Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Charlie Callas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Charlie Hebdo
Charlie Hebdo – Paris şəhərində nəşr edilən karikatura dərgisi. Qəzet 1969–1982-ci illərdə yayımlanmış, 1992-ci ildə isə dayandırılmış fəaliyyətini yenidən bərpa etmişdir. Charlie Hebdo həftəlik olaraq nəşr edilir. Çərşənbə günləri işıq üzü görən qəzet sol-anarxist görüşü ilə tanınır. 2009-cu ildən etibarən Charlie Hebdonun redaktorluğunu Stefan Şarbonye həyata keçirdirdi. Şarbonyeyə qədər isə Fransua Kavanna (1969–1981) və Fİlip Val (1992–2009) baş redaktor vəzifəsini yerinə yetirmişdir. 45.000 tirajla nəşr edilən Charlie Hebdo nəşr etdiyi qalmaqallı karikaturaları ilə məşhurdur. == Tarixi == Charlie Hebdo qəzetinin əsası Parisdə nəşr edilən bir digər karikatura dərgisi olan Hara-Kirinin fəaliyyəti ilə bağlıdır. 1960-cı illərdə nəşr edilən Hara-Kiri General Şarl de Qoll barəsində çıxardığı karikaturalar səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Karikaturistlər bağlanan karikatura dərgisinin əvəzinə Charlie Hebdo adlı qəzet ilə yola davam etməyə qərar verirlər.
Uğurlar Charlie
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Charlie Hebdo qətliamı
Charlie Hebdo qətliamı (fr. Fusillade au siège de Charlie Hebdo) - Fransanın paytaxtı Paris şəhərində yerləşən Charlie Hebdo satirik qəzetinə edilən silahlı hücum və hücum nəticəsində 12 nəfərin həlak olması ilə nəticələnən qətliam hadisəsi. Öldürülən şəxslərdən iki nəfəri Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləridir. Bir nəfərin vəziyyəti ağır olmaqla 11 nəfər isə yaralanmışdır. Hadisə şahidlərinin sözlərinə əsasən silahlılar binaya əllərində AK-74 Kalaşnikov silahları ilə daxil olaraq Allahu Əkbər ifadəsini ucadan təkrar etməklə ətrafa atəş açmağa başlayıblar. Silahlardan toplamda 50 dəfə atəş açılıb. Bir qrup redaksiya işçisi isə gülləbarandan xilas olmaq üçün binanın damına sığınmağı bacarıb. Charlie Hebdo qətliamı Fransa yaxın tarixində baş vermiş ən çox insan itkisi ilə nəticələnən ikinci terror aktıdır. Buna qədər isə Fransada ən çox insan itkisi ilə nəticələnmiş hadisə Vitry-Le-François terror hadisəsi hesab olunurdu. 1961-ci ilin 18 iyun tarixində Strasburq-Paris xətti ilə hərəkət edən qatarın partladılması nəticəsində 28 nəfər həlak olmuşdu.
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət (ing. International reactions to the Charlie Hebdo shooting) - 2015-ci ilin 7 yanvar tarixində Fransanın Paris şəhərində yerləşən Charlie Hebdo karikatura qəzetinə edilən silahlı basqın və hadisə nəticəsində 12 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına müstəqil dövlətlərin və xarici təşkilatların verdiyi reaksiya və başsağlığı mesajları. Ümumiyyətlə baş vermiş qətliam ilə bağlı 60 dan çox dövlət hadisəyə öz münasibətini bildirmişdir. == Dövlətlər == Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il. ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi.