Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat.1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Our Choice (Ari Oulafsson mahnısı)
Our Choice (azərb. Bizim seçimimiz‎) — İslandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Ari Oulafsson "Our Choice" mahnısı ilə İslandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Torunn Erna Klausen tərəfindən bəstələnmişdir.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Choisy
Jak Deni Şuazi (fr. Jacques Denys Choisy və ya fr. Jacques Denis Choisy, 1799 — 1859) — İsveçrə botaniki və mikoloqu. Jak Deni Şuazi örtülütoxumlu bitkilər və mikologiya sahəsində ixtisaslaşıb. Choisya Kunth bitki cinsi Şuazinin şərəfinə adlandırılıb.
Corce Corceksu
Corce Corceksu (12 sentyabr 1887 – 1 sentyabr 1964, Buxarest) — rumın dirijoru, violonçelçalan. == Həyatı == Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir. == Fəaliyyəti == 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], Parisin 8-ci rayonu[d], Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. == Həyatı == Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
Corce Eduardo Rayt
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Voice of America
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
A Silent Voice (anime)
A Silent Voice (azərb. Səssiz səs‎) və ya Yaponiyada tanınan adı ilə Koe no Katachi (聲の形, azərb. Səsin forması‎) – 2016-cı il istehsalı dram və gənclik anime filmi. Naoko Yamadanın rejissorluğu, Reyko Yoşidanın ssenaristliyi və Kensuke Uşionun bəstəkarlığı ilə Kyoto Animation tərəfindən istehsal olunmuşdur. Anime filmi Yoşitoki Oymanın eyniadlı manqa seriyasına əsaslanır. Yaponiya premyerası 17 sentyabr 2016-cı ildə, digər ölkələrdə isə fevral-iyun 2017-ci ildə baş tutmuşdur. Anime filmi tənqidçilər tərəfindən bəyənilmişdir. == Məzmun == Şoya İşida bütün qazandığı pulları yığıb anasına buraxır və körpüdən tullanıb intihar etməyə hazırlaşır. Tullanmaq istəyən anda yaxınlıqdakı uşaqlar fişəng buraxır və yadına ibtidai məktəbdə onu bu hala gətirən hadisələr yadına düşür. Həmin günlərdə Şoya tamamilə fərqli adam idi və məktəbli yoldaşları ilə münasibətləri yaxşı idi.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
Televisión Nacional de Chile
Televisión Nacional de Chile (TVN) Çili bir ictimai xidmət televiziya yayımçısıdır. Prezident Eduardo Frei Montalva'nın əmri ilə quruldu və 18 Sentyabr 1969-cu ildə ölkə miqyasında başladıldı. O vaxtdan bəri şirkət bir neçə dəfə yenidən təşkil edildi və fəaliyyət sahələri bu illər ərzində artaraq Çilinin aparıcı televiziya yayımçılarından biri halına gəldi. və Cənubi Amerika. 1970-ci il tarixli 17 377 saylı qanun, TVN-nin ictimai, muxtar, plüralist və təmsilçi bir ictimai xidmət olması lazım olduğunu təsbit etdi. TVN-in ictimai missiyası milli mədəni kimliyi, demokratiya dəyərlərini, insan haqlarını, ətraf mühitə qayğı və müxtəlifliyə hörməti təşviq etmək vəzifəsini müəyyənləşdirir. Bundan əlavə, Televisión Nacional, xidmətlərinin proqramlaşdırılmasını Milli Televiziya Şurası (CNTV) tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq idarə edir.
The Voice (Eymar Kuinn mahnısı)
"The Voice" (azərb. Səs‎) — İrlandiyalı ifaçı-bəstəkar Eymar Meri Ros Kuinnə məxsus kelt musiqi janrlı ilahi. Mahnı İrlandiyanı beynəlxalq səhnələrdə böyük uğurla təmsil etmişdir. == Mahnı == "The Voice" musiqi əsərinin ilahi çalarlarla zəngin sözləri və bəstəsi, məşhur İrlandiyalı musiqiçi Brendan Qrehama məxsusdur. Mahnı bəstəkar tərəfindən ilk dəfə, neo-ənənəvi kelt qrupu "Dərviş"in səsyazmasında təqdim edilsədə, "Anuna" qospel xorunun üzvü olan Eymar Kuinnin ifasında, dünya musiqi tarixinə əvəzedilməz töhfə vermişdir. Mahnı füsunkar musiqisi və mürəkkəb elmi ifadələri ilə şəxsiyyəti ilahiləşdirir. İfaçı özünü "Ana təbiət" və ya "Kainat" timsalında sadəcə "Səs" olaraq qəbul edir. O, şiddətli küləklərdə payız yarpaqlarının pıçıldayışı, yağmurun, baharın, tənha səhraların, bütün fəsil və iqlimlərin özüdür. Zamansızlıq dəhlizində yox olaraq, keçmiş və gələcəyin sədası olduğunu bildirir. Mahnının sözlərindəki "Mən bütün ağrı və əzabların səsiyəm və səsə(Mənə) sülh gətirin" cümləsi, mükəmməl musiqi əsərinin ruhunu dolğun tərzdə ifadə etməkdədir.
We Take the Chance (Modern Talking)
We Take the Chance (azərb. Biz şansı götürəcəyik‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır. == Komplizasiyaların siyahısı == "Space Mix '98" (feat.
Çariçə
Çariça, yaxud çariçə (rus. цари́ца) — çar arvadının, yaxud çarlığı(ru) idarə edən qadın hökmdarın titulu. Rusiyada 1547-ci ildən 1721-ci ilə qədər (imperatiçaya müraciət forması kimi 1917-ci ilə qədər), Bolqarıstanda 913−1018, 1185−1422 və 1908−1946-cı illərdə, Serbiyada isə 1346−1371-ci illərdə rəsmi titul idi. Qədim dövlətlərin qadın hökmdarları rusca ənənəvi olaraq "çariça" adlandırıldığı kimi, azərbaycan dilində olan elmi-ensiklopedik ədəbiyyatda bəzən Orta əsr xristian dövlətlərin qadın hökmdarları da "çariça" adlandırılır (məsələn, Böyük Tamara).
Çölcə (Bicar)
Çölcə (fars. چولجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Çölcə (İcrud)
Çölcə (fars. چولچه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (23 ailə).