Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camalxan təpəsi
Camalxan təpəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alqasımlı və Şiləvəngə kəndləri arasındakı ərazidə yerləşən arxeoloji abidə. == Haqqında == Camalxan təpəsinin hündürlüyü 2,5 - 3 metr, diametri 150 km.-dir. 1970-ci illərdə burada təlim-məşq keçirən hərbçilər səngərlər qazmış və abidəni ciddi zədələmişlər. Təpənin özündən və onun ətrafından X-XII əsrlərə aid müxtəlif təyinatlı şirli və sadə qabların fraqmentləri, tikinti qalıqları tapılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild.
Camalxan bəy Hüseynbəyov
Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov (1808 – 15 fevral 1864) — Qarabağ atlı alayın naibi, mülkədar == Həyatı == Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizaq-Cəbrayıllı mahalının Hüseynbəyli оbasında dünyaya gəlmişdi. Mоlla yanında оxumuşdu. Rus оrdusunda, Qarabağ atlı alayında, 3-cü yüzlüyün sultanı vəzifəsində xidmət etmişdi. 11 yanvar 1829-cu ildə Prapоrşik rütbəsi almışdı.Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı оbalara, Cilən adlı kəndə yiyələnmişdi. Hacı Camalxan bəy Hüseynbəyov 15 fevral 1864-cü ildə vəfat edib. == Mükafatları == Camalxan bəy Hüseynbəyov 11 yanvar 1829-cu ildə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə, 7 fevral 1856-cı ildə Müqəddəs Stanislav ordeni ilə və qılıncla təltif olunmuşdu. == Ailəsi == Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsənəli bəy, Hüseynəli bəy adlı оbaları vardı.
Təzəkənd-i Camalxan (Urmiya)
Təzəkənd-i Camalxan (fars. وتازه كندجمال خان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (10 ailə).
Camaldın
Camaldın (əvvəlki adı: Camaldin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Camaldin Camaləddin şəxs adının təhrifə uğramış forması hesab olunur. Əslində, Camal (şəxs adı) və din/ dın (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, adını Camal yaylağının adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə XII əsrə aid Əliməmməd ibadətgahı var. == Coğrafiyası və iqlimi == Kənd Əlincəçayın sahilində, dağ ətəyində yerləşir. == Əhalisi == Əhalisi 1464 nəfərdir. === Şəhidləri === Şamil Babayev (26 yanvar 1988; Camaldın, Culfa rayonu — 8 noyabr 2020; Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, Vətən müharibəsinin şəhidi Hafis Qasımov (18 iyul 1998; Camaldın, Culfa rayonu — 14 oktyabr 2020; Füzuli rayonu,) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Mirəyyub Seyidov (1 yanvar 1966; Camaldın, Culfa rayonu — 23 iyul 1992) Sədərək döyuşlərində "Miltəpə" yüksəkliyində şəhid olub.
Cavadxan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə general Pavel Sisiyanovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu.
Mamalan
Mamalan (az.-əbcəd مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Camaldin nekropolları
Camaldin nekropolu I- Culfa rayonunda eyniadlı kəndin cənubunda, düzənlik ərazidə antik dövrə aid arxeoloji abidə. 1989-cu ildə tikinti işləri görülərkən aşkar olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dağıdılmış küp qəbirlərdən üç gil və bir şüşə qab əldə olunmuşdur. Küp qəbirlərin yuxarı hissəsi və oradakı skeletlər tamamilə dağıdılmışdır. Ağzı iri sal daşlarla bağlanmış küp qəbirlər cənub və cənub-qərb istiqamətinə yönəldilmiş şəkildə idi. Axtarışlar zamanı Camaldin nekropolundan daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirdə kəlləsi cənub-qərbə olmaqla sağ böyrü üstdə bükülü vəziyyətdə skelet olmuşdur. Skeletin əl barmaqlarından birində tunc üzük, boyun tərəfindən isə xeyli şəvə və serdolik muncuqlar tapılmış, kəllə sümüyünün üst tərəfində bir-birinin üzərinə qoyulmuş iri balıqqulaqları aşkar olunmuşdur.Camaldin nekropolu II - Culfa rayonunda eyni adlı kəndin şimal şərqində, uzunsov təpənin üzərində orta əsrlərə aid arxeoloji abidə.Qəbirlər qərb-şərq istiqamətində olub düzbucaqlı formadadır. Əksəriyyətinin baş daşıları saxlanmış, üzəri daş yığıntıları ilə örtülmüşdür. Axtarışlar nəticəsində müxtəlif ölçülü bişmiş kərpiclərə, çəhrayı rəngli şirsiz gil qab qırıqlarına təsadüf edilmişdir.
Camaldın karvansarası
Camaldın karvansarası — Naxçıvanda ən qədim karvansaralardan biri. Culfa rayonunun Camaldın kəndi ərazisində olmuşdur. "Naxçıvan Abidələri Ensiklopediyası"nda verilən məlumatdan aydın olur ki, tarixi XII–XVII əsrlərə aid edilən bu karvansara 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır. Haçadağ karvansarası. Haçadağ (İlandağ) ətrafından keçən karvan yollarını öyrənərkən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaraylardan biri də hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansaradır. Tədqiqatçı tikiliş üslubunu nəzərə alaraq bu karvansaranın XVI əsrdə tikilməsi qənaətinə gəlmişdir.
Camaldın karvansarayı

Camaldın nekropolları
Camaldin nekropolu I- Culfa rayonunda eyniadlı kəndin cənubunda, düzənlik ərazidə antik dövrə aid arxeoloji abidə. 1989-cu ildə tikinti işləri görülərkən aşkar olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dağıdılmış küp qəbirlərdən üç gil və bir şüşə qab əldə olunmuşdur. Küp qəbirlərin yuxarı hissəsi və oradakı skeletlər tamamilə dağıdılmışdır. Ağzı iri sal daşlarla bağlanmış küp qəbirlər cənub və cənub-qərb istiqamətinə yönəldilmiş şəkildə idi. Axtarışlar zamanı Camaldin nekropolundan daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirdə kəlləsi cənub-qərbə olmaqla sağ böyrü üstdə bükülü vəziyyətdə skelet olmuşdur. Skeletin əl barmaqlarından birində tunc üzük, boyun tərəfindən isə xeyli şəvə və serdolik muncuqlar tapılmış, kəllə sümüyünün üst tərəfində bir-birinin üzərinə qoyulmuş iri balıqqulaqları aşkar olunmuşdur.Camaldin nekropolu II - Culfa rayonunda eyni adlı kəndin şimal şərqində, uzunsov təpənin üzərində orta əsrlərə aid arxeoloji abidə.Qəbirlər qərb-şərq istiqamətində olub düzbucaqlı formadadır. Əksəriyyətinin baş daşıları saxlanmış, üzəri daş yığıntıları ilə örtülmüşdür. Axtarışlar nəticəsində müxtəlif ölçülü bişmiş kərpiclərə, çəhrayı rəngli şirsiz gil qab qırıqlarına təsadüf edilmişdir.
Camayran (Ərdəbil)
Camayran (fars. جمايران‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (60 ailə).
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Cavadxan (dəqiqləşdirmə)
Cavad xan
Cavadxan dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012 Aprelin 4-də sökülüb və yerində yenisi tikilib.Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstəririb.Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmülmüş. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.
Cavadxan Qasımov
Cavadxan küçəsi
Cavad xan
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Çalxan kəndi
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. == Ümumi məlumat == Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Çalxan kənd yaşayış yeri