Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyrax rayonu
Ceyrax rayonu (inquş Жӏайраха район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ceyrax kəndidir. == Coğrafiya == Ceyrax rayonu İnquşetiyanın cənub dağlıq hissəsində yerləşir və Baş Qafqaz silsiləsinin mərkəzi hissəsini tutur. Rayon şərqdə Çeçenistan Respublikasının İtum-Kali rayonu, şimalda İnquşetiyanın Sunja rayonu, şimal-qərbdə Şimali Osetiyanın Priqorodnı rayonu, qərbdə Vladikavkaz şəhər dairəsi ilə və cənubda isə Gürcüstan ilə həmsərhəddir. Rayonun ərazisi 627.04 km²-dir. Əsas çaylar Assa və Armxi. Dağ zirvələri: Şan (4451.8 m, İnquşetiyanın ən yüksək nöqtəsi), Kideqanis, Qaykomd (3171.7 m), Xaxalqi (3032.9 m), Stolovoya (2993.9 m), Çerexkort (2230.6 m) və digərləri. == Tarix == Rayon 8 oktyabr 1993-cü ildə İnquşetiya Respublikasının Prezidenti Ruslan Auşevin Fərmanı ilə təsis edilmişdir. 1957-ci ildən 1993-cü ilə qədər indi Ceyrax rayonunun ərsazisi Nazran rayonunun bir hissəsi olmuşdur. 1 yanvar 1990-cı il tarixinə olan məlumata əsasən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ceyrax kənd sovetliyinə Ceyrax, Beyni, Quli, Lyazgi, Olqeti kəndləri və Armhi Sanatoriya qəsəbəsi daxil idi.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "PSJ" klubunun braziliyalı futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. = Karyerası = Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Veymar
Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri. == Tarixi == Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar. Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub. Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb. Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Alpaslan Ceylan
Alpaslan Ceylan (1959, Ərzurum ili) — Türkiyə tarixçisi, professoru, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru. == Həyat və fəaliyyəti == Alpaslan Ceylan 1959-cu ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. O, 1985-ci ildə Atatürk Universitetinin Tarix fakültəsini bitirmişdir. Ceylan həm magistratura, həm də doktorantura təhsilini həmin universitetin Qədim dövrlər tarixi şöbəsində bitirmişdir. O, bundan sonra Atatürk Universiteti Ədəbiyyat fakültəsində müəllim olmuş, 2009-cu ildə ona həmin fakültənin professoru adı verilmişdir. Ceylan qədim tarixə dair onlarla kitab və məqalə yazan bir professor kimi bir çox mühüm arxeoloji tədqiqatlara da imza atmışdır. O, ən son olaraq Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Tarix şöbəsində Qədim dövrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.Alpaslan Ceylan qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə ekspertdir. O, son 25 ildə Şərqi Anadolu, Şimal-Şərqi Anadolu, Qafqaz və Mərkəzi Asiyanın qədim tarixi ilə bağlı beynəlxalq elmi araşdırmalar, arxeoloji qazıntılar və layihələr həyata keçirmişdir. O, 2012–2016-cı illərdə Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu çərçivədə o, 7–14 sentyabr 2014-cü ildə Qırğızıstanda keçirilən I Dünya Köçəri Oyunlarının və 2–9 sentyabr 2016-cı il tarixlərində Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin üzvü və Türkiyə nümayəndə heyətinin rəhbəri vəzifələrində çalışmışdır.
Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay. == Çayın məcrası == Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir. Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.Hal-hazırda əvvəllər mövcud olan dar dərin vadiləri səbəbilə Ceyhan çayının üzərində hidroelektrik enerjisi istehsalı, daşqınlara qarşı mübarizə və məhsuldar Çukurova bölgəsinin suvarılması məqsədi ilə bəndlər tikilmişdir.
Ceylan Mumoğlu
Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; 19 dekabr 1976, Sumqayıt) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır. == Fəaliyyəti == 2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir.2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.C. Mumoğlunun həmtəsisçisi olduğu qadin.net saytı 2013-cü ildə Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer olub.2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakına görə təltif edilib.2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır. 2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib. == Əsərləri == === Müəllifi olduğu === ==== Kitabları ==== Aydınlanma səyahəti Qurbağa öpüşü Sev və inan Qadının üç yaş dövrü ==== Məqalələri ==== === Tərcümələri === ==== Kitabları ==== Alfred Adler, "Sosial maraq" Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı" Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq" Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr" Osman Balcıgil, “Yaşıl mürəkkəb” romanı ==== Məqalələri ==== == Mükafatlar == 2013: Qadin.Net - Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer. 2018: "Cümhuriyyət - 100" hekayə müsabiqəsində uğurlu iştirakına görə təltifnamə == Həmçinin bax == Varis Yolçiyev Rövşən Abdullaoğlu Elxan Elatlı Elizabet Tüdor Ülviyyə Tahir == İstinadlar == == Xarici keçidlər == ceylanmumoglu.com — Ceylan Mumoğlunun rəsmi saytı Rəsmi Facebook profili Ceylan Mumoğlu — Facebook səhifəsi Ceylan Mumoğlu — Instagram səhifəsi Ceylan Mumoğlu kanalı — YouTube Ceylan Mumoğlu — Twitter səhifəsi Ceylan Mumoğlu — Pinterest səhifəsi Ceylan Mumoğlu — Goodreads səhifəsi Nigar Babayeva.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Allahyar qızı Axundova (d. 15 avqust 1959; Şabran, Azərbaycan) — ictimai xadim, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi. == Həyatı == Ceyran Axundova 1959-cu il 15 avqustda Şabran rayonunda (dövrünün Dəvəçi rayonu) anadan olub. Ceyran Axundova 1978-1981-ci illərdə Nadejda Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili alıb. Ceyran Axundova ailəlidir; Əbdülməcid (d. 1993 - ö. 2016) və Elçin (d. 1992) adında iki oğul övladı var. == Fəaliyyəti == 1990-1996-cı illərdə Səməd Vurğun adına Mərkəzi Kitabxanada müxtəlif vəzifələrdə çalışan Ceyran Axundova 1996-cı ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində olub. 2007-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışır.
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Bəstəkar Emin Sabitoğlunun qızıdır. Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Hyu Cekman
Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" filmində rol aldığı Volverin obrazı ilə tanınır. == Həyatı == Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb.
Neyman burnu
Neyman burnu — Berinq dənizinə daxil olan Anadır körfəzi ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonu ərazisinə daxildir. Burun Q. L . Maydelinin 1868—70-ci illər eksedisiyasının üzvü olan Karl fon Neymanın şərəfinə adlandırılmışdır. Onemen körfəzinin Anadır çayına çıxan cənub hissəsini təşkil edir. Sahilində ensiz, qumlu-gilli çimərlik vardır. Burunda naviqasiya işarəsi vardır.
Nil Qeyman
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Peyman Keşavarz
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu.Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyman Keşavarzi
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu.Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Sebastian Reyman
Sebastian Reyman (fin Sebastian Rejman; d. 13 yanvar 1978, Helsinki, Finlandiya) — Finlandiya müğənnisi, aktyor və televiziya aparıcısı. O, The Giant Leap musiqi qrupunun vokalisti və gitara ifaçısıdır. Onun eyni zamanda Sebastian & The 4th Line Band qrupu da mövcüddür. 29 yanvar 2018-ci il tarixdə Reymanın məşhur DJ Darude ilə birlikdə Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir. == Həyatı == Sebastian Reyman 13 yanvar 1978-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində anadan olmuşdur. O, kiçik yaşlarından fin və isveç dillərində səlis danışa bilir. Reyman aktrisa İna Kuustonen ilə evlidir və cütlüyün bir qızı və bir oğlu var.
Sema Peyman
Sema Peyman (3 fevral 1960, İstanbul) — Türkiyə qadın rəssamı. == Həyat və karyera == Sənətçi 3 fevral 1960-cı ildə İstanbulda çox köhnə Qara dəniz ailəsinin qızı olaraq anadan olub. Peyman toxuculuq sənayesində çalışaraq, uşaqlıqdan rəssamlıqla maraq və istedadını üstələyərək, bəzi rəssamlardan aldığı xüsusi hazırlıqdan sonra, 1993-cü ildən impressionist üslubunda işləməklə peşəkar mənada rəssamlıq sənətinə keçmişdi.Sonrakı illərdə o, öz bədii karyerasını davam etdirərək, yeni əsərlər hazırlamaqda davam edən, realist üsluba keçərək Kuşadasına, İzmirə, Kappadokiyaya və İstanbula gedən rəssamların sərgilərini təşkil etdi. At, pişik, it temalı ev heyvanlarının fotoşəkilləri, sənətkarın əsərlərində tərtib etdiyi, bəzən insanların şəkillərinə diqqət çəkir.O, iş adamı və turist Rasi Peymanla evlidir və uşaqları yoxdur.
Vasili Geyman
Vasili Geyman (rus. Гейман, Василий Александрович; d. 1823 – ö. 13 aprel, 1878, Qars) — Qafqaz fatehi ləqəbli Rusiya imperiyasının general-leytenantı, hərbçi. Qafqaz müharibəsi və Rusiya-Osmanlı müharibəsi dönəmində imperiya ordusuna rəhbərlik edib. Geyman fəaliyyəti ərzində Sevastopol 75-ci Piyada Alayı və XX Piyada Diviziyasının komandanı olmuşdur. == Həyatı == Vasili Geyman 1823-cü ildə anadan olmuşdur. Hərbçi fəaliyyətinə imperiya ordusunda zabit kimi başlamışdır. Qafqaz müharibəsi və 1877-1878-ci illəri əhatə edən Rusiya-Osmanlı müharibəsində xidmət etmişdir. Ən üst rütbəli generallardan biri olaraq Rusiya-Osmanlı müharibəsində baş vermiş Zivin, Dəvəboynu və Ərzurum müharibələrində iştirak etmiş, Qars şəhərinin mühasirəyə alınmasında fərqlənmişdir.
Veymar Respublikası
Veymar Respublikası (alm. Weimarer Republik‎) və ya rəsmi olaraq Almaniya İmperiyası (alm. Deutsches Reich‎) – 1919-1933-cu illərdə Almaniyada mövcud olmuş respublika dövrü. == Veymar Konstitusiyası == 1919-cu il 31 iyulda Veymarda Almaniya respublikasının Konstitusiyası qəbul edildi və 11 noyabrda qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası eyni zamanda "Veymar Respublikası" kimi də tanınır. Veymar Konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxctrat adlanır və lantaqların, yəni Almaniyada federativ dövlət quruluşu vahidi kimi qəbul edilən torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. 20 yaşına çatan Almaniya vətəndaşları seçki hüququna malik idi.
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 276 nəfərdir. == Toponimiyası == Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. == Əhalisi == 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.