Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spotify Wrapped
Spotify Wrapped — isveçli media yayım xidməti Spotify tərəfindən 2016-cı ildən etibarən hər il keçirilən viral marketinq kampaniyası. Hər ilin dekabrında baş tutan kampaniyada istifadəçilər özlərinin ötən il ərzindəki fəaliyyətləri barədə məlumat əldə edə bilər və bu məlumatı sosial şəbəkələr vasitəsilə paylaşa bilərlər.
Ernst Happel
Ernst Frants Hermann Happel (29 noyabr 1925, Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi. O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həm də kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir. == Oyunçu karyerası == === Klub səviyyəsində === Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır. O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir === Milli yığma səviyyəsində === Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir.
Warner Chappell Music
Warner Chappell Music, Inc. — musiqi paylanması həyata keçirən Amerika şirkəti. Warner Music Group-a məxsusdur. Şirkətin 1,4 milyondan çox mahnıdan ibarət kolleksiyası var və 100.000-dən artıq bəstəkarla işləməkdədir. Onların 40-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.
Man Research (Clapper)
Man Research (Clapper) — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın öz adını daşıyan debüt studiya albomunda səsləndirilmiş mahnı. Albomun trek siyahısındakı altıncı mahnıdır. == Haqqında == Mahnının musiqisi zəncirbənd vızıltısı ilə müşayiət olunur. Bek-vokallar Nudla səs verən yaponiyalı müğənni Miho Hatoriyə məxsusdur. Mahnı semplinq metoduna dayanan janr olan trip-hop janrındadır, ona görə ki, mahnıda Reymond Skotun "In the Hall Of The Mountain Queen" mahnısından nümunə istifadə olunmuşdur. Sözügedən mahnı müğənninin " Manhattan Research Inc." adlı albomunda yer alırdı.
Ernst-Happel Stadionu
Ernst Happel stadionu () — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir. == Tarixi == === 1929-1945 === Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibətilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.
Ernst Happel stadionu