Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cambage
Riçard Haynd Kembic (ing. Richard Hind Cambage; 7 noyabr 1859, Yeni Cənubi Uels – 28 noyabr 1928, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Haynd Kembic akasiya və evkalipt üzrə ixtisaslaşmışdır. == Əsərləri == Cambage, R.H. Notes on the botany of the interior of New South Wales. — Sydney, 1903. — 133 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia cambagei R.T.Baker, 1900 Şablon:Bt-latrlatazus Kunzea cambagei Maiden & Betche, 1913 Loranthus cambagei Blakely, 1923 [≡ Amyema cambagei (Blakely) Danser, 1929] Pultenaea cambagei Maiden & Betche, 1908 [≡ Almaleea cambagei (Maiden & Betche) Şablon:Crisp & P.H.Weston, 1991] == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [англ.]. — Ed. 2. — Königstein, 1995.
Carna Dara Çovduri
Carna Dara Çovduri (d. 15 oktyabr 1938 – ö. 27 iyun 2019) — Banqladeş sosial aktivisti. == Karyerası == Çovduri Noaxali rayonunda yerləşən Qandi Aşram vəqfinin katibi olmuşdur.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Caravə
Caravə — xristianlığı qəbul etmiş köçəri bəbrər zənata qəbilə konfederasiyası idi. Onlar VII əsrdən əvvəl və həmin əsrdə Afrikanın şimal-qərbində hökmranlıq edirdi. Kraliça Dihyənin rəhbərliyi altında qəbilə VII əsrin sonlarında Əməvilərin işğalına qarşı bərbər müqavimətinə rəhbərlik etmişdir.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 219 nəfər təşkil edir.
Canağa (Qoşaçay)
Canağa (fars. جان اقا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Açırlı kəndistanında, Marağa şəhərindən 61 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 273 nəfər yaşayır (66 ailə).
Sarnaq (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Xani Çarbağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Çardaq gölü
Acıgöl (Çardaq gölü) — Türkiyənin Afyonkarahisar və Dənizli vilayətləri ərazisində yerləşən göl. Dənizli vilayətinin ən böyük gölü olan Acığölün ümumi sahə 41,5 km²-dir. Bunun 20 km²-i Afyonkarahisar vilayətinin Başmaqçı və Dazkırı mahalları ərazisinə düşür. Gölün dərinliyi 150 sm ilə 210 sm arasındadır. Yaz mövsümündə suyu azalır, bəzən isə tamam quruyur. Göl öz suyunu ətrafdakı dərələrdən axan kiçik bulaqlardan və Gəmiş bulağından alır. Adından da aydın olduğu kimi gölün suyu acıdır və burada heç bir canlı orqanizm yaşamır. Gölün suyundan natrium sülfat (Na2SO4.10 h2O) əldə edilir. Gölün şərqində yerləşən dağlarda durna, çöl ördəyi, çöl qazı və flaminqo kimi köçəri quşlara rast gəlmək olar. Acığöl Türkiyənin natrium sulfat ehtiyatlarına malik ən böyük, dünyanın isə ikinci böyük gölüdür.
Çarnal kərtənkələsi
Çarnal kərtənkələsi (lat. Darevskia dryada) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçüyə malik olan kərtənkələ olaraq 70 mm uzunluğa malikdir. Quyruğu iki dəfə uzundur. Boğaz nahiyəsində 23-27 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində isə 51-59 arasında dəyişir. Bədəninin yuxarı və quyruğunun qutaracağı ot-yaşılı (erkəklərdə), qəhvəyinin müxtəlif çalarlarında (dişilərdə) olur. Qarın nahiyəsi parlaq-sarı rəngə çalır. Üzərində qara və mavi nöqtələr vardır. == Yayılması == Acarıstanın cənub-qərbində, Türkiyənin şimal-şərq ərazilərində yayılmışdır.
Çartağ (Marağa)
Çartağ — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsində, Səracu kəndistanında, Marağa şəhərindən 17 km simal-qərbdədir.
Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.
Pişik caynağı otu
Pişik caynağı və ya Keçətük unkariya (lat. Uncaria tomentosa) — boyaqotukimilər fəsiləsinin unkariya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Cənubi Amerikada bitən pişik caynağı bitkisi xərçəng xəstəliyinin müalicəsində istifadə olunurdu. Bu bitki xlorogen turşusu, rutin və epikatenin maddələri ilə zəngindir, hansılar ki xərçəng əleyhinə xassələrə malikdirlər: immun sisteminin stimullaşması və xərçəng hüceyrələrinin çoxalmasını bloklaşdırır. Antioksidantdır, orqanizmlə əlaqəyə girən sərbəst radikalları və toksinləri məhv edir. İltihab əleyhinə təsirə malikdir, çünki qorxulu nüvə faktoru NF-kB qarşısını alır. Pişik caynağı DNT tərkibinin dəyişməsini stimullaşdırır və kimyaterapiya kursundan sonra leykositləri bərpa edir. Bu bitki kimyaterapiyadan sonra yaranan yan təsirləri – qusmanı və çəkinin azalmasına kömək edir. Tərkibində pişik caynağı bitkisi olan dərmanları və ya dəmləmələri qəbul etmək olar. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı bitkinin kökünü bir fincan suda dəmləməli və 15 dəqiqə gözləmək lazımdır.
Çanaq (Kəleybər)
Çanaq (fars. چناق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Çanaq (anatomiya)
Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur. == Çanaq boşluğu == Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz - qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsi ilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür: yuxarı, geniş hissə - böyük çanaq (lat. pelvis major); aşağı dar hissə - kiçik çanaq (lat. pelvis minor). Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat.
Çanaq (dəqiqləşdirmə)
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq (Əhər)
Çanaq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsində, Gərmadüz kəndistanında, Kəlibər qəsəbəsindən 36 km simal-şərqdədir.
Çanaq sümüyü
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Xani Çarbağ vulusvalisi
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Çardağ yaşayış yeri
Çаrdаğ yаşаyış yеri — Оrdubаd rаyоnundаn şərqdə yеrləşir. Tikintilər tаmаmilə dаğılmış vəziyyətdədir. Yаşаyış binаlаrının yеrində yаlnız dördkünc fоrmаlı dаş yığınlаrı qаlmışdır. Tikinti mаtеriаlı kimi çаy dаşı, möhrə və kərpicdən istifаdə еdilmişdir. Bəzi binаlаrın yеrində dördkünc fоrmаlı çаlаlаr qаlmışdır. Tikinti mаtеriаlı kimi çаy dаşı, möhrə və çiy kərpicdən istifаdə еdilmişdir. Yаşаyış yеrindən əldə еdilən yеrüstü аrхеоlоji mаtеriаllаr Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı ilə təmsil оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən, аbidəni XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.