CEYRAN

1. сущ. жейран; // жейрандин; ceyran dərisi жейрандин хам; 2. жейран, гуьзелдиз ишара (тешпигьра); ** ceyran belinə çıxmaq кьитӀ хьун, жугъун тавун, якьун тавун, масан хьун, гзаф четиндаказ якьун (са затӀ).
CEM
CEYRANBAXIŞLI
OBASTAN VİKİ
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Ceyran Əliyeva
Ceyran Əliyeva — Azərbaycan milli voleybol komandası və Bakının "Azəryol" klubunda libero kimi çıxış edən azərbaycanlı voleybolçu. == Bioqrafiya == 1995-ci il yanvar ayının 3-də Bakı şəhərində anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Ceyran İmanova
Ceyran Əliyeva — Azərbaycan milli voleybol komandası və Bakının "Azəryol" klubunda libero kimi çıxış edən azərbaycanlı voleybolçu. == Bioqrafiya == 1995-ci il yanvar ayının 3-də Bakı şəhərində anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Aşağı Ceyran (Marağa)
Aşağı Ceyran (fars. جيران سفلي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Aşağı Ceyran (Urmiya)
Aşağı Ceyran (fars. جيران سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Yuxarı Ceyran (Marağa)
Yuxarı Ceyran - İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 48 km şərqdədir. 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (25 ailə).
Yuxarı Ceyran (Urmiya)
Yuxarı Ceyran (fars. جيران عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (51 ailə).
Abşeron Ceyranbatan Peşə Liseyi
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan — Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid — meşə landşaftları bir — birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıq və üzümçülük inkişaf etmişdir. == Dövlət qoruqları == Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur.
Ceyranbatan
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5.900 nəfərdir.
Ceyranbatan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ceyranbatan qəsəbəsi
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5.900 nəfərdir.
Ceyranbatan su anbarı
Ceyranbatan su anbarı — Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir. == Tarixi == Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb.
Ceyranbulağı (Miyanə)
Ceyranbulağı (fars. جيرانبلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 6 km cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (34 ailə).
Ceyrandağ
Ceyrandağ — Şuşa rayonunun ərazisində dağ. Qarqar çayının yaxınlığında yerləşir. Hündürlüyü 713 m. Zootoponimdir. Dağın adı oradakı meşədə yerləşən Ceyran pirinin adındandır. Rəvayətə görə, bu yerdə ceyran bir uşağa süd verərək onu xilas etmişdir.
Ceyrandərəq (Həştrud)
Ceyrandərəq (fars. جيران دره‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (16 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 27 km qərbdədir.
Monqol ceyranı
Monqol ceyranı, və ya Buxaqlı antilop (lat. Procapra gutturosa, Gazella gutturosa) — Cütdırnaqlılar dəstəsinə, Boşbuynuzlular fsiləsinə aid ceyran növü. Orta ölçülü antilopdur. Onlar əsasən yarımsəhra, quru çöl ərazilərində yaşayırlar. Erkəklər 24–39 kq, dişilər isə 20–28 kq çəkiyə malik olurlar. Erkəklərin uzunluğu 105–148 sm, dişilərin isə 110–121 sm-dir. Erkəklərin hündürlüyü 62–84 sm, dişilərdə 54–74 sm təşkil edir. Erkəklərin buynuzları tünd-boz qara olub 18–28 sm-dir. Dişilərin isə buynuzu olmur. Xəzi yuxarı hissəsi sarı-qum, aşağı nahiyələri isə ağ rəngdə olur.
Orta Ceyrançöl
Orta Ceyrançöl — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibindəki Orta Ceyrançöl kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Prjevalski ceyranı
Prjevalski ceyranı (lat. Procapra przewalskii) — Boşbuynuzlular fəsiləsinə, Əsl antiloplar yarımfəsiləsinə, daxil olan məməli növü. Növ rus natuiralisti, səyyahı, tədqiqatçısı general Nikolay Prjevalskinin (1839–1888) şərəfinə adlandırılmışdır. Əsasən elədə böyük olmayan, şux qamətli, iri gözlərə sahib, kiçik qulaqlara malik bir canlıdır. Bədəninin uzunluğu 109–160 sm, hündürlüyü 50–70 sm, çəkisi isə 17–32 kq arası olur. Erkəklər bir qayda olaraq dişilərdən iri olurlar. Quyruqları qısadır. Təxminən 7–12 sm arası olur. Quyruqlarının üzəri sıx xəzlə örtülü olur. Üzəri sarı-qəhvəyi rəngdə olur.

Digər lüğətlərdə