Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chieftain
İstehsalçı ölkə: Böyük Britaniya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Leyland Motors İstehsal tarixi: 1965 – 1983 Xidmətə giriş ili: 1966 – günümüzə İstehsal sayı: 2265 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 55 ton Uzunluğu: 7.5 m Lülə daxil olmaqla: 10.8 m Lülənin uzunluğu: 6.6 m Eni: 3.5 m Hündürlüyü: 2.64 m Klirens: 0.51 m == Müdafiə == Zireh: 35 – 196 mm qalınlığında yayılmış tökmə polad 12 ədəd 66 mm-lik sis bombası == Performans == Zəminə təzyiq: 0.9 kq/sm ² Dalış dərinliyi: 1 m (şnorkelsiz), 4.5 m (şnorkellə) Xəndək keçmə: 3.15 m Maneə keçmə: 0.9 m Qalxma bucağı: 30º Mühərrik: Leyland L60 Mk 7A dizel At gücü: 750 Asqı tipi: Horizontal Coil Sprin Transmissiya: TN 12 Yanacaq çəninin tutumu: 890 litr Maksimal sürət: 48 km/saat Yolsuzluqda: 30 km/saat Döyüş radiusu: 500 km (Yolda), 300 km (Yolsuzluqda) == Silahlanma == – Əsas silahı: 120 mm “L11A5” yivli topu Kalibr: 120 mm Lülənin qalxma bucağı: –10º... +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 670 – 1370 metr/saniyə Atış tezliyi: 6–10 atış/dəqiqədə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 8 km Döyüş sursatı: 64 ədəd – 1 ədəd 12.7 mm “L21A1” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7x99 mm Atış tezliyi: 240 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 6 km Mərmi sayı: 600 ədəd – 7.62 mm “L8A1” və “L37A1” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x51 mm NATO Atış tezliyi: 600–1000 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 840 metr/saniyə Atəş məsafəsi: 1.2 km Maksimal atəş məsafəsi: 1.8 km Mərmi sayı: 6000 ədəd == İstifadə edən ölkələr == Böyük Britaniya İran İordaniya İraq Küveyt Niderland Oman.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.
Chaff
Chaff və ya Saçılma hərbi aviasiyada döyüş təyyarələri və vertolyotları tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir. Pilotun işə salması ilə daxili çox nazik alüminium, mis, metalize edilmiş lif və ya plastik ilə doldurulmuş şaft silindrləri təyyarə ilə təhlükə elementi arasında partladılır (məsələn, düşmən radarı və ya yaxınlaşan döyüş raketi) və yüngüllüyünə görə bir müddət havada asılı olaraq qalan metal bulud təbəqəsi yaranır. Nəticədə düşmən radarından gələn radiodalğaları bu təbəqədən əks olunaraq alıcıya qayıdacaq və bu səbəbdən arxasındakı təyyarəni tanımaqda çətinlik çəkəcəkdir.
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. == Tarix == "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır.Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır . 2011-ci ilin may ayında "China Telecom" Çində kiçik və orta şirkətlər üçün SAP iş tətbiqetmələrinin bulud versiyasını yaratmaq üçün SAP şirkəti ilə əmakaşlığa başlayır.
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. == Tarixi == China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.2 iyun 2008-ci il tarixində "China Unicom" CDMA biznesi və China Telecomun aktivlərini 110 milyard yuan (ticarət zamanı Unicom səhmlərinin dəyəri 56,3 milyard dollar idi) satacağını və qalan hissəsini isə "China Netcom" şirkəti ilə birləşdirəcəyini elan edir.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Cozef Hild
Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[…], Peşt[d], Peşt medyesi – 6 mart 1867[…], Peşt[d], Peşt medyesi) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir. == Həyatı == Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı.
Cozef Kotten
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. == Erkən həyatı == Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır. == Orson Uellslə əməkdaşlıq == Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı.
Cozef Kudelka
Cozef Kudelka (d. 10 yanvar 1938, Çexoslovakiya) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır.
Cozef Leydi
Cozef Leydi (ing. Joseph Leidy; 9 sentyabr 1823, Filadelfiya, Pensilvaniya – 30 aprel 1891 və ya 29 aprel 1891, Filadelfiya, Pensilvaniya) — Amerikalı paleontoloq, bioloq == Həyatı == 1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir. Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir. Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyl etməkdə günahlandırırdılar. 1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir. 1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.
Cozef Liklyayder
Cozef Liklyayder – Qlobal kompüter şəbəkəsinin konsepsiyasını və qlobal şəbəkə infrastrukturunu dünyada ilk dəfə yaratmış məşhur Amerika alimi. Cozef Liklyayder 1915-ci ildə Sent-Lyuisdə dünyaya gəlmişdir. Vaşinqton Dövlət Universitetindəki təhsil illərində üç bakalavr diplomu (fizika, riyaziyyat və psixologiya üzrə) aldıqdan sonra psixologiya problemlərinə həsr edilmiş doktorluq dissertasiyası üzərində işləməyə başlayır. 1942-ci ildə Harvard psixoloji laboratoriyasında ABŞ hərbi hava qüvvələrinin tapşırığı ilə düşmən aviasiyasının hücumu zamanı yaranan səs-küy şəraitində hərbçilərin kommunikasiya texnikasının sazlanma sisteminin yaradılması probleminin həlli ilə məşğul olur. 1950-ci ildə C.Liklyayder Massaçusets Texnologiya İnstitutunda (MİT) işləməyə başlayır. MİT-də onun əsas fəaliyyət dairəsi insan qulağı və beyni tərəfindən adi hava rəqslərinin məlum səslərə çevrilməsi texnologiyasını işləmək idi. Psixoakustik problemlərlə yanaşı C. Liklyayder SAGE (Semi – automatic Grond Environment)- yerüstü yarımavtomatik vasitələr layihəsində də iştirak etmiş və ilk dəfə kompüter texnikası ilə maraqlanmışdır. MİT-də aparılan psixoakustik tədqiqatlar böyük miqdarda informasyaların təhlil olunmasını və mürəkkəb riyazi hesablamalar aparılmasını tələb edirdi. Tədqiqat prosesi çox vaxt aparır, həm də ilkin verilənlərin tez-tez dəyişməsi ilə böyük həcmli hesablamaların təkrar olunması tələb olunurdu. 50-ci illərdə mövcud analoq tipli kompüterlər belə mürəkkəb hesablamaların aparılmasına imkan vermirdi.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Cozef Mayden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Cozef Morqan
Cozef Morqan (ing. Joseph Morgan, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır. == Həyatı == Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb. O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu. == Kariyerası == Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcədə BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı.
Cozef Mürrey
Cozef Edvard Mürrey (ing. Joseph Edward Murray, [mɜ'riː]; 1 aprel 1919[…] – 26 noyabr 2012[…], Boston) — Amerikalı cərrah-transplantoloq, ilk böyrək nəqli əməliyyatı keçirmişdir. 1990-cı ildə Edvard Tomas ilə birlikdə "xəstəliklərin müalicəsində orqan və hüceyrə nəqli ilə bağlı kəşflərinə görə" Tibb üzrə Nobel Mükafatını aldı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993), Papa Elmlər Akademiyasının üzvü (1996). == Bioqrafiyası == Cozef Mürrey 1 aprel 1919-cu ildə Milfordda anadan olub. Uşaqlıq və gənclik illərində Mürrey bir çox idmanla məşğul olurdu (Amerika futbolu, xokkey, beysbol). Müqəddəs Xaç Kollecinə yazıldıqda və beysbol oyunçusu olmağa hazırlaşanda laboratoriya hərəkətlərinin məşqlə üst-üstə düşdüyü ortaya çıxdı. Nəticədə beysboldan imtina etmək məcburiyyətində qaldı. Kolleci bitirdikdən sonra Mürrey Harvard Universiteti Tibb Məktəbində tibb təhsili aldı, sonra hərbi xidmətə başladı və Pensilvaniyadaki Valey Forqe Ordu Xəstəxanasında cərrahiyyə təhsili aldı. 1990-cı ildən bəri, Cozef Edvard Mürrey Papa Elmlər Akademiyasının üzvüdür.
Cozef Person
Cozef Person (ing. Joseph Pearson; d. 1868 – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi yarımmüdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Cozef Person 1868-ci ildə anadan olmuşdur. == Karyerası == 1892-ci ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Cozef Pristli
Cozef Pristli (ing. Joseph Priestley,13 mart 1733—6 fevral 1804) — Böyük Britaniya kimyaçısı, filosofu. == Həyatı == İngilis kimyaçısı Cozef Pristli 13 mart 1733-cu ildə anadan olmuşdu. Qazlı içkiləri ilk dəfə britaniyalı kimyaçı Cozef Pristli kəşf edib. O çox hərtərəfli insan idi: təbii elmlərdən əlavə fəlsəfə, ruhaniliklə də maraqlanırdı. Cozef Pristli fotosintez prosesini öyrənib, "şənləndirici" qaz və oksigeni kəşf edib. Bu kəşflərin əksəriyyəti digər tədqiqatçıların əhəmiyyət vermədikləri prosesləri izləməklə baş verib. Qazlı içkilərin kəşfi də bu qəbildəndir. Pivə istehsalı ilə məşğul olan yerli sexdə Pristlini belə bir sual düşündürürdü: qıcqırdılma zamanı yaranan köpüklərin tərkibi nədən ibarətdir? O təxmin edir ki bu qaz suda yaxşı həll olmalıdır və buna görə də hazırlanan pivə üzərində su qabları yerləşdirir.
Cozef Pulitser
Cozef Pulitser (10 aprel 1847[…] – 29 oktyabr 1911[…], Çarlston, Cənubi Karolina, ABŞ) — macar əsilli publisist və jurnalist. == Həyatı == Cozef Pulitser Macarıstanın Mako şəhərciyində doğulub. Uşaqlığı Budapeştdə keçib, elə orada da hərbi qulluğa girib. 1864-cü ildə – 17 yaşı olarkən ABŞ-yə mühacirət edən Pulitser Şimal Ordusunun tərkibində muzdlu kimi vətəndaş müharibəsinin iştirakçısı olub. Müharibə bitəndən sonra San-Luiz şəhərinə köçüb və 21 yaşında orada nəşr olunan almandilli "Westliche Rost" qəzetində müxbir işinə düzəlib. Artıq 3 il sonra Pulitser qəzetin həmsahiblərindən birinə çevrilib, ancaq öz payını böyük pula satıb. 1871-ci ildən o, siyasətlə maraqlanmağa başlayıb. Hələ 22 yaşı olarkən Missuri ştatının qanunverici orqanına seçilib. 1871–72-ci illərdə öz ştatında Liberal Respublikaçılar Partiyasının bölməsini yaratmağa köməklik göstərib. 1872-ci il prezident seçkisində partiyanın namizədi Qaras Qrili uğursuzluğa düçar olandan sonra Pulitser siyasi yönümünü dəyişərək demokratlar tərəfə keçib.
Cozef Qrimaldi
Cozef Qrimaldi (ing. Joseph Grimaldi) — ingilis aktyoru, təlxəklik sənətinin atası. == Həyatı == Qrimaldi hələ 3 yaşı olanda teatr tamaşalarında iştirak etməyə başlamışdır. Pantomim, akrobatika və sehirbazlıq sahəsində olan bacarıqları sayəsində Qrimaldi bütün İngiltərədə məşhurluq qazanmışdır. Yozef Qrimaldi artıq gənc yaşlarında Kral Teatrında çıxış edirdi. Böyük Təlxək adı ilə tanınan, Qrimaldi, ilk dəfə olaraq, pantomim sənətində, ağ rənqli üz boyasından, uzun ayaqqabılardan və təlxək başlıqından istifadə etmişdir. Həyatının sonuna qədər sənəti ilə məşğul olan Qrimaldi 1837-ci ildə 31 may tarixində vəfat etmişdir. Cozef Qrimaldinin xatirəsi üçün hər il fevral ayının ilk həftəsində London şəhərində yüzlərlə pantomim aktyorunun iştirakı ilə karnaval təşkil edilir.
Cozef Rotblat
Ser Cozef Rotblat (4 noyabr 1908[…], Varşava, Rusiya imperiyası – 31 avqust 2005[…], London, İngiltərə, Birləşmiş Krallıq) — Polşalı, "Britaniya pasportu olan polşalı" kimi tanınan fizik. İkinci Dünya müharibəsi zamanı o, Boru ərintiləri və Manhetten layihəsi üzərində işləmişdir. Lakin Almaniyanın 1942-ci ildə atom bombasının hazırlanmasını dayandırdığı məlum olduqdan sonra vicdanən qərar verərək Los Alamos laboratoriyasını tərk etdi. Onun nüvə partlayışı ilə bağlı işi 1963-cü il Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasına böyük töhfə idi. 1955-ci il Rassel-Eynşteyn Manifestini imzalayan Cozef Rotbalt Elm və dünya əlaqələri üzrə Paquoş konfransının baş katibi idi. "Beynəlxalq münasibətlərdə nüvə silahlarının oynadığı rolu azaltmaq və uzunmüddətli perspektivdə bu cür silahları aradan qaldırmaq istiqamətindəki səylərinə görə" Rotbalt 1995-ci il Nobel sülh mükafatına layiq görülüb. == Erkən həyatı == Cozef Rotblat 4 noyabr 1908-ci ildə o vaxtkı Polşa çarlığı, Varşavada polyak-yəhudi ailəsində anadan olub. O, bu ailədə dünyaya gələn yeddi uşaqdan biri idi, onlardan ikisi körpə ikən tələf olublar. Atası kareta biznesi olan, torpaq sahibi olub, atlar yetişdirən Ziqmunt Rotblat idi. Uşaqlığı bolluq içərisində keçən Cozefin həyatı Birinci Dünya müharibəsinin başlaması ilə dəyişdi.
Cozef Safra
Cozef Safra (ərəb. يوسف صفرا‎, port. Joseph Safra; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiri, oliqarx. 4-cü nəslinin nümayəndəsi olduğu Safra ailəsinin sərvətini idarə edir. == Həyatı == Cozef Safra 1939-cu ildə Suriyanın Hələb şəhərində anadan olmuşdur. Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir, amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. == Maliyyə imperiyası == Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir.
Cozef Smit
Cozef Smit (ing. Joseph Smith, Jr.; 23 dekabr 1805-27 iyun 1844) — Amerikalı dini lider, Mormonizmin banisi, 1844-cü ildə prezidentliyə namizəd. == Həyatı == Cozef Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroni adlı mələk onun gözünə görünərək, vaxtilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır. Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi. Lakin protestanların güclü təqibləri ilə üzləşdikdən sonra əvvəlcə Missuri, ardınca isə əsasını qoyduqları Nauvu şəhərinin yerləşdiyi İllinoys ştatına köçmüşlər. 1843-cü ildə icmanın ilk missioner yığıncağı keçirilmişdi. Yığıncaqda "çoxarvadlılıq" ideyasını irəli sürsələr də, ABŞ hökumətinin güclü təzyiqi nəticəsində 1890-cı ildə bunun qarşısı alınmışdır.
Cozef Stiqlits
Cozef Stiqlits (ing. Joseph Eugene Stiglitz) (9 fevral 1943[…], Qari, İndiana, ABŞ) — amerikalı iqtisadçı. 1979-cu ildə Con Beyts Klark medalına, 2001-ci ildə isə Corc Akerlof və Maykl Spenslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Bill Klintonun prezidentliyi dövründə İqtisadi Məsləhət Şurasının rəhbərliyini etməklə məşhurlaşmışdı. Daha sonra Dünya Bankında rəhbər köməkçisi və baş iqtisadçı olaraq işləmişdi. Qloballaşma, bazar mühafizəkarlığı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı haqqında kritik baxış bucağı ilə tanınır. Cozef Stiqlits 2001-ci ildən Kolumbiya Universitetində işləyir və 2003-cü ildən oranın professorudur. Bundan başqa Cozef Stiqlits Mançester Universitetinin Dünya Yoxsulluq həddi qurumunun (ing. Brooks World Poverty Institute) rəhbəri və Papaya aid Sosial Elmlər Akademiyasının üzvüdür. == Həyatı == Cozef Stiqlits Qaridə doğulub, yəhudi bir ailənin övladıdır.
Cozef Vayzenbaum
Cozef Vayzenbaum (Yozef Vayzenbaum, Vaytsenbaum, Uayzenbaum; ing. Joseph Weizenbaum; 8 yanvar 1923[…], Berlin – 5 mart 2008[…]) — amerikalı alim, süni intellekt sahəsində mütəxəssis. 1966-cı ildə yazdığı Eliza proqramının müəllifi kimi tanınır. Berlində yəhudi ailəsində anadan olub. 1935-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi. Ueyn Dövlət Universitetini (ing. Wayne State University, ABŞ, Detroit, Miçiqan) bitirib: bakalavr (1948), magistr (1950). == Fəaliyyəti == 1953–1963-cü illərdə General Electric-də işləyib. 1963-cü ildən Massaçusets Texnologiya İnstitutunda işləmişdir. 1996-cı ildə Berlinə köçmüşdür.