Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
CamelCase
CamelCase (Dəvə registri, Dəvə üslubu) — bir neçə sözdən ibarət ifadənin hər bir sözünün baş hərflə yazılmaqla bitişik yazılış üslubu. İfadənin daxilindəki baş hərflər dəvə hörgücünü xatırlatdığından belə üslub CamelCase adını alıb. CamelCase yazılışına örnəklər: BackColor, backColor, CamelCase. CamelCase proqramlaşdırma dillərində geniş istifadə olunur: Java dilində sinifləri adlandırmaq üçün UpperCamelCase, siniflərin nüsxələrini və metodları adlandırmaq üçün isə lowerCamelCase yazılışı tətbiq olunur. Microsoft.NET-də sinifləri və metodları adlandırmaq üçün принято использовать UpperCamelCase yazılışı tətbiq olunur. Layihənin ölçüsü çox da böyük olmadıqda proqramın kodunda CamelCase üslubundan istifadə olunması proqramçının şəxsi zövqü ilə müəyyən olunur. Böyük layihələrdə isə, adətən, layihənin bütün iştirakçıları üçün adların (dəyişənlərin, funksiyaların, konstantların və s.) yaradılması qaydalarını müəyyənləşdirən xüsusi sənəd olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Camelidae
Dəvəkimilər (lat. Camelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Famil Camalzadə
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Seyid Məhəmmədəli Camalzadə
Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə (13 yanvar 1892, İsfahan – 8 noyabr 1997, Cenevrə) — İran yazıçısı və tarixçisi. Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi. Misirdən keçərək Parisə getmişdi. İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu. İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi. Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi.