozef Donovan mükafatına layiq görüldü.
  • Los-Anceles Kaliforniya Universiteti təqaüdü onun adına təyin edilib.[23] Los-Anceles Kaliforniya Universiteti Məzunları Dərnəyinin Məzun Alimlər Klubundakı Ralf Banç komitəsi onun adını daşıyır.[24]
  • Kolbi Kolleci təqaüdü onun adına təyin edilib.[25]
  • 11 fevral 1972-ci ildə Detroytda doğulduğu yer Miçiqan Tarixi bölgəsi siyahısına salındı. Xanım Rut Banç 27 aprel 1972-ci ildə tarixi bir obyektin açılışında iştirak etdi.[11][26]
  • 12 yanvar 1982-ci ildə Amerika Birləşmiş Ştatları Poçt Xidməti onun şərəfinə Böyük Amerikalılar seriyası 20 ¢ poçt markasısını buraxdı.
  • 1996-cı ildə Hovard Universiteti beynəlxalq əlaqələr mərkəzini,fiziki obyekt və əlaqəli inzibati proqramlar,Ralf Banc Beynəlxalq Əlaqələr Mərkəzi adlandırdı. Mərkəz mühazirələrin və beynəlxalq mərkəzli proqramların yeridir.[27]
  • Merilenddəki Anne-Arandel dairəsində Ralf Banç adına orta məkt
Bançın bir neçə iqamətgahı ABŞ Tarixi Yerlərinin Milli Reyestr xidmətində qeydiyyatdan keçmişdir:
Ad Yer İl Qeydlər
Ralf Banç Evi Los-Anceles 1919–1928 Cənubi Los-Ancelesdəki Los-Anceles Tarixi-Mədəniyyət Abidələrinin siyahısı
Ralf Banç Evi (Vaşinqton) Vaşinqton şəhəri 1941–1947 Banç üçün tikilmişdir.[29]
Nyu-York,Kuins bölgəsi,Parkvey qəsəbəsi Nyu-York,Kuins 1947–1952 BMT işçiləri üçün tikilmiş yaşayış kompleksi.[29]
Ralf Conson Bançın Evi Nyu-York,Kuins 1952–1971 ABŞ Milli Tarixi abidəsi və Nyu-York şəhəri abidəsi.[29]
  • Bunche, Ralph. A World View of Race. Bronze Booklet Series. Washington, D.C.: Associates in Negro Folk Education. 1936. ASIN B004D6VKAQ. Reprint, Port Washington: Kennikat Press, 1968; excerpt in Ralph Bunche: Selected Speeches and Writings, edited by Charles P. Henry
  • Bunche, Ralph. Grantham, Dewey W. (redaktor). The Political Status of the Negro in the Age of FDR. Chicago: University of Chicago Press. 1973. ISBN 978-0-226-08029-1. Edited with an Introduction by Dewey W. Grantham. A version of a Ralph Bunche 1941 research memorandum prepared for the Carnegie-Myrdal study, The Negro in America
  • Bunche, Ralph. Holloway, Jonathan Scott (redaktor). A Brief and Tentative Analysis of Negro Leadership. New York: New York University Press. 2005. ISBN 978-0-8147-3684-5. edited with an Introduction by Jonathan Scott Holloway, A version of The Negro in America
  • Edgar, Robert R., redaktorAn African American in South Africa: The Travel Notes of Ralph J. Bunche, September 28, 1937 – January 1, 1938. Athens: Ohio University Press. 1992. ISBN 978-0-8214-1394-4.
  • Henry, Charles P., redaktorRalph J. Bunche: Selected Speeches and Writings. Ann Arbor: University of Michigan Press. 1995. ISBN 978-0-472-10589-2.
  • Ben-Dror, Elad. Ralph Bunche and the Arab-Israeli Conflict: Mediation and the UN 1947–1949. Routledge. 2015. ISBN 978-1-138-78988-3.
  1. 1 2 Utter G. H. Bunche, Ralph J. // American Political Scientists (ing.): A Dictionary. 2 Greenwood Publishing Group, 2002. ISBN 978-0-313-31957-0
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  4. 1 2 3 4 Utter G. H. American Political Scientists (ing.): A Dictionary. 2 Greenwood Publishing Group, 2002. ISBN 978-0-313-31957-0
  5. 1 2 https://www.nobelprize.org/prizes/peace/1950/bunche/biographical/.
  6. Urquhart, Brian. Ralph Bunche: an American life. 1998. səh. 25. ISBN 978-0-393-31859-3. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  7. Bruce W. Jentleson and Thomas G. Paterson, eds. Encyclopedia of US foreign relations. (1997) 1:191
  8. 1 2 3 4 5 6 7 8 9 "Ralph J. Bunche". Gale Cengage Learning. 2013-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-15.
  9. Paul Heinegg. "Bunch Family". Free African Americans in Virginia, North Carolina, South Carolina, Maryland and Delaware. 1995–2005. 2010-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03. Heinegg and other researchers have found that, as in the case of the Bunch descendants, most such free families were descended from unions of white women, free or indentured servants, with African men, free, indentured or slaves, as the colonial working class intermarried. Their children were free because of being born to free white women, under the colony's law of partus sequitur ventrem.
  10. 1 2 Robert D. McFadden. "Dr. Bunche of U.N., Nobel winner, Dies". New York Times. nytimes.com. December 10, 1971. August 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2010.
  11. 1 2 3 Laurie J. Marzejka. "Michigan History: Dr. Ralph Bunche—from Detroit to the world stage". The Detroit News. detnews.com. August 29, 1997. July 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 22, 2010.
  12. "Nobel Laureates Who Are BK Members" (PDF). 2009. September 9, 2015 tarixində arxivləşdirilib (PDF).
  13. "Digital Copies of Selected OSS Personnel Files – Bunche, Ralph" (PDF). Archives.gov. National Archives and Records Administration. August 2008. 2013-02-25 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  14. Brenda Gayle Plummer. Rising Wind: Black Americans and U.S. Foreign Affairs, 1935–1960. 1996. səh. 122. ISBN 978-0-8078-4575-2. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  15. "Dr. Martin Luther King Jr. and Dr. Ralph J. Bunche: Nobel Peace Prize Winners Whose Paths Converge". Black Collegian. 2005. February 20, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-03.
  16. Rimer, Sara. "From Queens Streets, City Hall Seems Very Distant". The New York Times. 1989-10-19. İstifadə tarixi: 2007-11-13.
  17. "New York Tennis Club Bars Jews and Negroes; President "explains" Ban". Jewish Telegraphic Agency (ingilis). 1959-07-09. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03.
  18. Brian Urquhart. Ralph Bunche: An American Life. 1998. 249–251. ISBN 978-0-393-31859-3. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
  19. "Ralph Bunche's Daughter Falls to Death". The Park City Daily News (Bowling Green, Kentucky). March 10, 1966. səh. 3. August 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2010.
  20. "NAACP Spingarn Medal". July 7, 2010 tarixində arxivləşdirilib.
  21. "Silver Buffalo Award Winners 1959–1950". Boy Scouts of America.[ölü keçid]
  22. Asante, Molefi Kete. 100 Greatest African Americans: A Biographical Encyclopedia. Amherst, New York: Prometheus Books. 2002. səh. 345. ISBN 978-1-57392-963-9.
  23. "Prospective Students". alumni.ucla.edu (ingilis). Bunche Alumni Scholarships. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.
  24. "Student Alumni Association". alumni.ucla.edu (ingilis). 2011-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.
  25. "Ralph J. Bunche Scholar Program | Pugh Center". Colby College (ingilis). 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.
  26. "Ralph J Bunche Birthplace". Michigan State Housing Development Authority. November 22, 2012 tarixində arxivləşdirilib.
  27. "About the Ralph J. Bunche International Affairs Center". Howard University. 2001. June 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 30, 2010.
  28. "Bunche Beach". 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
  29. 1 2 3 "Ralph Bunche House" (PDF). New York City Landmarks Preservation Commission. June 12, 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 2, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]