Caynaqdaşıyıcılar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi.
Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır.