Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ueyd Load (personaj)
Ueyd Load (ing. Wade Load) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Serialın başlanğıcında təxminən 10 yaşındadır və digər personajlar kimi sonrakı seriyalarda yaşlanır. Ueyd dahi və kompüter ustasıdır. Ueyd 8 ayda lisey və kolleci bitirmişdir. Onun boyu cəmi 112 sm-dir. Qara gözlüdür. Çəkisi 178 kq-dır. Afrika-Amerika qarışığıdır. Bəzi insanlara vəzifələrində çox köməkçi olar.
Steins;Gate: Load Region of Déjà Vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 218 nəfərdir. Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Cat
Cat — faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Con Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Con Loud
Con Loud (2 noyabr 1844, Ueymut[d], Massaçusets – 10 avqust 1916, Ueymut[d], Massaçusets) — Amerikalı ixtiraçı, ilk şarik qələminin ixtirası ilə məşhurdur. Con Loud 1844-cü ildə Massaçusets ştatının Veymut şəhərində Con Uayt Loud və Sarah Humfri Blançardın ailəsində anadan olmuşdur. O, Veymutda məktəbə getdi, Weymouth Liseyini bitirdi və sonra Harvard Kollecinə daxil oldu və 1866-cı il sinfində hüquq fakültəsini bitirdi. 2 fevral 1872-ci ildə Suffolk County Barına təyin edildi. Daha sonra Jewell, Gaston və Field-də hüquq məktəbinə getdi, lakin daha sonra atasının bankçılıq peşəsinə qoşulmağa qərar verdi. 1871-ci ildə atasının yanına getdi və İttifaq Milli Bankında kassanın köməkçisi kimi işləməyə başladı. 1874-cü ildə atasının ölümündən sonra Loud kassir vəzifəsini tutdu və bu vəzifəni 1895-ci ildə səhhətinə görə istefaya gedənə qədər tutdu. 1888-ci il oktyabrın 30-da amerikalı bank işçisi Con Loud " taxta, kobud qablaşdırma kağızı və başqaları kimi kobud səthlərə " yaza bilən qələm üçün patent aldı. Patentdə o qeyd etdi: Mənim ixtiram, digər məqsədlərlə yanaşı, taxta, kobud bükmə kağızı və adi qələmdən istifadə edilə bilməyən digər məhsullar kimi kobud səthlərdə işarələmə üçün xüsusilə faydalı olan təkmilləşdirilmiş rezervuar və ya fontan qələmdən ibarətdir. İçindəki mürəkkəb bir sıra kiçik toplarla dəstəklənən "işarələmə kürəsi" ilə səthə verilirdi.
Jon Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Lord Kelvin
Vilyam Kelvin (26 iyun 1824[…], Belfast – 17 dekabr 1900[…]) — ingilis fiziki, Vilyam Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biri. 1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Lord Palmerston
Lord Palmerston (ing. Henry John Temple, 3rd Viscount Palmerston; 20 oktyabr 1784 - 18 oktyabr 1865) — ingilis dövlət xadimi və diplomatıdır, iki dəfə İngiltərənin xarici işlər naziri, sonra daxili işlər naziri və nəhayət, baş naziri olmuşdur. Palmerston ingilis burjuaziyasının yırtıcılıaq səylərinin sədaqətli ifadəçisi idi. O, ingilis burjuaziyasının qəsbkarlığı mənafeinə xidmət etdiyini "mədəniyyəti qorumaq" haqqında ibarəli sözlərlə ört-basdır edirdi. Onu müharibə qızışdıran, "təhlükəli baş nazir" kimi tanıyırdılar. Palmerston rus xalqının qəddar düşməni idi. O, həmişə deyirdi ki, Rusiya İngiltərənin başlıca düşmənidir. Palmerston Rusiya əleyhinə koalisiyanın ilhamvericisi olub, bütün Avropanı bu koalisiyaya cəlb etməyə çalışır, Rusiyanı parçalamaq haqqında geniş planlar tuturdu. Krım müharibəsində (1854-1855) Sevastopolun on bir ay davam edən qəhrəmancasına müdafiəsi bu planları pozub puça çıxartdı.. V. Morev, "Zəncilər həbsxanası", Bakı, "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı", 1953, səh.
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Lord Voldemort
Lord Voldemort (31 dekabr 1926, London – 2 may 1998, Hoqvarts) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri. Voldemort öz debütünü "Harri Potter və Fəlsəfə Daşı" romanında edir. Birinci romanda Roulinq Voldemortu Qara Lord kimi təqdim edir, göstərir ki, o, Harrinin valideynləri Ceyms və Lili Potterləri öldürür, lakin Harrini öldürmək istəyərkən anasının sevgisi uşağı qoruyur, Voldemortun bədəni məhv olsa da, ruhu yenidən qayıtmağa çalışır. Sehrli çubuğu isə Harrinin alnınca çapıq izi buraxır. Voldemort bədənini qaytarmaq üçün Fəlsəfə Daşını ələ keçirməyə çalışır. Bu məqsədlə o, Professor Kvirelldən istifadə edir. Romanın sonuna yaxın Voldemort professorun başının arxasında peyda olur. Lakin Harri daşın onların əlinə keçməsinin qarşısını ala bilir. İkinci kitab olan "Harri Potter və Sirlər Otağı"nda Roulinq Cinni Uizlinin tapdığı gündəlik vasitəsiylə Lord Voldemortun gənclik xatirəsi olan Tom Narvolo Reddli canlandırır. Bu kitabda Cinni Harridən xoşu gələn yeniyetmə qız kimi təsvir olunur.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Road&Traffic
Şer Loyd
Şer Loyd (ing.
Lod (Alye)
Lod (fr. Loddes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03147. 2008-ci ildə əhalinin sayı 153 nəfər təşkil edirdi. 2007-ci ildə 91 yaşında (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,6%, 1999-cu ildə 64.4%). Fəal 67 nəfərdən 62 nəfəri (39 kişi və 23 qadın), 5 nəfər işsizdir (3 kişi və 2 qadın). 24 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kiçik Lord Fauntleroy
Balaca lord Fauntleroy (ing. Little Lord Fauntleroy; bəzi tərcümələrdə "Balaca lord") — ingilis-amerikan qadın yazıçısı və dramaturqu Frensis Eliza Börnetin ilk uşaq romanı. İlk dəfə hissələrlə 1885-ci ilin noyabrı və 1886-cı ilin oktyabrında "St.Nicolas" jurnalında çap olunmuşdur. Kitabın illustrasiyalarını isə Recinald Berç çəkmişdir. Kitab sonralar 20 dəfədən artıq nəşr olunmuşdur. Kapitan Errolun oğlu olan 7 yaşlı Sedrik İngiltərədən Amerikaya yollanır, atasının ölümündən sonra anası ilə yaşayır. O çox vaxt çəkmə təmizləyən Dik və baqqal Hobbsla ünsiyyətdə olurdu. Amma bir dəfə qraf Dorinkortun vəkili olan cənab Heviş adlı birisi onların evinə gələrək bildirir ki, Sedrik 2 böyük qardaşının ölümündən sonra yeganə varisdir və o mütləq İngiltərəyə qayıdıb lord Fauntleroy olmalıdır. Recinald Berç tərəfindən çəkilmiş Fauntleroyun kostyumu orta məktəb uşaqlarının rəsmi geyiminə böyük təsir göstərmişdir. Fauntleroyun kostyumu İngiltərədə yaradılsa da, Amerikada olduğu kimi heç yerdə bu qədər populyar deyildi.
Lord-Hau adası
Lord Houv adası — Avstraliyaya aid ada. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Lord-Hau silsiləsi
Lord-Hau silsiləsi — sualtı silsilə Sakit okeanın cənub-qərbindən başlayaraq şimal-qərbə istiqamətlənir. Yeni Kaledoniyanın şimal hissəsindən Çelencer platosuna, oradan isə Yeni Zelandiyanın cənubuna uzanır. Şimada Mərcan dənizindən başlayır. Silsilənin formalaşması paleozoy dövrünə təsadüf edir. Uzunluğu 2500 km, eni 500 km-dir. Silsiləsin sahəsi 1 500 000 km² təşkil edir. Su səthindən olan dərinliyi 2500 – 1500 m arasında dəyişir.
Melissa Coan Hart
Melissa Joan Catherine Hart (18 aprel 1976) — Amerikalı aktrisadır. Bütün dünyada böyük təsir bağışlayan Sabrina The Teeanege Witch serialı ilə tanınır.. Nyu-Yorkun Long Island şəhərində anadan olub. Televiziya seriallarında baş rollarda oynadı Clarissa Her şeyi izah edir və Sabrina, Teenage Witch . 1999-cu ildə Drive Me Crazy filmində baş rolu oynadı. 2010-2015-ci illərdə ABC Family Melissa & Joey şousunda Mel Burke rolunu oynadı. 19 iyul 2003-cü ildən bəri Hart, musiqiçi Mark Wilkerson (1976-cı il təvəllüdlü) ilə evlidir. Birlikdə üç oğlu var: Mason Walter Wilkerson (11 yanvar 2006-cı il təvəllüdlü), Braydon Hart Wilkerson (12 mart 2008-ci il təvəllüdlü) və Tucker McFadden Wilkerson (18 sentyabr 2012-ci il təvəllüdlü).
Car-Balakən azad camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. XVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Bart Rouvenhorst
Bart Rouvenhorst (nid. Bart Rouwenhorst; d. 30 dekabr 1970, Apeldorn, Niderland) — Hər il Hollandiyanın Breda şəhərində keçirilən Kürənsaçlılar festivalının rəssamı, məsləhətçisi və təşkilatçısı. Bart Rouvenhorst Kürənsaçlılar festivalının yaradıcısıdır. Belə ki, o, 2005-ci ildə 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Carl Linnaeus
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Carl Maximowicz
Karl Maksimoviç (rus. Карл Иванович Максимович; 11 (23) noyabr 1827, Tula – 4 (16) fevral 1891, Sankt-Peterburq) — rus botaniki, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki. Primitiae florae amurensis, 1859 Rhamneae orientali-asiaticae, 1866 С. J. Maximowicz. Diagnoses des nouvelles plantes du Japon et de la Mandjourie. // In : Bulletin de l’Academie Imperiale des Sciences de St. Petersbourg. Tome I, decades I—Х, 1866—1871, Tome II, decades XI—XX, 1872—1876 (lat.) Rhododendreae Asiae Orientalis, 1870 Monograph on genus Lespedeza, 1873 Diagnosis plantarum novarum asiaticum (fasc. I—VIII, 1876—1893) Flora tangutica, sive enumeratio plantarum regionis Tangut (Amdo) provinciae Kansu, nec non Tibetiae praesertim orientaliborealis adque Tsaidon: ex collectionibus N.M. Przewalski atque G.N. Potanin, (Fasc.
Carl Reiner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1980, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Co Hart
Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (ing. Charles Joseph John (Joe) Hart; 19 aprel 1987[…], Şrusberi[d]) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı. Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır. Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu. Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı.
DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Extra Card
Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.