CHOICE

choice1

n 1. seçmə, seçilmə, seçib götürmə; to make a ~ of smth. bir şeyi seçmək; to make one’s ~ seçmək; Take your choice of rooms istədiyin / istədiyiniz otağı seç / seçin; 2. çeşid, assortment; wide / poor ~ böyük / az çeşid; 3. alternativ, seçmə imkanı; I have no choice in the matter Mənim bu məsələdə seçmə imkanım yoxdur; 4. seçim; This is my choice Bu mənim seçimidir; 5. seçilmiş nümayəndə; He was the people’s choice O, xalqın seçilmiş nümayəndəsi idi

choice2

adj 1. seçmə, seçilmiş; ən yaxşı, əla; ~ goods seçmə mal; ~ apples seçmə alma; The shop is selling choice apples Bu mağaza seçmə alma satır; ~ passage / piece seçilmiş hissə (kitabdan); 2. gözəl, zərif, incə, nəfis

CHOCOLATE
CHOICEFUL
OBASTAN VİKİ
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat. 1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Our Choice (Ari Oulafsson mahnısı)
Our Choice (azərb. Bizim seçimimiz‎) — İslandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ari Oulafsson "Our Choice" mahnısı ilə İslandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Torunn Erna Klausen tərəfindən bəstələnmişdir.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.